Muzeylərdən onlayn ekskursiyalar davam edir

Növbəti onlayn ekskursiya avqustun 12-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində keçirilib. Ekskursiyanı muzeyin baş elmi işçisi - Gülarə Babayeva, bələdçilər- Rəfiqə Baxşıyeva və Nərmin Yaqublu təqdim ediblər.

Ekskursiyanın əvvəlində muzeyin yaradılma tarixi haqqında məlumat verilərək bildirilib ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 25 dekabr tarixli Sərəncamına əsasən yaradılmışdır. Muzeyin rəsmi açılışı isə 1967-ci il iyun ayının 12-də olmuşdur. Dövlətimizin muzeylərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir ki, Ədəbiyyat Muzeyi 2008-ci il avqust ayının 18-də köhnə binadan yeni binaya köçürülmüş, müasir inventar və avadanlıqlarla təchiz olunmuşdur. Muzey binası 2 mərtəbə və 3 ekspozisiya zalından ibarətdir.

Ardını oxu...

 

Qonaqlar muxtar respublikanın tarixi-mədəni yerləri və muzeyləri ilə tanış olublar

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edib. Gəzintilər çərçivəsində qonaqlar Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerləri və muzeyləri ilə tanış olublar.

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət edilib. Türkiyə Silahlı Qüvvələri hərbi qulluqçuları Heydər Əliyev Muzeyində olub, Azərbaycan-Türkiyə əlaqələrinin yaradılması və inkişafı, habelə müstəqil Azərbaycanın ordu quruculuğu sahəsində misilsiz xidmətləri olan Türk dünyasının dahi siyasi xadiminin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanışlıq onlarda böyük maraq doğurub.
Türkiyəli hərbçilər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Duzdağ Fizioterapiya Mərkəzini ziyarət ediblər, qədim türk-oğuz yurdu olan diyarımız haqqında onlarda zəngin təəssürat yaranıb.

Nəriman Nəcəfov

“Şərq qapısı” qəzeti

11.08.2020

 
 

Gənclər arasında “Gün keçdi” filminin onlayn müzakirəsi keçirilib

Avqustun 7-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvləri arasında yazıçı Anarın “Gürcü familiyası” əsərinin motivləri əsasında Arif Babayevin rejissorluğu ilə çəkilən "Gün keçdi" filminin onlayn müzakirəsi keçirilmişdir.

Onlayn tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin aparıcı məsləhətçisi, Nazirliyin Gənclər təşkilatının sədri Elvin Əhmədov pandemiya dövründə təşkil edilən onlayn tədbirlərin əhəmiyyətindən bəhs etmişdir. Sonra filmin müzakirəsinə başlanılmış və söz gənclərə verilmişdir.

Nazirliyin Gənclər birliyinin üzvləri Rəfiqə Baxşıyeva və Aysel Əhmədova, Şərur Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri Faiq Nağıyev və Ülkər Vəliyeva, Babək Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri Nuray Mehdiyeva və Rasim Qasımov, Ordubad Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri Arzu Kazımlı və Ülviyyə Əlizadə, Culfa Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri Kəmalə Kərimova və Zeynəb Məmmədova, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri Aysel Şəfiyeva və Məlahət Rüstəmova və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri Turac Bayramlı və Rəsmiyə Mehdiyeva film barədə müzakirənin iştirakçılarına ətraflı məlumat vermiş və fikirlərini bölüşmüşlər.

Ardını oxu...

 
 

El sənətini yaşadanlar

Xalqımızın ən qiymətli sərvəti olan, minilliklər boyu təşəkkül tapan adət-ənənələrə, xalq yaradıcılığı örnəklərinə, milli dəyərlərə həmişə böyük ehtiramla yanaşmışıq. Naxçıvanlılar bu dəyərlərin qorunub-saxlanılmasını, təbliğini, gələcək nəsillərə ötürülməsini özlərinin vətəndaşlıq borcu sayıblar. Bu gün də həmin vəzifələr ehtiramla yerinə yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamında deyilir: “Arxeoloji qazıntılar nəticəsində əldə olunmuş materiallar Naxçıvanın qədim sakinlərinin sümükdən və daşdan da əmək və bəzək alətləri hazırladıqlarını göstərir. Sonrakı dövrlərdə sənətkarlıq daha da inkişaf etmiş, xalq sənətinin ağacişləmə, misgərlik, zərgərlik, ipəkçilik, boyaqçılıq, papaqçılıq, dabbaqlıq, dülgərlik, toxuculuq, xüsusilə də xalçaçılıq kimi sahələri genişlənmiş, Naxçıvanın zövqlə hazırlanmış müxtəlif məişət əşyaları və zərgərlik məmulatları böyük şöhrət qazanmışdır”.

Bu sırada ağacişləmə sənətini xüsusi qeyd etmək olar. Tarixi mənbələrdən aydın olur ki, Azərbaycanın bir çox şəhərlərində hələ XI-XII əsrlərdə ağacdan yüksək keyfiyyətli bədii ağacişləmə məmulatları hazırlanıb. Həmçinin muxtar respublikamızın və rayonumuzun kəndlərində bu qədim el sənətini yaşadanlar olub, müasir dövrümüzdə də bu sənətlə məşğul olan və gəlir mənbəyi kimi istifadə edənlər az deyil. Daxili aləmlərinin zənginliyi, incə zövqlərinin bir növ ifadəsi olan bu nəfis əl işləri ilə onlar unudulmaqda olan adətlərimizi, sənət nümunələrimizi yaşadırlar. Belə sənət sahiblərindən biri – Culfa rayonunun Yaycı kənd sakini, çığ (çəpərə) və səbət ustası Cəfər Qurbanovdur.  Atasından öyrəndiyi sənəti uzun illərdir yaşadan  Cəfər usta  ağacişləmənin toxuma üsulunda cil söyüdün şivlərindən istifadə edildiyini  bildirir:

Ardını oxu...

 
 

Cəmşid Naxçıvanskinin 125-ci ildönümünə həsr edilmiş onlayn ekskursiya təşkil olunub

Avqustun 8-də Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Təhsil Nazirliyinə birbaşa tabe məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvlərinə onlayn ekskursiya təşkil olunub. Ekskursiya Cəmşid Naxçıvanskinin anadan olmasının 125-ci ildönümünə həsr edilib. Cəmşid Naxçıvanskinin Ev Muzeyində təşkil edilmiş ekskursiyada Heydər Əliyev Uşaq-Gənclər Yaradıclıq, Turist Diyarşünaslıq, Texniki Yaradıcılıq və Ekoloji Tərbiyə mərkəzlərinin 40-dan çox dərnək üzvü iştirak edib.

Ekskursiyanın təşkil edilməsində əsas məqsəd şagirdlərin yay tətili müddətində asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı dərnək üzvlərini tariximizin şanlı səhifələrində adını qızıl hərflərlə yazmış görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyəti ilə tanış etmək və onlarda dünyagörüşünü formalaşdırmaqdan ibarət olub.

 
 

Səhifə 15 > 234-dən

Joomla 1.5