Nəsimi Məmmədzadə bədii qiraət müsabiqəsinin xüsusi diplomuna və pul mükafatına layiq görülüb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Sənsiz” bədii qiraət müsabiqəndə iştirak edən Şərur Rayon Mədəniyyət Sarayının bədii rəhbər rejissoru, aktyor Nəsimi Məmmədzadə müsabiqənin münsiflər heyətinin xüsusi diplomuna və pul mükafatına layiq görülüb.

Qeyd edək ki, qiraət yarışında iştirak etmək istəyənlər Nizami Gəncəvi yaradıcılığından ifa etdikləri nümunələrin videodiskini aprelin 15-dək Azərbaycan Teatr Xadimləri İttifaqına təqdim ediblər. Nəsimi Məmmədzadə müsabiqədə Nizami Gəncəvinin “Olacaqsan” qəzəli ilə iştirak edib.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

30.04.2021

Joomla 1.5