Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının Şahbuzda konserti olub

Noyabrın 29-da Şahbuz Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş konserti olub.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmiş, Tədbirlər Planında muxtar respublikanın 95 illik yubileyinin geniş qeyd edilməsi ilə bağlı müxtəlif silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Vurğulanmışdır ki, filarmoniyada Muğam studiyası uzun illərdir ki, fəaliyyət göstərir. Studiyanın tərkibində tanınmış xanəndələrlə yanaşı gənc muğam ifaçıları da bu sənəti yaşadır və təbliğ edirlər. Muğam studiyasına İlqar Hüseynov rəhbərlik edir. Muğam sənəti Azərbaycan xalqının bədii yaradıcılığını və musiqi mədəniyyətinin zəngin sərvəti olmaqla nadir sənət nümunəsidir. Muğam xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük xəzinədir. Muğam sənətimizdə xalqımızın təfəkkürü və düşüncə tərzi öz əksini tapır. Xalqımızın yaratdığı bu sənət nümunəsi zənginliyi, ucalığı, kamilliyi, müdrikliyi, hikməti, əbədiyaşarlığı ilə insanı düşündürür. Təsadüfi deyil ki, 2002-ci ildə UNESKO tərəfindən muğam sənəti bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısına salınmışdır.

Konsertdə əvvəlcə istedadlı müğənni Məhərrəm Quliyev “Segah” təsniflərini ifa etdikdən sonra xalq mahnısı “Əlimdə sazın qurbanı” mahnısını səsləndirmişdir. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Xatirə Səfərova “Bayatı-qacar” təsnifllərini ifa etmişdir. Daha sonra müğənninin ifasında“Segah” təsnifləri səsləndirilmişdir.

İstedadlı müğənnilər Bəhruz Quliyevin ifa etdiyi Qulu Əsgərovun “İlk eşqim” mahnısı və Habil Qasımovun səsləndirdiyi “Şur” təsnifləri alqışlarla qarşılanmışdır.

Ardını oxu...

 

Rəssam Qədirulla Bağırova həsr olunmuş “Palitraya sığmayan ömür”adlı tədbir keçirilib

Noyabrın 29-da Naxçıvan Dövlət Rəsm Qalereyasında Rəssam Qədirulla Bağırova həsr olunmuş “Palitraya sığmayan ömür”adlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə tabe müəssisələrin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri və Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq bildirib ki, bu gün Nazirliyin təşkilatçılığı ilə Naxçıvan rəssamlıq məktəbinin görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlərdən birincisi keçirilir. O, muxtar respublika rəhbərliyi tərəfindən yaradıcı şəxsiyyətlərə göstərilən dövlət qayğısından, yaradılmış şəraitdən danışmışdır. Q.Əsədova qeyd etmişdir ki, 1982-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası Azərbaycan eləcə də, Naxçıvan rəssamlıq məktəbinin nümayəndələrinin yaratdığı dəyərli rəsm əsərlərini qoruyub saxlamaq, təbliğ etmək və gələcək nəsillərə ötürülməsinə xidmət etməklə yanaşı,  həmin rəssamların  yaradıcılığının daha da dərindən öyrənilməsi sahəsində də işlər aparır. Qalereyanın fondunda 70-dən çox rəssamın 400-ə yaxın əl işi mühafizə olunur. Bu gün mərhum rəssam Qədirulla Bağırova həsr olunmuş tədbir iştirakçıların, o cümlədən tələbələrin rəssamın həyatını və yaradıcılığını, onun yaratdığı ölməz sənət əsərlərini daha da dərindən öyrənməsinə şərait yaradır.

Ardını oxu...

 
 

Ali Məclisin Sədri təltiflərin verilməsi barədə Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 28-də Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətlərinə görə:

Ardını oxu...

 
 

Xalq Teatrının 55 yaşı qeyd olunub

Ordubad Rayon Mədəniyyət Sarayında bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış ediblər.

Vurğulanıb ki, daim hərtərəfli dövlət qayğısı ilə əhatə olunan muxtar respublikanın xalq teatrları fəaliyyət göstərdikləri dövrlərdə kiçikhəcmli tamaşalar hazırlamaqla yanaşı, istər yerli, istərsə də dünya klassiklərinin yaradıcılığına da müraciət ediblər. Belə xalq teatrlarından biri də yaranmasının 55 illiyi qeyd olunan Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrıdır.

Bildirilib ki, 1964-cü ildən fəaliyyət göstərən teatra 1989-cu ildə – yaradılmasının 25 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının “Əməkdar kollektivi” fəxri adı verilib. Muxtar respublikada ilk xalq teatrı olan bu kollektiv zəngin repertuarı ilə hər zaman teatrsevərlərin rəğbətini qazanıb, muxtar diyarımızda teatr sənətinin inkişafına dəyərli töhfələr verib. Özünəməxsus yaradıcılıq ənənələri olan teatr muxtar respublikada keçirilən mədəni tədbirlərdə uğurlu çıxışları ilə yadda qalıb, xalq teatrlarının muxtar respublika festivallarında iştirak edib, diplomlara layiq görülüb.

Ardını oxu...

 
 

Solfecio, musiqi ədəbiyyatı və xor üzrə metodiki kurslar davam edir

Noyabrın 28-də Şərur Rayon Aralıq Kənd Uşaq Musiqi Məktəbində müəllimlər üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki kurs keçirilmişdir.

Kursu giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Leyla Əlimərdanova uşaq musiqi məktəblərində tədris olunan musiqi ədəbiyyatı, solfecio və xor fənlərinin şagirdlərin bilik səviyyəsinin, musiqi duyumunu və dünyagörüşünün formalaşması istiqamətində vacib olduğunun bildirmişdir . Metodiki kursların keçirilməsində əsas məqsəd  bu fənni tədris edən müəllimlərə müəyyən istiqamət göstərərək, məktəblərdə tədrisin daha da səmərəli  formada inkişafina nail olmaqdır.

Sonra Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Ülviyyə Sadıqlı solfecio fənni üzrə metodiki dərs keşərək, musiqi məktəblərində solfecio fənninin tədrisi zamanı şagirdlərə  nəzəri biliklərlə yanaşı musiqi duyumunun inkişafı üçün solfecio oxuma və  musiqili imlaların yazılmasının əsas şərtlərdən biri olduğunu qeyd etmişdir.

Ardını oxu...

 
 

Səhifə 13 > 172-dən

Joomla 1.5