“Tarixdə iz qoymuş şəxsiyyətlər” mövzusunda onlayn tədbir keçirilmişdir

Fevralın 19-da gənclər arasında “Tarixdə iz qoymuş şəxsiyyətlər” mövzusunda onlayn tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Gənclər birliyinin sədri Həcər Əsgərova qeyd etmişdir ki, özlərini həyatları və sənətləri ilə təsdiq etmiş, tarixin səhifələrində yer almış şəxsiyyətlər Azərbaycan və dünya ədəbiyyatının, incəsənətinin, elm və ictimai fikir tarixinin ayrı-ayrı görkəmli nümayəndələridir. Azərbaycan və dünya tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış, unudulmamışdır.

Daha sonra söz gənclərə verildi. Gənclər tarixdə iz buraxmış görkəmli ədəbi simallar haqqında zəngin, dolğun məlumatlar verdilər.  Gənclərdən Aygül Məmmədova “Rəşad Nuri Güntəkin”, Aygül Cəfərova “Məhəmməd Hüseyn Şəhriyar”, Aidə Əliyeva “Sergey Aleksandroviç Yese”, Nərmin Yaqublu “Viktor Hüqo”, Ülkər Vəliyeva “Wulf Dorn” kimi tarixdə, ədəbiyyatda iz qoymuş şəxsiyyətlər haqqında məlumat verdilər.

Tədbir gəncləri maraqlandıran sualların cavablandırılması ilə başa çatmışdır.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

19.02.2021

Joomla 1.5