Açıq havada film nümayişi təşkil edilmişdir

4 sentyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 2020-ci il iş planına əsasən Naxçıvan  Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada “Eviniz abad” filminin  nümayişini təşkil etmişdir.

Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Dövlət Film  Fondunun  direktoru Mirakif Seyidov qeyd  etmişdir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci il iş planına əsasən muxtar respublika sakinlərinin mədəni istirahətini təşkil etmək üçün həm onlayn, həm də ənənəvi formada konsertlər, tamaşalar, film nümayişləri keçirilir. Bu tədbirlərin davamı olaraq sentyabr ayı ərzində həftədə bir dəfə olmaqla, “Əyləncə adası” İstirahət Parkında açıq havada dünya və azərbaycan kinosundan filmlərin nümayişi təşkil olunacaqdır.

Bu gün nümayiş olunacaq ekran əsəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında gürcü kinematoqrafçıları ilə birgə 2018-ci ildə istehsal olunub.

Ardını oxu...

 

“Qədim diyarımızın musiqi mədəniyyəti tarixi” mövzusunda onlayn müzakirə keçirilmişdir

Sentyabrın 3-də Şərur və Şahbuz rayon mədəniyyət şöbələrinin gənclər birliklərnin üzvləri arasında “Qədim diyarımızın musiqi mədəniyyəti tarixi” mövzusunda onlayn müzakirə keçirilmişdir. Onlayn tədbirdə Nazirliyin, Culfa rayon və Naxçıvan şəhər mədəniyyət şöbələrinin gənclər birliklərinin sərdləri iştirak etmişlər.

Onlayn tədbiri Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Əzizə Süleymanova giriş sözü ilə açmışdır. Qeyd etmişdir ki, heç bir dövrdə inkişafdan qalmayan Naxçıvan musiqi mədəniyyəti, Naxçıvanın tarixi qədər qədimdir. Bu diyarda ta qədimdən həm xalq musiqisi, həm də klassik musiqi yanaşı şəkildə yayılmışdır. Həmçinin Naxçıvan torpağı Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əməyi olan musiqiçilər yetişdirmişdir.

Şərur Rayon Gənclər Birliyinin sədri Həcər Əsgərova bildirmişdir ki, hər bir xalqın musiqisi həmin xalqın tarixinin səslər vasitəsilə əks etdirilməsidir. Müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı musiqidə də özünü göstərirdi. Bu isə insanlarda musiqi mədəniyyətini formalaşdırırdı. Musiqi mədəniyyətinin inkişafında xalq mahnı və rəqs havalarının, aşıq sənətinin mühüm rolu olmuşdur.

Ardını oxu...

 
 

“Nuh yurdu Naxçıvan-rəssamların gözü ilə” mövzusunda onlayn görüş keçirilib

Culfa Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Nuh yurdu Naxçıvan-rəssamların gözü ilə” mövzusunda onlayn görüş keçirilmişdir.

Onlayn görüşdə Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli, muxtar respublikanın digər rayonlarının Gənclər birliklərinin sədrləri və şöbənin Gənclər Birliyinin üzvləri iştirak etmişdir.

Görüşün aparıcısı, Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Aidə İbrahimova görüş və onun mahiyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, qədim tarixə, zəngin mədəniyyətə malik olan Naxçıvan torpağı əsrlərdən bəri Şərqin mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. Çünki bu gün olduğu kimi, tarix boyu Naxçıvan torpağı dahilərin, sənətkarların Vətəni olub. Bu diyar həm də milli rəssamlıq sənətimizin görkəmli nümayəndəsi olan Bəhruz Kəngərlinin yurdudur. Bu gün muxtar respublikamızda Bəhruz Kəngərlinin davamçıları olan istedadlı rəssamlarımız onun yolunu uğurla davam etdirirlər. Sonra Gənclər Birliyinin üzvləri qədim diyar Naxçıvanı öz əsərlərində əks etdirən, keçmişdə və bu günümüzdə yaşayıb yaratmış rəssamların fəaliyyətləri haqda söhbət açmışlar.

Diskussiya şəklində davam edən onlayn görüşdə Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli rəssamlığın sirləri barədə gənclərə maraqlı məlumatlar vermiş, onların suallarını da cavablandırmışdır.

 
 

Təqaüdçülərə daha bir qayğı

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Veteranlar, ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”. Bu gün qədim diyarımızda ulu öndərin hər bir arzusu, hər bir kəlamı rəhbər tutulur, görkəmli dövlət xadiminin siyasəti uğurla davam etdirilir. Ulu Naxçıvanımızda yaşadılan milli-mənəvi dəyərlərimizdən biri yaşlılara hörmət və ehtiramla yanaşmaq, onların qayğısına qalmaqdır. Qədim diyarımızda sakinlərin asudə vaxtlarının səmərəli təşkili, o cümlədən ağsaqqallara, təqaüdçülərə, veteranlara göstərilən qayğı, onların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Bu tədbirlər çərçivəsində yeni parklar, istirahət guşələri yaradılır, yaşayış məntəqələrində mədəniyyət evləri və klublar üçün yeni binalar istifadəyə verilir.

Ötən günlərdə Şərur şəhərində istifadəyə verilən Təqaüdçülər Klubu bu qəbildən olan vətəndaşların asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitin daha bir əyani ifadəsidir. Biz də həmin ünvanda yaradılan şəraitlə yaxından tanış olmaq üçün oraya üz tutduq, elimizin ağsaqqalları ilə həmsöhbət olduq. Şərur şəhər sakini, ağsaqqal Elbrus Ələkbərovdan öyrəndik ki, binanın birinci mərtəbəsində iş otaqları, kitabxana, bufet və oyun zalı, ikinci mərtəbədə isə 2 dama və 2 şahmat zalı yerləşir. Klubun kitabxanasında 499 kitab vardır. Binanın həyətində abadlıq işlərinin aparılması və musiqili fəvvarənin quraşdırılması ağsaqqallarla bərabər, rayonun digər sakinlərini də sevindirib. Axşamüstü buranın həyəti uşaq, böyüklə dolu olur. Klubda gənclərin ağsaqqallarla görüşü təşkil edilir. Gənclərimiz bizə yaradılan şəraitlə tanış olur, məsləhətlər alırlar.

Ardını oxu...

 
 

Kitabxanaçılar üçün seminar keçirilmişdir

Sentyabrın 4-də  Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında nazirliyin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kitabxanaçıları üçün “Daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları” adlı seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının aparıcı məsləhətçisi Şəfəq Abbasova qeyd etmişdir ki, bugün muxtar respublikamızda da gedən inkişaf kitabxanalardan yan keçmir. Kitabxanalar öz işini günün tələbləri səviyyəsində qurmalı, oxuculara daha keyfiyyətli xidmət göstərməlidir. O bildirmişdir ki, nazirliyin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kitabxanaçıları üçün “Daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları” mövzusunda təşkil edilən seminarın əsas məqsədi sözügedən sahə üzrə kitabxanaçıların kitabxana işi haqqında daha geniş biliklərə yiyələnməsi, müəssisəyə daxil olan çap məhsullarının düzgün işlənmə qaydalarının mənimsənilməsindən ibarətdir.

Ardını oxu...

 
 

Səhifə 8 > 234-dən

Joomla 1.5