Babək Rayon Mədəniyyət Sarayında “Nizami aləminə səyahət” adlı kompozisiyanın təqdimatı keçirilib

30 aprel 2021-ci il tarixdə Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrı Firdovsi Səfərovun rejissorluğu ilə hazırlanan “Nizami aləminə səyahət” adlı kompozisiyasını təqdim edib. Kompozisiyanın ssenari müəllifləri Firdovsi Səfərov, Rza Zeynalov və musiqi tərtibatçısı Emil Quliyevdur.

Şair Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poemaların hər birindən bir epizod nümayiş olunan kompozisiyada şairin qəzəlləri səsləndirilmiş, bir qəzəli muğam şəklində Nəsimi Təhməzovun ifasında təqdim edilmişdir. Böyük bəstəkarımız Üzeyir Hacıbəyovun şairin qəzəllərinə bəstələdiyi “Sənsiz”, “Sevgili canan” romansları kompozisiyaya daxil edilmişdir.

Tamaşa-kompozisiyada rolları Rza Zeynalov, Ələkbər İsmayılov, Rasim İsmayılov, Gülzar Heydərli, Lamiyə Nəbiyeva, İsmayıl Qurbanov,  Orxan Qurbanov, Pərvanə Allahverdiyeva, Songül Nəcəfova ifa edirlər. Aparıcı Leyla Quliyevadır. Böyük klassik Şairimiz Nizami Gəncəvinin 880 illik yubleyinə həsr edilmiş kompozisiya tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

30.04.2021

Joomla 1.5