Dəyirmi masa keçirilmişdir

Oktyabrın 21-də Naxçıvan Musiqi Kollecində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin iş planına əsasən kollecin Musiqi nəzəriyyəsi Fənn birləşmə komissiyasının müəllim və tələbələrinin iştirakı ilə bəstəkar Ərtoğrol Cavidin həyatı və yaradıcılıq fəaliyyəti mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözünü kollecin direktoru Günay Əliyeva açaraq dəyirmi masanın mahiyyəti haqda məlumat vermişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin baş məsləhətçisi Leyla Əlimərdanova Ərtoğrol Cavidin  həyat və yaradıcılıq yolu haqqında çıxış edərək, bəstəkarın hərtərəfli istedadından danışmışdır. Sonra bəstəkarın kamera-instrumental, kamera-vokal yaradıcılığı və musiqişünaslıq fəaliyyəti ətrafında söhbətlər aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

21.10.2019

Joomla 1.5