“Bu, kino ki var...” adlı kinoviktorinanın muxtar respublika birinciliyi keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil nazirliklərinin “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planı”na əsasən Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə 2021-ci il 7 may tarixində “Bu, kino ki var...” adlı kinoviktorinanın muxtar respublika birinciliyi keçirilmişdir.

Naxçıvan Şəhər Gənclər Mərkəzində keçirilən birincilikdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 5-9-cu sinif şagirdlərindən ibarət 8 komanda iştirak etmişdir. Kinoviktorinanın keçirilməsində  məqsəd məktəblilərin kino biliyinin yoxlanması,  milli kinonun  təbliğidir.

Yarımfinal mərhələlərində ən yüksək bal toplayan 4 komanda - Ordubad, Şərur, Sədərək və Naxçıvan şəhərindəki 7 №-li tam orta məktəbin komandası finalda iştirak etmək hüququ qazanmışlar.

Finalda Naxçıvan şəhər 7 №-li tam orta məktəbin komandası I, Ordubad rayon komandası  II, Şərur rayon komandası isə III yerə layiq görülmüşlər.

Sonda qalib komandalara diplomlar təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

07.05.2021

 

 

 

 

 

 

 

 

Joomla 1.5