Açıq havada kino nümayişləri davam edir

Sentyabrın 3-də Naxçıvan Dövlət Film Fondu Naxçıvan şəhərindəki “Əyləncə adası” İstirahət Parkında açıq havada “Yuxusuzluq” bədii filminin nümayişini təşkil etmişdir.

Bu filmdə hadisələr Alyaskanın Naytmut adlı kiçik şəhərində baş verir. Şəhərin dinc həyatı 17 yaşlı Kay Connellin öldürülməsi ilə pozulur, onun cəsədi isə poliqonda tapılır. Bu işi araşdırmaq üçün polis detektivləri Uill Dormer və Hap Exart Los Ancelesdən Alyaskaya gəlirlər. Onlara yerli polis, Dormerin istintaq işlərinin həvəskarı olan gənc dedektiv Elli Burr kömək edir. Vəziyyət əvvəlki işlərindən birini araşdıran Dormerin, şübhəlilərdən birinə qarşı dəlil uydurdurması və həbs olunması faktı ilə daha da ağırlaşır. Polis əməkdaşları öldürülən Kayın çantasını qayıq stansiyasında tapırlar. Dormer, bu çantanın axtarışı barədə radioda reklam verməyi və "canlı yem" üsulu ilə qatili tutmağı əmr edir. Pusqu qurduqları zaman bir şübhəli hadisə yerinə gəlir. Onu tutmaq mümkün deyildi, çünki şübəli stansiyada gizli bir çuxurda gizlənirdi. Sonra Dormerin rəhbərlik etdiyi polislər, şübhəli şəxsi qalın sis olan meşədə təqib edir. Gizlənən qatil polislərdən birini ayağından yaralayır, ancaq güllə yan keçir. Dormer, dumanda qaraltı görür və onun qatil olduğunu zənn edərək ehtiyat revolverindən vurur. Xəsarət alan şəxsin yanına tələsik qaçan Dormer, şübhəlinin tərk etdiyi 38 kalibrli tapançanı tapır. Sonra qatili deyil, Exartı vurduğunu görür. Tərəfdaşının qətlini hər kəsdən gizləyən Dormer Exartın şübhəli tərəfindən öldürüldüyünü deyir. O, həmçinin 38 kalibrli tapançanı tapdığından da söz açmır. Ellie Burr meşədəki atışmanı araşdırmaq üçün cavabdehdir. Növbəti bir neçə gün ərzində Dormer Exartın öldürülməsində günahkarlıq və vicdan əzabı hissi yaşayır. Elə bu səbəbdən də yaranan yuxusuzluqdan əziyyət çəkir. Günəş işığı isə bu əzabı daha da şiddətləndirir.

2002-ci ildə ekranlaşdırılan bu filmin rejissoru Kristofer Nolan, ssenari müəllifi Hilari Seitz, operatoru isə Uolli Pfisterdir.

Filmdə əsas rolları Al Paçino, Martin Donovan, Robin Vilyams, Pol Duli, Hilari Svank və başqa kino ulduzları ifa etmişlər.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

03.09.2021

Joomla 1.5