Gənclər arasında “Sirlər xəzinəsinə səyahət” adlı onlayn tədbir keçirilmişdir

Onlayn tədbiri giriş sözü ilə açan Birliyin sədr müavini Nurşən İbrahimova qeyd etmişdir ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin ilk irihəcmli əsəri olan “Sirlər  Xəzinəsi” şairin yaradıcılığının epik şeir sahəsində ilk qələm təcrübəsidir. Əsər hicri tarixi ilə 570-ci ildə yazılmışdır ki, bu miladi təqvimlə 1174-1175-ci illərə uyğun gəlir. Qeyd edilmişdir ki, “Sirlər Xəzinəsi” poeması müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, məqalələr və bu məqalələri əks etdirən kiçik hekayələrdən ibarətdir. Əsərin əsas ideyası və mövzusu ədalət və əmək mövzusu olduğunun, ümumiyyətlə bu mövzuda dövrün mühüm ictimai-siyasi və əxlaqi məsələlərin öz əksini tapdığı da vurğulanmışdır. Əsərdə Nizami Gəncəvi qəddar şahları, hökmdarları ədalətli olmağa çağırmış, tənbəlləri, ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz məhəbbətini ifadə etmişdir. Əsər Ərzincan hakimi Bəhram şah Davud oğluna ithaf edilmişdir.

Daha sonra söz gənclərə verilmişdir. Gənclər Birliyinin üzvlərindən Nisa Rzayeva, Fatimə Yusifli, Arzu Kazımlı, Nazlı Cabbarova mövzu haqqında məlumat vermişlər.

Tədbir diskussiya şəklində davam etmiş, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

19.02.2021

Joomla 1.5