Mütaliə günü ilə bağlı konfrans keçirilmişdir

Noyabrın  16-da “Naxçıvan” Universitetində Mütaliə günü çərçivəsində “Kitab  idrak  xəzinəsidir” adlı  konfrans  keçirilmişdir.

Tədbiri  giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar  Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açmışdır. M.S.Ordubadi  adına  Naxçıvan Muxtar  Respublika Kitabxanasının elmi katibi Günay Kəngərli “Oxucularda mütaliə vərdişinin formalaşdırılması”, M.S.Ordubadi adına  Naxçıvan Muxtar  Respublika Kitabxanasının kitabxanaçısı Aysel Musayeva  “Kitab idrak xəzinəsidir”  adlı mövzularla   çıxış etmişlər.

Çıxışlarda bildirilmişdir ki, aqillər kitabı bilik, zəka, idrak mənbəyi, kamillik vasitəsi hesab edirlər.  Bu səbəbsiz deyil. Çünki insanlar ən yüksək keyfiyyətləri, əsl təhsili yalnız mütaliə etməklə qazanırlar. Kitab oxumaq insanın ruhunu  qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitədir.

Ardını oxu...

 

“Qırmızı, yaşıl, mavi” tamaşası Şərurda göstərilib

Noyabrın 15-də Sədərək Rayon Mədəniyyət Evində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Arzu Soltanın “Qırmızı, yaşıl, mavi” tamaşası uşaq və məktəblilərə təqdim edilib.

Tamaşanın nümayişindən əvvəl M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Şirzad Abutalıbov çıxış edərək uşaqların və məktəblilərin sevimli teatrı haqqında onlara qısa məlumat verib. Bildirilib ki, teatr yarandığı dövrdən uşaq və məktəblilərin zövqünü oxşayan tamaşalar hazırlamış, onların estetik zövqünü formalaşdırmış, mənəvi-estetik prinsipləri əsas tutmuşdur. “Niyyət açarı”, “Göyçək Fatma”, “Ələddinin sehirli çırağı”, “Sirli sözlər”, “Tovuzquşunun nəğmələri”, “Qırmızı papaq”, “Qoğalın sərgüzəşti”, “Qırmızı, yaşıl, mavi” və başqa tamaşalar uşaq və məktəblilər tərəfindən maraqla qarşılanmışdır.

Ardını oxu...

 
 

“Qaynana əməliyyatı” tamaşası rayonlarda göstəriləcək

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı repertuardan kənar hazırladığı dramaturq və ssenarist Əhməd Orucoğlunun “Qaynana əməliyyatı” tamaşasını muxtar respublikanın rayonlarında göstərməyi qərara almışdır. Tamaşa 15 noyabrda Babək Rayon Mədəniyyət Evində rayon sakinlərinə təqdim edilmişdir. Qarşıdakı günlərdə tamaşanın Ordubad (16 noyabr), Culfa (19 noyabr), Sədərək (21 noyabr), Şərur (22 noyabr) və başqa rayonlarda da göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Əhməd Orucoğlunun uşaqlar və böyüklər üçün yazdığı bir sıra tamaşaları ölkəmizin müxtəlif teatrlarında, o cümlədən Dağıstanda uğurla səhnəyə qoyulmuşdur. Yazıçı-ssenaristin “Qonşular”, “Qaynana əməliyyatı”, “Məhəbbət bir bəladır”, “Nənənin kələyi”, “Oğru”, “Açarlarını itirənlər”, “Zınqırovlu pişik” və başqa komediyaları müxtəlif teatrlarda səhnəyə qoyulmuşdur. Dramaturq 15-ə qədər səhnə əsərinin müəllifidir. Əhməd Orucoğlunun ssenariləri əsasında bir sıra filmlər çəkilmişdir. Onun “Qaynana əməliyyatı” komediyası televiziyada (1999) lentə də alınmışdır.

Ardını oxu...

 
 

Xalq teatrı Ordubadda olub

Noyabrın 14-də Ordubad Rayon Mədəniyyət Evində Naxçıvan Şəhər Xalq Teatrı Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun “Yarımgünlük rəis müavini” satirik komediyası əsasında hazırlanmış tamaşanı rayon sakinlərinə təqdim etmişdir.

Qeyd edək ki, Naxçıvan Şəhər Xalq Teatrı 1970-ci ildən  Naxçıvan Şəhər 1 nömrəli Mədəniyyət Evində dram dərnəyi kimi fəaliyyətə başlamış, 1971-ci ildə kollektivə xalq teatrı statusu verilmişdir.

Teatrın səhnəsində müxtəlif illərdə “Ezop”, “Bəxtsiz cavan”, “Ana”, “Məhəbbət nişanəsi”, “Durna”, “Yollara iz düşür”, “Vaqif”, “Kamança”, “Unudulan adam”, “Çimnaz xanım yuxudadır”, “Qəşəmin yuxusu”, “Arvadımın əri” və başqa tamaşalr uğurla səhnəyə qoyulmuşdur. Bu xalq teatrının səhnəsində vaxtilə çalışmış bir sıra aktyor və aktrisalar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülməklə, bu gün də teatr sənətimizə öz töhfələrini verirlər.

Ardını oxu...

 
 

Ustad dərsləri keçirilib

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ordubad Şəhər Uşaq Musiqi Məktəbində rayonun uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərslər keçirilib.

Dərslər başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova çıxış edərək bildirib ki, bu dərslərin keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.

Sonra muxtar respublikanın tanınmış müəllim və musiqiçilərindən tar ixtisası üzrə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin müəllimi Cəlil İsmayılov, skripka ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi İlahə Əliyeva, vokal ixtisası üzrə Azərbaycan Respublikasının Əməkdar artisti Tural Nəcəfov, kamança ixtisası üzrə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əbülfət Babayev və qanun ixtisası üzrə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Sevinc Babayeva müəllim və şagirdlərə ustad dərsi keçiblər.

Ardını oxu...

 
 

Səhifə 9 > 29-dən

Joomla 1.5