Geyimlərimiz milli dəyərlərimizin əsas tərkib hissəsidir

Geyimlər iqlim şəraitinə, xalqların yaşam tərzinə görə də hər bir xalqın mədəniyyətində özünəməxsus yer tutur. Azərbaycan xalqı da qədim keçmişdən özünün milli geyimlərini yaradaraq onu inkişaf etdirmiş, zaman keçdikcə bu geyimlər dəyişilərək müasir dövrümüzədək gəlib çatmışdır. Milli geyimlərimizin inkişaf etdiyi, qorunub saxlanıldığı və bir mədəniyyət nümunəsi olaraq təbliğ edildiyi məkanlardan biri də ulu diyarımız Naxçıvandır.

Bu qədim yurd yerində müasir dövrün dəbdəbəsiylə yanaşı, tarixi geyim tərzlərinin birgə harmoniyasını da izləmək mümkündür. Naxçıvan milli geyimləri ta qədimdən biçilib-tikilmə texnikası ilə də, geyimlərin üslub xüsusiyyətlərinə görə də digərlərindən fərqlənib. Qeyd etmək lazımdır ki, geyimlərin hazır­lanmasında düzgün parçanın seçimi çox əhəmiyyətlidir. Çünki seçilən parçanın tərkibi, keyfiyyəti tikiləcək geyim növünün zövqlü alınmasının əsil səbəbidir. Culfa rayonunun Milax kəndində yun və pambıqdan ev şəraitində hazırlanan (təqribən, son dövrlərə qədər) parçaların gözəlliyini vurğulamaq yerinə düşər. Əl əməyi ilə hazırlanmış bu növ parçalardan, adətən, çarqatların və şalların hazırlanmasında istifadə olunurdu. Geyimlərdə parçalarla yanaşı, həm də ənənəvi toxuculuq nümunələrinin də özünəməxsus rolu vardır. Sülü və qullabın köməyi ilə hazırlanan geyim növləri, adətən, istilik məqsədilə toxunurdu.

Qədim diyarımızda geyim mədəniyyəti bütün dövrlərdə inkişaf etmişdir. Zaman keçdikcə geyimlər məişətimizdəki ənənələrlə uzlaşdırılmış, beləliklə də, geyimlərin müxtəlif, fərqli növləri meydana çıxmağa başlamışdır. Məsələn, xalqımızın məişətində mühüm yer tutan toy məclislərində hər kəs yeni və daha açıq rənglərdən tikilmiş geyimlərə üstünlük verərdi və bu ənənə indiyədək davam etməkdədir. Eyni zamanda adi günlərdən fərqli olaraq, məsələn, qonaq gedərkən ailə üzvləri geyimlərinə də diqqət edər, bunun üçün xüsusi geyim dəstlərindən istifadə edərdilər. Bu cür gözəl geyimlər toy şənliklərində, şadyanalıq məclislərində də istifadə olunardı. Hüznlü günlərdə isə insanlar, adətən, qara və ya ona yaxın olan tünd və eynirəngli geyimlərə üstünlük verərdilər. Bu cür geyimlərlə həm də bir yaxınını itirmiş şəxsə mənəvi dəstək olardılar. Hətta bir az alabəzək geyinmək eldən, qonum-qonşudan ayıb sayılardı. Bütün bunlar isə insanların geyim mədəniyyətinə necə üstünlük verməsindən qaynaqlanır. Hazırda Naxçıvanda bu ənənəvi mədəniyyət yaşamaqdadır. Milli geyim nümunələrinin zəngin xüsusiyyətlərini isə sadalamaqla bitməz.

Ardını oxu...

 

Açıq havada kino nümayişləri davam edir

13 iyul 2021-ci il tarixdə Naxçıvan Dövlət Film Fondu  “Əyləncə adası” İstirahət Parkında açıq havada “Bir cənub şəhərində” bədii filminin nümayişini təşkil etmişdir.

Lirik-psixoloji dram janrında olan film çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir.

Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur.

Film rejissor Eldar Quliyevin böyük kinoda ilk işidir. Çəkilişlər Təzəpir məscidinin ərafında yerləşən məhəllələrdən birində aparılıb. Filmin uğurlu alınmasının bir səbəbi də yaradıcı heyətdə yeni düşüncəli, azad gəncliyin toplanması idi.

Dövrünə görə “Bir cənub şəhərdə”ni cəsarətli film saymaq olar. Filmdə sanki ölkə içində tamamilə fərqli qanunlarla yaşayan başqa, qapalı bir ölkənin qurulduğu göstərilir: məhkəmə olmadan öz düşüncələrindən yola çıxaraq günün günortaçağı adam bıçaqlanması, sahə müvəkkilinin cinayətə susması, sakinlərin qisas aktına şərait yaratması, qadınların əsarətdə saxlanması… Bu “ölkədə” açıq fikir, yenilik yad element kimi qəbul olunur və ənənənin diktaturasına təslim olur. Bir qism adam hakim rolunu oynayaraq, digərlərinin özəl həyatına müdxailə edir, “el qınağı” psixoloji və fiziki təzyiq səviyyəsndə özünü göstərir. Təsadüfi deyil ki, filmin ekranlara çıxması iki il ləngidi. Filmin ekran həyatı qazanmasında isə ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü və müstəsna əməyi olmuşdur.

Film 1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmişdir. “Bir cənub şəhərində” filminin quruluşçu rejissoru Eldar Quliyev, quruluşçu operatoru Rasim Ocaqovdur. Baş rolları Həsən Məmmədov, Eldəniz Zeynalov, Məcid Dadaşov, Hacımurad Yegizarov, Natella Adıgözəlova və b. ifa edirlər.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

13.07.2021

 
 

Naxçıvan teatrı 138-ci teatr mövsümünü başa vurub

9 iyul 2021-ci il tarixdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” komediyası əsasında hazırlanan eyniadlı tamaşanın premyerası baş tutmuş və bununla da 138-ci teatr mövsümü başa vurulmuşdur.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov və rejissor assistenti Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevdir. Tamaşada rolları Azərbaycan Respublikasının xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Azərbaycan Respublikasının əməkdar artistləri Əli Əliyev, Behruz Haxverdiyev, Əbülfəz İmanov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev və digər aktyorlar Zakir Fətəliyev, Zəminə Məmmədova, Ələsgər Quliyev, Səyyad Məmmədov, Rəhman Dünyamalıyev, Şölə Alışova, Anar Eyvazov və Uğur Nəsirli ifa edirlər.

Əsər komediyanın klassik nümunəsidir. Ədibin dram əsəri hər şeydən əvvəl, həyatı düzgün göstərməyi təlqin edir. Yazıçı özünün bu bədii formuluna ilk öncə özü riayət edir. Nikolay Vasilyeviç “Müfəttiş”ində özünün qeyd etdiyi kimi, Rusiyada olan bütün çirkin hadisələri insandan ən çox ədalət tələb olunduğu yerlərdə və hallarda baş verən bütün ədalətsizlikləri bir yerə toplamağı və onların hamısına birdən gülməyi qərara alır. Təsadüfi  deyildi ki, o zaman Qoqolun bu əsərindəki öldürücü satirasından qorxuya düşən senzura “Müfəttiş”in tamaşaya qoyulmasını bir müddət qadağan etmişdi.

Ardını oxu...

 
 

Gənclər arasında “Dünyanın qədim və yeni 7 möcüzəsi” adlı tədbir keçirilmişdir

İyulun 9-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Turan” Gənclər Birliyinin üzvləri arasında “Dünyanın qədim və yeni 7 möcüzəsi” adlı tədbir-diskussiya keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyin Gənclər Təşkilatının sədri Elvin Əhmədov açaraq bildirmişdir ki, gənclərin asudə vaxtının səmərəli və faydalı təşkili, dünyagörüşünün artırılması, gənclərin sağlam düşüncədə yetişməsi üçün bir çox işlər görülür. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi də bu baxımdan gənclərlə iş sahəsinə öz töhvəsini vermişdir və verməkdə də davam edir. Azərbaycan mədəniyyəti minilləri əhatə edən qədim, köklü tarixə malikdir. Azərbaycan musiqisi, milli rəqsləri, zəngin mətbəxi sadəcə regionda deyil, bütün dünyada məşhurdur. Lakin mədəniyyət sərhəd tanımır və bu baxımdan gənclər sadəcə Azərbaycan mədəniyyəti ilə kifayətlənməməli, digər xalqların da tarixini, mədəniyyətini öyrənməli, öz dünyagörüşünü artırmalı və daima yeni biliklərə yiyələnməlidirlər. “Dünyanın qədim və yeni 7 möcüzəsi” adlı tədbir də məhz bu məqsədlə təşkil olunmuşdur. Bu tədbirdə gənclərin öncədən seçib hazırladıqları qədim dövrlərə aid şəhərlər, tarixi abidələr və müxtəlif mədəniyyət nümunələri haqda tədbir iştirakçılarına məlumat vermələri nəzərdə tutulur.

Daha sonra söz gənclərə verilmiş, gənclər öncədən hazırladıqları qədim və yeni dövrə aid mədəniyyət nümunələri barədə materiallar vasitəsilə tədbir iştirakçılarına məlumat vermişlər. Tədbirdə Fatimə Yusifli “Böyük Çin Səddi”, Aytən Xəlilova “Tac Mahal”, Kənan İsmayılov “Antik Efes şəhəri”, Günel Quliyeva “Misir Ehramları” və Ruzalə Əliyeva “Rodos heykəli” mövzuları ətrafında çıxışlar etmişlər. Qeyd olunanlarla yanaşı tədbir iştirakçıları arasında dünyanın digər möcüzələri və onlar haqqında az bilinən tarixi faktlar barədə müzakirə aparılmışdır.

Sonda gənclər mövzu barədə fikirlərini bildirmiş və suallarını cavablandırmışlar.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

09.07.2021

 
 

Muzey əməkdaşları üçün növbəti seminar-treninq keçirilmişdir

İyulun 8-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muzey əməkdaşları üçün “Tarix profilli muzeylərin maddi-mədəni irsimizin toplanması və təbliğində rolu” mövzusunda seminar-treninq keçirilmişdir.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açmış, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Fizzə Quliyeva “Tarix profilli muzeylərin maddi-mədəni irsimizin toplanması və təbliğində rolu” mövzusunda çıxış etmişdir.

Qeyd edilmişdir ki, Rusiya imperiyasının XIX əsrin əvvəllərində güclənən işğalçılıq siyasəti xalqımıza məxsus maddi-mədəni irsin qarət edilməsinə, bir sıra qiymətli arxeoloji abidələrin Tiflis, Moskva, Sankt-Peterburq, eləcə də dünyanın digər muzeylərinə aparılmasına səbəb oldu. Dövrün aydınları milli mədəniyyət nümunələrinin kolleksiyalarını toplamaqla onların qorunması və nümayişini rəsmiləşdirərək əbədiləşdirmək və muzey qaydalarına uyğun formada təşkilinə nail olmağa səy göstərmişlər. Bu səylər Azərbaycanda ilk muzey mədəniyyətinin yaranmasına vəsilə olmuşdur. İlk muzeyin yaradıcılarından biri olan görkəmli Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin adı bu gün də böyük hörmətlə xatırlanır.

Ardını oxu...

 
 

Səhifə 2 > 284-dən

Joomla 1.5