Hamiliklə bağlı növbəti tədbir keçirilmişdir

19 may 2021-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin Kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələrinə  “Kütləvi tədbirlərin təşkili qaydaları” mövzusunda açıq dərs keçirilmişdir.

Açıq dərsi M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq bildirmişdir ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq kitabxanada da bir sıra tədbirlər – açıq dərslər, kitab müzakirələri keçirilmişdir. Belə tədbirlərin keçirilməsində məqsəd peşəkar və təcrübəli gənc kitabxanaçı kadrların hazırlanmasına nail olmaqdır.

Daha sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Günay Kəngərli  “Kütləvi tədbirlərin təşkili qaydaları” mövzusunda çıxışında bildirmişdir ki, kütləvi tədbirlər kitabın, elektron nəşrlərin və digər çap məhsullarının geniş oxucu kütləsi içərisində təbliğ edilməsində xüsusi rol oynayır. Kütləvi tədbirlərin təsiri ilə kitabxanaya yeni-yeni oxucular cəlb edilir. Hər bir kütləvi tədbir oxucularda müəyyən bir mövzu haqqında konkret təsəvvür yaradır, həmin mövzularda gedən müzakirələrin iştirakçısına çevirir, bununla bağlı mövcud ədəbiyyatla tanış edir. Kütləvi işin mərkəzində daim kitab durur. Hər bir kitabxana tərəfindən kütləvi tədbirlərin təşkil olunması əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilməlidir. Kitabxanaçı ilk növbədə il ərzində həyata keçiriləcək kütləvi tədbirlərin adını və vaxtını illik iş planında əks etdirməlidir. Kütləvi tədbirlər şifahi, əyani və yazılı(mətbuat, çap) formalarda həyata keçirilir.

Sonda mövzu ətrafında müzakirələr aparılmış, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikasi Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

19.05.2021

Joomla 1.5