Qədim şəhərin izi ilə

Naxçıvan Muxtar Respublikasının ərazisi ən qədim məskunlaşma yerlərindən biri sayılır. Bunu bir çox amillər – ərazidə çoxsaylı mağaralarda məskunlaşma izləri, Gəmiqaya rəsmləri, Biçənək meşəsində karvan yolları üzərində yerləşən qədim şəhərin qalıqları, Kaha və Dərəşam dərələrində peçenenq türk tayfalarının yaşadıqları mağaralarda tapılan əmək və məişət alətləri və digər arxeoloji tapıntılar isbat etməkdədir. Bunlardan biri də vaxtilə indiki Sust kəndinin yerində yerləşən prolüvial – sel çöküntüləri ilə örtülmüş qədim şəhərin qalıqlarıdır.

1986-cı ildə Moskva şəhərində rus dilində nəşr olunmuş, E.A.Levaşovun müəllifi olduğu “Coğrafi adlar” kitabının 315-ci səhifəsində yazılır: “Naxçıvan Sovet İttifaqındakı ən qədim şəhərlərdəndir. Şəhər mühüm ticarət yollarının kəsişdiyi yerdə yaranmışdır və bunun əsas səbəbi Naxçıvan duzu olmuşdur”. Bu fikirlər Moskva şəhərində nəşr olunan “Znaniye-sila” jurnalının 1980-ci il 7 saylı nömrəsində təkrarlanmışdır. Qeyd etmək lazımdır ki, qədim və orta əsrlərdə duz insanlar üçün ən mühüm xammal sayılmışdır. Təsadüfi deyil ki, duz istehsalı olmayan dövlətlər bir növ iqtisadi asılılığa məruz qalmış bu səbəbdən də zaman-zaman duz müharibələri baş vermişdir. Bəzi Avropa ölkələrində məmurlara maaş əvəzinə puldan üstün sayılan duz verirdilər. Qərbi Avropa ölkələrinin duz təminatında Naxçıvan duzu mühüm rol oynamışdır. Karvanlarla Avropaya daşınan Naxçıvan duzunun 2 dəfə Romada duz üsyanının yatırılmasında böyük əhəmiyyəti olmuşdur.

Ardını oxu...

 

Yurdumun sərkərdə əzəmətini, general ruhunu yaşadan malikanədə bir gün...

Hər daşına, qayasına qədim izlər həkk olunan, hər dağı, dərəsi tarix qoxan, hər abidəsi dünənindən xəbər verən diyarımız böyük bir tarixi keçmişindən özü söhbət açır. Qürur duyduğumuz bu söhbətləri amalı qalasından, qayasından, abidəsindən, malikanəsindən tək bir daş parçasının düşməməsi olan əllərin inşa etdiyi dünənlə bu günü birləşdirən böyük bir körpü üzərində dinləyirik. Qədimdən gələn səsləri dinlədikcə və bu körpüdən muxtar respublikamızın 25 illik mənzərəsini seyr etdikcə bu zaman ərzində tariximizi qoruyan insanın özünün yeni bir tarix yazdığının da şahidi oluruq. Bu tarix blokada Naxçıvanında yazılır. 30 ilə yaxın dövrdə mənsub olduğu dövlətlə quru yol vasitəsilə heç bir əlaqəsi olmayan, blokadanın ilk illərinin acı və məşəqqətli günlərini yaşayıb, yaşananlara mərdliklə sinə gərən, keçmişindən güc alıb, müasirliyinə güvənən Naxçıvanda... Qorunan, bərpa olunan abidələri ilə tarixləşən, yaşanan dünənləri ilə muzeyləşən Naxçıvanda...

Ardını oxu...

 
 

Azərbaycana şöhrət gətirən rənglər

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasının 90-cı ildönümü tamam olur

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu xalqın ürəyində özünə əbədi heykəl ucaldıb. O, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan rəssamlıq məktəbində yeni yol açmaqla çoxlarının qibtə etdiyi səviyyəyə ucalıb, sənətsevərlərin rəğbətini, kiçikdən-böyüyədək müxtəlif zövqlü insanların məhəbbətini qazanıb, onlarda rəssamlığa sonsuz sevgi və maraq oyadıb. Rənglərin ahəngini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən Toğrul Nərimanbəyov mənalı ömür yaşayaraq üzərinə düşən missiyanı şərəflə yerinə yetirib. Bu böyük sənətkar ömrü boyu fırçanı yalnız şəkil çəkmək xatirinə əlinə götürməyib. Yaratmaq duyğusu ilə ürəyinin dərin qatlarından gələnləri kətana köçürüb. İçindəkiləri solmayan rənglər dünyasına danışıb. Dünyaya Buzovnadan, İçərişəhərdən, Abşerondan boylanıb, Göyçay narına əbədi xoşbəxtlik gətirib, harada oldusa Azərbaycanı düşünüb, Vətəni təmsil edib. Bu sevgi ilə dünyanı dolaşıb, mərd, məğrur, qürurlu bir insan ömrü yaşayıb, sənəti ilə şəxsiyyətini tamamlaya, kamillik zirvəsinə ucala bilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasının 90-cı ildönümü tamam olur.

Ardını oxu...

 
 

Qədim türk xalqlarının tarixindən bəhs edən əsərin onlayn müzakirəsi keçirilmişdir

6 avqust tarixində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən  Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən kitabxanaların əməkdaşları və fəal oxucuların iştirakı ilə Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Faruk Sümerin “Oğuzlar” kitabının onlayn müzakirəsi keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova müzakirəni giriş sözü ilə açaraq iştirakçılara “Oxunması zəruri olan kitablar” haqqında Sərəncamın əhəmiyyətindən danışmış, keçirilən tədbirin məqsəd və mahiyyətini vurğulayaraq əsər haqqında ümumi məlumat vermişdir. Bildirmişdir ki, məşhur türk tarixçisi, professor Faruk Sümerin kitabı onun uzun axtarışlarının əvəzsiz bəhrəsidir. Oğuzların həyatı, məişəti, bir etnos kimi ən qədim zamanlardan təşəkkül tapması, dövlət qurma bacarığı monoqrafiyada öz əksini tapmışdır. Kitab üç hissədən ibarətdir. İlk hissə oğuzların tarixindən bəhs edir. Müəllif burada “Oğuz” adının etimologiyası, qədim dövrdə Barlıq çayı sahilində, Tula boyunda, göytürklər və uyğurlar dövründə yaşayan oğuzlar haqqında bilgilər verdikdən sonra onların vətəni, həyat tərzi, iqtisadi həyatı, dini inamları, adət-ənənələri barədə söz açır. Kitabın “Boy təşkilatı və boylar” adlanan II hissəsində Kaşğari, Yazıçıoğlu və Rəşidəddinə görə oğuz boylarının adları, mənaları təsvir edilmişdir. Kitabın dastanlardan bəhs edən son hissəsində onların mövzusu, yazıldığı zaman və yer, dastan qəhrəmanları və onların iqtisadi həyatı, siyasi fəaliyyəti, ailə həyatı maraqlı faktlar əsasında göstərilmiş, oğuzlarda ordu, minicilik, geyim, ovçuluq, əyləncələr ayrıca başlıqlar altında araşdırılmışdır.

Ardını oxu...

 
 

“Turizm agenti” kursunun müdavimləri muzeylərdə təcrübə keçirlər

Naxçıvan Şəhər Peşə Liseyinin “Turizm agenti” kursunun müdavimləri iyul ayının 28-dən başlayaraq Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərdə təcrübə keçirlər. Kursun müdavimləri avqustun 6-da  Naxçıvan Dövlət Tarix Muzeyində ekskursiyada olmuşlar. Muzeyin bələdçisi Tünzalə Dilanova ekskursiya iştirakçılarını muzeyin yaranma tarixi və Naxçıvan Muxtar Respublika Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında”  2 avqust 2019-cu il tarixli Sərəncamı, eyni zamanda həmin Sərəncamla təsdiq edilmiş Tədbirlər Planı haqqında məlumatlandırmışdır. Daha sonra muzeyin bələdçisi tərəfindən onlara Naxçıvan tarixinin bütün dövrlərini özündə əks etdirən muzeyin ekspozisiyası haqqında ətraflı məlumatlar verilmişdir. Ekskursiyanın sonunda isə tələbələri maraqlandıran suallar cavablandırılmışdır. Məlumat üçün qeyd edək ki, təcrübə 2 setyabradək davam edəcək və Nazirliyin tabeliyində olan muzey və muzeytipli müəssisələrdə  qrafik əsasında təcrübə keçiriləcəkdir.

 
 

Səhifə 16 > 234-dən

Joomla 1.5