Naxçıvan Musiqi Kollecinin ansambllarının konserti olub

Noyabrın 14-də Ordubad rayonunun Kotam kənd mərkəzində Naxçıvan Musiqi Kollecinin “Muğam üçlüyü” və “Sazçalanlar” ansamblının konserti olmuşdur.

Qeyd edək ki, kollecdə milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının öyrənilməsi, gənc musiqiçi kadrların yetişdirilməsi sahəsində uğurlar əldə edilib. Kollecinin məzunları ölkəmizin mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq musiqi mədəniyyətimizə xidmət göstərirlər. Kollec təhsil müəssisəsi kimi fəaliyyəti ilə bərabər, həm də respublika üzrə keçirilən mötəbər tədbirlərdə, el şənliklərində konsert proqramları ilə çıxış edir. 40 ildən artıqdır ki, kollecdə müxtəlif musiqi kollektivləri də yaradılıb. Gənc istedadlar musiqi sənətimizi təbliğ etməklə yanaşı, keçirilən müsabiqələrdə də fəal iştirak edirlər. Ansambllara yeni istedadların cəlb edilməsi və repertuar zənginliyinə diqqət əsas məsələlərdəndir. Kollecin musiqi kollektivləri muxtar respublikada keçirilən bayram şənliklərində də fəal iştirak edirlər. Bu musiqi kollektivləri repertuar zənginliyinə diqqət yetirməklə yanaşı, muxtar respublika üzrə keçirilən müsabiqələrdə və konsertlərdə də fəal iştirak edirlər. Kollektivlər vaxtaşırı muxtar respublikanın rayon və kəndlərində olur, konsert proqramı ilə çıxış edirlər. Bundan  əvvəl musiqi kollektivləri Şahbuz rayonunun sərhəd kəndlərində konsert proqramı ilə çıxış etmişdi.

Ardını oxu...

 

“Subaylarınızdan görəsiniz” tamaşası Sədərəkdə göstərilib

Noyabrın 14-də Sədərək Rayon Mədəniyyət Evində Babək Rayon Xalq Teatrının yazıçı-dramaturq İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası əsasında hazırlanmış tamaşası rayon sakinlərinə təqdim olunub.

Qeyd edək ki, Babək Rayon Xalq Teatrı muxtar respublikanın fəal seçilən teatr kollektivlərindəndir. Teatr 2009-cu ilin ortalarında yaradılmışdır. Xalq teatrının hazırladığı “Yollara iz düşür”, “Şeyx Rəhmətulla”, “Ezop”, “Solğun çiçəklər”, “Bəxtsiz cavan”, “Xəcalət”,  “Ana”, “Unuda bilmirəm”, “İkinci səs”, “Yağışdan çıxdıq yağmura düşdük” və başqa tamaşalar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Teatr bir sıra tamaşalarını muxtar respublikanın başqa rayonlarında da göstərmişdir.

Tanınmış yazıçı-dramaturqumuz İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyasında hadisələr iki ailə arasında baş verən məişət mövzusuna həsr olunub. Gözlənilməz gülüş doğuran vəziyyətlər, komik dialoqlarla zəngin komediya tamaşaçıda xoş ovqat yaradır. Səhnə əsərindəki keçmişin qalıqları, köhnə düşüncələrlə yaşayan mənfi obrazlar sağlam gülüş yaratmaqla tamaşaçını düşündürür.

Ardını oxu...

 
 

Mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilmişdir

Oktyabr ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmiş, muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, Bəhruz Kəngərli Muzeyində, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində muzey işçiləri üçün seminar-treninq olmuşdur. Ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin kollektivlərinin muzeylərlə tanışlığı təmin edilmiş, muzeyləri ümumilikdə 61 min 301 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan da 17 min 249 nəfəri əcnəbi vətəndaş olmuşdur. Keçən ilin oktyabr ayında isə muzeyləri 38 min 285 nəfər ziyarət etmişdir ki, bunun da 10 min 149 nəfəri əcnəbi vətəndaş olmuşdur.

Məmməd Arazın Ev Muzeyində şairin anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində isə “Hüseyn Cavid Poeziya Günü” keçirilmişdir. Ay ərzində muzeylərdə açıq və interaktiv dərslər davam etdirilmiş, sərgilər yaradılmışdır. Ötən ay muzeylərə 178 ədəd yeni eksponat daxil olmuşdur.

Ötən ay kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, kitab müzakirələri davam etdirilmiş, sərgilər yaradılmışdır. Ay ərzində kitabxanalarda 10 “Kitabxana günü”, 10 “Kitabxanaçı günü”, 25 “Nağıl günləri”, 9 “Mütaliə günü” keçirilmişdir.

Ardını oxu...

 
 

“Bayraq günü” ilə əlaqədar Naxçıvan Musiqi Kollecində tədbir keçirilmişdir

9 noyabr “Bayraq günü” ilə əlaqədar Naxçıvan Musiqi Kollecində tədbir keçirilmişdir.  Tədbir Azərbaycan dövlət himninin müşayiəti ilə Azərbaycan dövlət bayrağının səhnəyə gətirilməsi ilə başlamışdır. Tədbirdə giriş sözü ilə çıxış edən musiqi kollecinin direktoru Naxçıvan Muxtar Respublikasının Əməkdar  mədəniyyət işçisi Günay Əliyeva üçrəngli milli bayrağımızın müstəqil Azərbaycan dövlətçiliyinin ən müqəddəs rəmzlərindən biri olduğunu vurğulamış, milli bayrağa məhəbbət və hörmətin hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs hiss olduğunu qeyd etmişdir.

Daha sonra “Bayraq günü” ilə əlaqədar musiqi kollecinin tələbələri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri kollecin fəxri fərmanları ilə mükafatlandırılmışlar.

Tədbirdə növbəti olaraq çıxış edən musiqi kollecinin tədris-tərbiyə işləri üzrə direktor müavini əvəzi Səmirə Hüseynova üçrəngli, ulduz-hilallı bayrağımızın Azərbaycanın dövlət bayrağı olaraq qəbul edilməsi tarixindən bəhs etmiş, bayraqda təsvir olunan rəmzlərin mahiyyətini açıqlamışdır.

Tədbirin bədii hissəsində musiqi kollecinin tələbələrinin iştirakı ilə “Bayrağımız yenilməzdir, müqəddəsdir” adlı bədii kompozisiya nümayiş olunmuş, “Buta” muğam ansamblı və “Əcəmi” ansamblı konsert proqramı ilə çıxış etmişlər.

 
 

“Qədim və müasir Naxçıvan gənc rəssamların fırçasında” adlı rəsm müsabiqəsinin növbəti turu keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil nazirliklərinin tədbirlər planına əsasən muxtar respublikada fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 18 oktyabr 2018-ci il tarixdə start verilmiş Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş “Qədim və müasir Naxçıvan gənc rəssamların fırçasında” adlı müsabiqədə Naxçıvan şəhəri və muxtar respublikanın bütün rayonları üzrə məktəbliləri iştirak edirlər. Müsabiqənin I mərhələsi Ordubad rayonunun ümumtəhsil məktəbləri şagirdləri arasında keçirilib və 40 şagird iştirak edib.

Qədim diyarımızın təbiəti, Naxçıvanın tarix və memarlıq abidələri, şəhər və kəndlərimizin abadlıq və quruculuq həyatını əks etdirən mövzularla bərabər, bu yurdun mərd və mübariz insanlarının əks olunduğu rəsmlər müsabiqənin əsas mövzusudur.

Ardını oxu...

 
 

Səhifə 10 > 29-dən

Joomla 1.5