Hamiliklə bağlı dəyirmi masa keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq Tədbirlər Planına əsasən oktyabr ayının 29-da Naxçıvan Dövlət Tarix Muzeyində “Milli-mədəni irsimizin saxlanc yeri olan muzeylər və kadr hazırlığının aktual məsələləri”mövzusunda dəyirmi masa keçirilib.

Nazirliyin sisteminə daxil olan muzeylərin rəhbər və əməkdaşlarının, o cümlədən Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müəllimlərinin və həmin  ixtisas üzrə təhsil alan tələbələrin iştirak etdiyi dəyirmi masanı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq bildirib ki, ali və orta ixtisas təhsili məktəblərindəki ixtisasların hamiliyə verilməsi kadr potensialının dəstəklənməsi ilə yanaşı, həm də gənclərin istedadlarının üzə çıxarılması, ideyalarının diqqətə alınması və ilkin startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addımdır.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı muzeyşünaslıq ixtisası üzrə təhsili alan tələbələrin muzey və muzeytipli müəssisələrdə təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri baxımından atılan mühüm addımdır. Sərəncamda nəzərdə tutulan vəzifələrin uğurlu icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi müəyyən işlər həyata keçirib və bu gün təşkil olunmuş dəyirmi masa da həmin tədbirlərin davamıdır. 2019-cu il ərzində tələbələr üçün 5 açıq dərsin təşkil olunduğunu bildirən Qumral Əsədova onu da qeyd edib ki, il ərzində açıq dərslərin, dəyirmi masaların, konfransların və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Ardını oxu...

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Kəngərli rayonunda qastrol səfərində olub

Oktyabrın 29-da C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının Kəngərli rayonuna qastrol səfəri təşkil olunub. Səfər zamanı rayon mədəniyyət sarayında C.Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış “Ölülər və dəlilər” tamaşası göstərilmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Cəlil Məmməd­quluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlər keçirilir. Naxçıvan teatrının qurucularından biri olan C.Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə ədibin adını daşıyan musiqili dram teatrında onun əsərləri əsasında “Ölülər və dəlilər” tamaşası hazırlamışdır.

Ardını oxu...

 
 

Kollektivlər muzeyləri gəziblər

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının muzeylərə ekskursiyaları davam edir.

Ötən şənbə günü nazirlik, komitə, idarə və agentliklərin əməkdaşları Naxçıvan şəhərindəki muzeyləri ziyarət ediblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin kollektivi böyük mütəfəkkir Hüseyn Cavidin ev-muzeyində, Nazirlər Kabinetinin kollektivi Xatirə muzeyində, Daxili İşlər Nazirliyi və Naxçıvan Dövlət Universitetinin kollektivi yeni istifadəyə verilmiş Cəmşid Naxçıvanskinin ev-muzeyində olublar.

Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi Qarabağlar Türbə Kompleksində, Muxtar Respublika Prokurorluğunun əməkdaşları Xalça muzeyində, İnsan Hüquqları üzrə Müvəkkili aparatının əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, Maliyyə Nazirliyinin kollektivi isə Dövlət Bayrağı Muzeyini gəziblər.

Ardını oxu...

 
 

Bəhram Bağırzadə: Naxçıvanın qədim və zəngin tarixi-milli sərvətimizdir

NUHÇIXAN xəbər verir ki, məşhur azərbaycanlı aktyor və naşir Bəhram Bağırzadənin "Azərbaycan şəhərləri" - "Bakı uşaqlar üçün", "Uşaqlar üçün Şuşa", "Uşaqlar üçün İrəvan" kitablarının silsiləsinin davamı olan "Naxçıvan uşaqlar üçün" adlı yeni kitabı işıq üzü görüb. Yeni kitabda müəllif Naxçıvanın tarixindən, parlaq elm adamlarından, döyüşçülərdən, siyasətçilərdən və minlərlə tarixi, mədəniyyət və memarlıq abidələrindən bəhs edir. Bu abidələrdən 58-i dünya əhəmiyyətli olduğu vurğulanır. Müəllif kitabda bildirir ki, Naxçıvan toponimi Nuh peyğəmbərin adı ilə əlaqəli olan "Nuhçıxan"sözündən yaranıb. Bu ərazidə aparılan arxeoloji qazıntılar zamanı müqəddəs kitablarda - Quranda və İncildə qeyd olunan qlobal daşqının izləri aşkar edilib.

“Qədim və zəngin tarixə malik Naxçıvan bizim milli sərvətimizdir. Naxçıvan qlobal miqyasda öz gözəlliyi ilə fərqlənir. Qədim tariximizə şəhadət verən tarixi abidələr burada qorunur”- deyə müəllif vurğulayır.

“Nuhçıxan” İnformasiya Agentliyi

28.10.2019

 
 

Naxçıvan Dövlət Universitetinin kollektivi Cəmşid Naxçıvanski muzeyində olub

NUHÇIXAN xəbər verir ki, “Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Cəmşid Naxçıvanski Muzeyində olublar. Kollektivə məlumat verilib ki, muzeydə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları olmaqla  5400-ə yaxın eksponat nümayiş etdirilir. Bunların içərisində Cəmşid Naxçıvanskiyə, Azərbaycan atıcı diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar xüsusi yer tutur. Həmin eksponatlardan 500-ə yaxını ekspozisiya zalında sərgilənir. Araz-Türk Respublikasının fəaliyyətindən bəhs edən bölmədə isə tədqiqat materialları və tarixi sənədlər nümayiş etdirilir.

“Nuhçıxan” İnformasiya Agentliyi

 

 
 

Səhifə 20 > 172-dən

Joomla 1.5