“15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar interaktiv dərs keçirilib

İyun ayının 11-də Heydər Əliyev Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında  “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda növbəti interaktiv dərs keçilmişdir.

İnteraktiv dərsi aparan muzeyin direktoru Ramil Orucəliyev qeyd etmişdir ki, dövlət müstəqilliyimizi qazanmaq nə qədər çətin olsada, onu qoruyub saxlamaq, möhkəmləndirmək bundan dəfələrlə çətin olmuşdur. Sirr deyil ki, Azərbaycan xalqı müstəqilliyin ilk illərində tarixin ağır sınaqları qarşısında qalmışdı. Azərbaycanda hakimiyyətsizlik, xaos son həddə çatmışdı. Respublika demək olar ki, bütün dünya dövlətlərindən təcrid olunmuşdu.

Xüsusi idarəçilik və təşkilatçılıq qabiliyyəti, böyük dövlətçilik təcrübəsinə malik, dünya siyasətçiləri içərisində öz dəsti-xətti ilə seçilən ümummilli liderimiz  hələ 1990-cı il 22 iyulda Naxçıvana gələrək burada xalqın dərdinə şərik çıxmışdı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görüldü. 17 noyabr 1990-cı il tarixdə Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin rəhbərliyi ilə  “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”,“Naxçıvan Muxtar Respublikası Ali dövlət hakimiyyəti orqanı haqqında” və “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərarlar qəbul edildi. 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən ümummilli lider Naxçıvanda mövcud siyasi böhranı aradan qaldırdı. İqtisadi islahatlara başlanıldı, sahibkarlığın inkişafına şərait yaradıldı. Muxtar Respublikanın sərhədlərinin müdafiəsi istiqamətində gərəkli işlər görüldü. Ümummilli  liderimizin Naxçıvanda müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, Ona olan ümidləri artırırdı. Azərbaycanda başlanmış təhlükəli proseslərin qarşısını ala bilməyəcəklərini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Ulu öndər Heydər Əliyev xalqın ağır günündə xalqın və hakim dairələrin təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya getdi. 15 iyun 1993-cü ildə Heydər Əliyev Ali Sovetin sədri seçildi. İyunun 24-dən isə Ulu öndər Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası  Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də Azərbaycanda prezident seçkiləri keçirildi. Xalq öz xilaskarı Heydər Əlirza oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Bundan sonra Azərbaycanda dövlətçiliyin bərpa və inkişaf etdirilməsi, ictimai-siyasi sabitliyin, dövlət intizamının, qanunçuluğun möhkəmləndirilməsi başlandı. Ölkənin xarici və daxili siyasət kursu işlənib hazırlandı. Dünya siyasətini müəyyən edən dövlətlərlə tarazlı əlaqələr yaradıldı. Bölgədə iqtisadi və siyasi marağı olan dövlətlərlə Azərbaycanın suverenliyinə hörmət çərçivəsində uğurlu əməkdaşlığın əsası qoyuldu.

Muxtar Respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu günü “...doğma Azərbaycan evimizin xilası, Azərbaycanın Azərbaycana qayıdışı günü...” adlandırmışdır. Həqiqqət budur ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir. Azərbaycan yeni uğurlara imza ataraq dünyada iqtisadi artım tempinə görə lider dövlətə çevirilib, region dövlətlər arasında iqtisadi və siyasi güc mərkəzinə sahib olub. Həyatın bütün sahələrində əldə edilən uğurlar isə öz tarixi başlanığıcını 15 iyun 1993-cü il tarixli qayıdışdan götürür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın tələbi ilə Respublikada siyasi hakimiyyətə QAYIDIŞI, 1997-ci ildə Milli Məclisin qərarı ilə Azərbaycan xalqının “Milli Qurtuluş Günü” kimi tariximizə əbədi həkk olundu.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin Mətbuat Xidməti

11.06.2021

Joomla 1.5