“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda açıq dərs keçirilib

NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Muzeyində “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda açıq dərs təşkil edilib.

Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin şagirdlərinin iştirak etdiyi açıq dərsdə vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcını qoyub. Dahi liderin adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu isə doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilib.

Açıq dərsdə dahi rəhbərin Naxçıvanda Azərbaycanın dövlətçilik tarixində böyük rol oynayan qərarlar qəbul etməsindən də danışılıb. Vurğulanıb ki, 1990-1991-ci illərdə Azərbaycan xalqı yenidən müstəqillik bayrağını qaldırdı və bu xalqımızın siyasi tarixində XX əsrdəki ikinci böyük qələbəsi idi.

Açıq dərsdən sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.

Nurlan Sadiqov

“Nuhçıxan” İnformasia Agentliyi

23.10.2019

Joomla 1.5