Muzeylərə ekskursiyalar davam edir

Muxtar respublikanın rayonlarında bir sıra idarə, müəssisə  və təşkilatların kollektivləri muzeylərdə olublar.

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun idarə, müəssisə və təşkilatlarının kollektivləri Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyində olublar. Məlumat verilib ki, muzeydə ədibin 150 illik yubileyi ilə bağlı guşə də yaradılıb.

Ordubad rayonunun idarə, müəssisə və təşkilatlarının kollektivləri də  rayonda fəaliyyət göstərən bir sıra muzeyləri ziyarət ediblər.

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində olan tamaşaçılara məlumat verilib ki, muzey XVII əsrə aid ölkə əhəmiyyətli Qeysəriyyə memarlıq abidəsində yerləşir.

Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində olan rayonun idarə, müəssisə  və təşkilatların  kollektivləri burada  rayonun  tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olublar.

Şahbuz rayon idarə,  müəssisə  və təşkilatların kollektivləri Nursu kəndində  görkəmli sənətkar, xalq şairi Məmməd Arazın Ev Muzeyi və Rayon Tarix Diyarşünaslıq Muzeyində olublar.

Sədərək rayon  idarə və  müəssisələrin kollektivləri isə Rayon Tarix  Diyarşünaslıq  muzeyini ziyarət ediblər.

Naxçıvan Dövlət Televiziyası

08.01.2020

Joomla 1.5