“Naxçıvan ədəbi mühiti” mövzusunda onlayn tədbir keçirilib

Avqustun 5-də Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Naxçıvan ədəbi mühiti” mövzusunda onlayn tədbir keçirilmişdir.

Onlayn tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov, Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov, həmçinin Nazirliyin Gənclər birliyinin sədr müavini, Şərur və Culfa rayon mədəniyyət şöbələrinin gənclər birliklərinin sədrləri və Naxçıvan Musiqi Kollecinin Tələbə Gənclər Təşkilatının sədri iştirak etmişdir.

Tədbirin aparıcısı Əzizə Süleymanova tədbir və onun mahiyyəti barədə məlumat vermişdir. Sonra Ramiz Qasımov “Naxçıvan ədəbi mühiti: qədim dövrlərdən bu günə”, Elxan Məmmədov isə “Naxçıvan ədəbi mühitində nakam imzalar” mövzusunda çıxış etmişdir. Çıxışlarda qeyd edilib ki, Naxçıvan ədəbi mühiti Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsidir. Bu ədəbi mühit qədim dövrlərdən bu günə qədər Azərbaycan ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli əsərlər bəxş edib. Həmçinin çıxışlarda gənc yazarların fəaliyyətinə də nəzər salınıb. Daha sonra Şahbuz Rayon Gənclər Birliyinin sədr müavini Nurşən İbrahimova “XX əsr Naxçıvan ədibi Ələkbər Abbasov”, birliyin üzvlərindən Nurşən Rüstəmxanlı “Sovet hakimiyyəti illərində yazıb yaradan yazıçılar”, Xəyal Abbasov isə “Naxçıvan ədəbi mühitinin dahi şairi Məmməd Araz" mövzusunda çıxış etmişlər.

Tədbirin sonunda gənclərin sualları cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

 

Mahnı və Rəqs Ansamblının onlayn konserti olub

Avqustun 5-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının onlayn konserti olub. Konsert proqramında xalq mahnıları və Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələr səsləndirilib. Ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, baletmeysteri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırov, xormeysteri İlhamə Şirəliyevadır.

1959-cu ilin sentyabrında Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblı kimi fəaliyyətə başlayaraq Azərbaycanın bütün bölgələrində, Orta Asiya və Qafqaz ölkələrində qastrol çıxışları ilə dinləyicilərin rəğbətini qazanan kollektiv muxtar respublikada gənc musiqiçi kadrların yetişməsində də əvəzsiz rol oynamışdır. Ansambl ətrafına topladığı istedadlı musiqiçilərin uğurlu fəaliyyəti nəticəsində kifayət qədər böyüyüb, professional ifaçılıq qabiliyyətinə görə mükəmməl kollektivə çevrilib. 1983-cü ildə həmin ansamblın bazası əsasında bugünkü Naxçıvan Dövlət Filarmoniyası yaradılmışdır. Xatırladaq ki, ötən il Ansamblının yaradılmasının 60 illiyi qeyd olunmuşdur.

Ardını oxu...

 
 

“Müasir dövrümüzdə elektron kitabxana resurslarından istifadə qaydaları” mövzusunda növbəti onlayn seminar keçirilmişdir....

4 avqust tarixində kitabxana əməkdaşları və oxucular üçün “Müasir dövrümüzdə elektron kitabxana resurslarından istifadə qaydaları” mövzusunda növbəti onlayn seminar keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi seminara moderatorluğu nazirliyin aparıcı məsləhətçisi Abbasova Şəfəq etmişdir. O, tədbiri giriş sözü ilə açaraq qeyd etmişdir ki, kompüter texnologiyalarının sürətlə inkişaf etməsi cəmiyyətin hər bir sahəsində  dəyişikliyə səbəb olmuşdur. Bu texnologiyanın inkişafı nəticəsində bir sıra kitabxanalar ənənəvi kitabxana xidmətilə birlikdə həm də elektron kitabxana xidməti göstərir. Son dövrdə “COVİD-19” virusunun geniş yayılması ilə əlaqədar olaraq elektron kitabxana xidmətinə ehtiyac daha da artmışdır.  Elektron kitabxananın ənənəvi kitabxana xidmətindən üstün cəhətlərindən biri də zaman və məkan anlayışının olmamasıdır. İstənilən oxucu, istənilən zaman, günün istənilən saatında elektron kitabxana xidmətindən yararlana bilər.

“Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kitabxanalar” adlı çıxışında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsini, elektron məlumat banklarının yaradılmasını, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini mədəniyyət sahəsində dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilmişdir. Ötən dövrdə bu sahədə müvafiq iş aparılmışdır.

Ardını oxu...

 
 

Onlayn fəaliyyət sakinlər tərəfindən geniş izləyici sayı ilə rəğbətlə qarşılanır

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələri xüsusi qaydalara ciddi riayət etməklə iyul ayında da xeyli sayda onlayn tədbirlər həyata keçirmişlər.

Naxçıvan Dövlət Filarmoniyasının və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının təqdim etdiyi konsert və tamaşa, muzeylərdən onlayn ekskursiyalar internet istifadəçiləri tərəfindən böyük izləyici marağı ilə qarşılanmaqdadır.

İyul ayında M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı növbəti dəfə balaca tamaşaçıların görüşünə gəlmiş, onlayn formada “Qızıl xoruz” tamaşasını nümayiş etdirmişdir.

Naxçıvan Dövlət Filarmoniyası da iyul ayında konsert proqramlarını davam etdirərək, Xalq Çalğı Alətləri Orkestrinin onlayn solo konsertini musiqisevərlər üçün təqdim etmişdir.

Ənənə halını almış muxtar respublikadakı muzeylərdən onlayn ekskursiyaların keçirilməsi iyul ayında da davam etdirilmişdir. Ötən ay Cəlil Məmmədquluzadənin və Hüseyn Cavidin Ev muzeylərindən keçirilən onlayn ekskursiyalar Naxçıvan televiziyasından və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “nmn.az” saytından, eləcə də  “nmr_medeniyyet_nazirliyi” instaqram səhifəsindən canlı olaraq yayımlanmışdır. Bundan başqa, Təhsil Nazirliyi ilə birgə iyulun 22-də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə məktəbdənkənar müəssisələrin dərnək üzvlərinə, iyulun 29-da isə Yusif Məmmədəliyevin Ev Muzeyində Ordubad rayon məktəbliləri üçün onlayn ekskursiyalar keçirilmişdir. Ümumilikdə, muxtar diyarımızdakı muzeylər tərəfindən onlayn fəaliyyətə uyğun olaraq, müxtəlif  audio və video materiallar, o cümlədən 124 onlayn ekskursiya hazırlanaraq sosial şəbəkə hesablarında paylaşılmışdır.

Ardını oxu...

 
 

Avqustun 2-si Azərbaycan Kinosu Günüdür

Azərbaycan kinosu xalqımızın milli sərvətidir

Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan kinosu gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən hər il 2 avqust ölkəmizdə Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Bu il milli kinomuzun yaranmasından 122 il ötür. Azərbaycanda kino sənətinin inkişafında dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığının böyük rolu olmuşdur. Onun dəfələrlə ekranlaşdırılmış əsərləri milli kino sənətimizə böyük uğur qazandırmışdır. Dünya kinosunun tarixi ilə üst-üstə düşən Azərbaycan kinosu ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formatda olmuşdur. XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı kinonun yaranmasına təkan vermişdir. 1898-ci ildən başlayaraq Azərbaycanda “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsi sübh çağı”, “Qatarın dəmiryol vağzalına daxil olması”, “Balaxanıda neft fontanı”, “Qafqaz rəqsi”, “Bibiheybətdə neft fontanı yanğını” və başqa filmlər çəkilmişdir.

1945-ci ildə yaradılan və ekran sənətimizin qızıl fonduna daxil olan “Arşın mal alan” filmi kinomuzda yeni keyfiyyət dəyişikliyindən xəbər verir. Bu günə qədər Azərbaycan milli kinosunun ən uğurlu və parlaq nümunələri sırasında dayanan “Arşın mal alan” bədii filmi indiyədək 136 ölkədə nümayiş etdirilmiş və 86 dilə tərcümə olunmuşdur. 1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verir: bu gün də sevilə-sevilə baxılan “O olmasın, bu olsun” ilk rəngli bədii filmi ekranlaşdırılır.

Ardını oxu...

 
 

Səhifə 17 > 234-dən

Joomla 1.5