Avqust ayında da mədəni tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır

Avqust ayının əvvəlindən başlayaraq muxtar respublikada mədəniyyətin təbliği və sakinlərin mədəni istirahətinin təşkili məqsədilə müxtəlif məzmunlu tədbirlər keçirilmişdir. Azərbaycan Kinosu Günü ilə bağlı Naxçıvan şəhərindəki “Əyləncə adası” İstirahət Parkında “O olmasın bu olsun” filmi nümayiş olunmuşdur. Həmçinin açıq havada kino nümayişləri avqust ayında da davam etdirilmiş, “Əyləncə adası” İstirahət Parkında 9 film kinosevərlərə təqdim edilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 3 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 14 sayda xalça haqqında “naxcivan_muzeyleri” instagram səhifəsində, Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı ötən ay Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş 3 tədbir keçirilmişdir.

Aid təşkilatlarla birgə xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtının səmərəli təşkili çərçivəsində onların muzeylərə 1 ekskursiyası təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən, muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir. Avqust ayında muxtar diyarımızda fəaliyyət göstərən muzeyləri 44 min 507 nəfər yerli, 7 min 671 nəfər əcnəbi olmaqla, ümumilikdə, 52 min 178 nəfər tamaşaçı ziyarət etmiş, bu muzeylərə 527 ədəd yeni eksponat daxil olmuşdur.

Ötən ay da muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda məlumatların hazırlanaraq sosial şəbəkələrdə paylaşılması işi davam etdirilmişdir. Beləliklə, ay ərzində, ümumilikdə, muxtar respublikanın müzeyləri tərəfindən 680-dən çox müxtəlif məlumat xarakterli material və videoçarx hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Sosial şəbəkələrdəki bu  paylaşımları 65 mindən çox internet istifadəçisi izləmişdir. Avqust ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “naxcivan_muzeyleri” İnstagram hesabında 15 paylaşım edilmiş, səhifənin ümumi izləyicilərinin sayı 773 nəfər olmuşdur.

Avqust ayında da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi davam etdirilmiş, kitabxana, eləcə də klub müəssisələrinin əməkdaşları arasında 3-ü onlayn olmaqla,  siyahıya daxil olan 19 kitabın müzakirəsi keçirilmişdir. Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən ədəbi şəxsiyyətlərin yubileyləri, eləcə də əlamətdar və tarixi günlərlə bağlı, 1-i onlayn olmaqla, 22 tədbir keçirilmiş, 40 sərgi qurulmuşdur.

Ötən ay A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının təşəbbüsü ilə Naxçıvan şəhərindəki İstiqlal küçəsində, 124 və 126 nömrəli, Heydər Əliyev prospektindəki 16 nömrəli və Çənlibel məhəlləsindəki 25 və 27 nömrəli binaların həyətlərində keçirilən “Kitabı sevin – kitab bilik mənbəyidir” adlı kitab sərgiləri sakinlər tərəfindən maraqla qarşılanmışdır. Bu tədbirlərdə uşaqlarla kitab müzakirələri aparılmış, azyaşlılara nağıllar və şeirlər oxunmuşdur.

Avqust ayında da muxtar respublikanın kitabxanaları tərəfindən 21 nəfər sağlamlıq imkanı məhdud uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Ötən ay muxtar respublikanın kitabxanalarının sosial şəbəkə hesablarında tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar 128 paylaşım edilmiş, bu paylaşımları 2 mindən çox sosial şəbəkə istifadəçisi izləmişdir.

Ay ərzində muxtar respublikanın kitabxanalarına 463 yeni oxucu müraciət etmiş, oxucu gəlişi 8 min 705, kitab verilişi isə 42 min 521 nüsxə olmuşdur. Bundan başqa, ötən ay elektron kataloqa 701 adda kitab işlənərək elektron kataloqdakı kitabların sayı 25 min 595-dən 26 min 296-ya çatdırılmışdır. Şəbəkəyə işlənmiş (PDF) kitabların sayı isə 30 olmuşdur. Beləliklə, şəbəkəyə (PDF) işlənmiş kitabların sayı 3 min 491-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 198 lokal, 320 qlobal olmaqla, ümumilikdə, 518 oxucu istifadə etmişdir.

Avqustun 21-də Ağbulaq İstirahət Mərkəzində şəhid övladlarının iştirakı ilə təşkil olunan zəfər düşərgəsində Şahbuz Rayon Mədəniyyət Şöbəsinin “Batabat” İnstrumental Ansamblı konsert proqramı ilə çıxış etmişdir.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması məqsədilə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 2, eləcə də görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən 3  videomaterial hazırlanmış, bu materiallar sosial şəbəkələrdə paylaşılmışdır. Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları yubileylər, əlamətdar və tarixi günlərlə, xalq yaradıcılığı ilə bağlı, ümumilikdə, 5 videomaterial hazırlamış, sosial şəbəkə hesablarında paylaşımlar etmişlər. Avqust ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 4 tədbir keçirilmiş, 7 sərgi qurulmuşdur. Ötən ay muxtar respublikanın rayon (şəhər) mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 105 paylaşım edilmiş, bu paylaşımları 14 minə yaxın intermet istifadəçisi izləmişdir.

Avqustun 24-də Mədəniyyət üzrə Elmi Metodik Mərkəzin təşəbbüsü ilə Babək Rayon Mədəniyyət Şöbəsinin tabeliyində fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşları üçün “Klub müəssisələrində dərnək və folklor qruplarının bərpa edilməsi” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Naxçıvan Dövlət Film Fondu tərəfindən görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatların sosial şəbəkələrdə paylaşılması avqust ayında da davam etdirilmiş, sosial şəbəkə hesablarında 258 material paylaşılmışdır.

Avqustun 31-də Film Fond tərəfindən Şahbuz Rayon Mədəniyyət Şöbəsinin və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə “Xalq yaradıcılığı günü” çərçivəsində xalq yaradıcılığı nümunələrinin videoçəkilişi aparılmışdır. Həmçinin ötən ay Naxçıvan Dövlət Film Fondu tərəfindən xüsusi kateqoriyadan olan uşaqlara 1, Naxçıvan şəhərindəki “Əyləncə adası” İstirahət Parkında açıq havada həftədə iki dəfə olmaqla 9, ümumilikdə, 10 film nümayiş olmuşdur. Film Fond tərəfindən 1 videomaterial hazırlanaraq nazirliyin “Youtube” kanalında yerləşdirilmişdir.

Ötən aydan etibarən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı Nizami Gəncəvinin müvafiq olaraq “Yeddi gözəl”, “Sirlər xəzinəsi” əsərlərindəki “Fitnə” və “Ovçu ilə itin və tülkünün hekayəti” hekayələri əsasında səhnələşdirilən tamaşaların məşqlərinə başlamışdır.

Naxçıvan Dövlət Kukla Teatrının aktyorları avqustun 21-də Ağbulaq İstirahət Mərkəzində şəhid övladlarının iştirakı ilə təşkil olunan zəfər düşərgəsində tamaşalardan parçalar, avqustun 30-da isə teatrda xüsusi kateqoriyadan olan uşaqlar üçün “Ağca və Bozca” tamaşasını nümayiş etdirmişdir.

Avqustun 24-ü və 25-də Türkiyə Respublikasında Malazgirt zəfərinin 950-ci ildönümünə həsr olunmuş tədbirlərdə Naxçıvan Dövlət Filarmoniyasının solistləri iştirak etmişlər.

Nazirliyin tabeliyində olan müəssisələrdə çalışan gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə avqustun 12-də “Xudafərin” Gənclər Birliyinin üzvləri ilə “Gənclərin gələcəklə bağlı görüşləri” adlı onlayn görüş keçirilmiş, “Nəqşicahan” Gənclər Birliyinin üzvləri arasında isə Yalçın Əfəndiyevin “Xatirələr sahili” filminin onlayn müzakirəsi təşkil olunmuşdur.

Bu gün ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsimizin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni muzeylər inşa edilir, fondlar zənginləşdirilir. Avqustun 27-də Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilib istifadəyə verilməsi də bu tədbirlərin davamıdır.

Bu ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Youtube” kanalına 1 (cəmi 666) videomaterial yerləşdirilmiş, kanalın izləyici sayı 167 min 16 nəfər olmuş, abunə sayı isə 1740-a çatdırılmışdır. Həmçinin nazirliyin sosial şəbəkələrdəki “İnstagram” və “Facebook” hesablarında edilmiş 60 sayda paylaşımı 7 mindən çox internet istifadəçisi izləmişdir.

Ötən ay nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşları milli “Şərq qapısı” qəzetində 4, “Nuhçıxan” İnformasiya Agentliyində 3, “İki Sahil” qəzetində 1, rayon qəzetlərində 3, ümumilikdə 11 məqalə dərc etdirmişlər.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Joomla 1.5