Bu gün görkəmli bəstəkar Arif Məlikovun anadan olmasından 87 il ötür

O, çoxlarından fərqli olaraq şöhrətə gedən yolu çox gənc yaşlarından fəth etdi. 26 yaşında yazdığı “Məhəbbət əfsanəsi” ilə milyonların məhəbbətini qazandı. Amma bu uğur heç də onu arxayın salmadı. Gecəsini gündüzünə qataraq daha böyük inam və inadla yazıb-yaratdı. Nə yazdısa ürəyinin səsi, qəlbinin hökmü ilə yazdı. Bir an da olsun belə sənətə ötəri həvəs kimi yanaşmadı. Bəlkə də onu xalqa sevdirən də içindəki düzlük, Üzeyir Hacıbəyli ənənələrinə sadiqlik, Azərbaycana, onun milli-mənəvi, mədəni sərvətlərinə olan sonsuz sevgi idi. Belə sevgiləri qazanmaq isə yalnız və yalnız Arif Məlikov kimi dühalara nəsib olur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün müstəqil Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Arif Məlikovun anadan olmasından 87 il ötür. Arif Məlikov ötən il mayın 9-da 85 yaşında dünyasını dəyişib və I Fəxri xiyabanda dəfn olunub.

1933-cü il sentyabrın 13-də Bakıda anadan olan sənətkar, öz simfoniyaları ilə XX əsrin sonu–XXI əsrin əvvəlində milli simfonik musiqimizin əsas inkişaf istiqamətini müəyyən etmiş, bu sahədə aparıcı rol oynamış bəstəkardır. Sənətdə ilk addımlarından o, musiqi aləmində bir ulduz kimi parlayıb, sahibi olduğu fitri istedadını sonrakı illərdə cilalayıb kamilləşdirdiyi peşəkarlığı ilə tamamlayaraq yeni zirvələrə yüksəlib.

Ardını oxu...

 

Açıq havada kino nümayişləri davam edir

Açıq havada kino nümayişlərinin davamı olaraq 11 sentyabrda Naxçıvan Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında “Cənnəti gözləyərkən” filminin  nümayişini təşkil etmişdir.

Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Dövlət Film  Fondunun  direktoru Mirakif Seyidov qeyd  etmişdir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 2020-ci il iş planına əsasən sentyabr ayında açıq havada artıq ikinci film nümayişi keçirilir. Bu dəfə 2005-ci ildə Türkiyə - Macarıstan birgə istehsalı olan “Cənnəti gözləyərkən” filminə tamaşa edəcəksiniz. Film 2006-cı ildə ekranlara çıxmışdır.

Sonra Film nümayiş olunmuşdur.

XVII əsrdə, İstanbulda yaşayan miniatür ustası Əflatun (Serhat Tutumluer), arvadının və oğlunun ölümündən sonra ustalarının ona öyrətdiklərinə qarşı qərb üslubunda portretlər çəkir. Bu cür portretlərin İslam dininə zidd olduğunu düşündüyü üçün ziddiyyətli hissləri artan Əflatun, bir gün zorla bir Osmanlı vəzirinin malikanəsinə aparılır. Vəzir Əflatundan Osmanlıya qarşı üsyan qaldıra Danyal (Nihat İleri) adlı saxta bir şahzadənin Qərb tərzində portretini çəkməsini istəyirr.

Ardını oxu...

 
 

Cəhri qəsəbəsindəki tarixi məscid yenidən tikilir

Cəhri qəsəbəsində yerləşən və el arasında “Heydərxanlı məscidi” kimi tanınan ibadət ocağı Naxçıvanda orta əsrlərdə yaradılan məscidlərdən biridir. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvanın məscid və ziyarətgahları” kitabında “Heydərxanlı məscidi” barədə oxuyuruq: “Heydərxanlı məhəlləsində yerləşən bu məscidin divarları kvadrat formalı çiy kərpicdən inşa olunmuş, fasadı bişmiş kərpiclə üzlənmişdir. Məscid qoşamehrablıdır. Qeyd etmək lazımdır ki, Naxçıvan bölgəsində qoşamehrablı məscidlərə demək olar ki, nadir hallarda rast gəlinir. Xüsusi memarlığa, qədim tarixə malik olan məscid hazırda yarımuçuq vəziyyətdədir”.

Ardını oxu...

 
 

Gənclər arasında növbəti kitab müzakirəsi keçirilib

Sentyabrın 9-da Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında müasir Azərbaycan yazıçısı Elxan Elatlının "Cəhənnəmdən gələn səs" kitabının onlayn müzakirəsi keçirilmişdir.

Tədbir giriş sözü ilə açan birliyin sədr müavini Nurşən İbrahimova kitab haqqında məlumat vermiş və qeyd etmişdir ki, kitab XX əsrin ən dəhşətli faciəsi Xocalı soyqırımından, erməni əsirliyində olan azərbaycanlıların qorxunc planlara alət edilməsindən və onların tükürpərdici aqibətindən bəhs edir. Əsər Xocalı hadisələrinin 17-ci ildönümünə həsr olunub.

Daha sonra kitab müzakirəsinə başlanılmış və söz gənclər birliyinin üzvlərinə verilmişdir. Birliyin üzvlərindən Nurşən Rüstəmxanlı, Rəsmiyyə Mehdiyeva və Xəyal Abbasov kitab haqqında müzakirənin iştirakçılarına ətraflı məlumat vermiş və düşüncələrini bölüşmüşlər.

Ardını oxu...

 
 

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna qədim əlyazma və kitablar hədiyyə edilib

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunan qədim əlyazma və çap kitablarının təqdimatı keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublika ərazisindən toplanılan əlyazma və qədim çap kitablarının tariximizin və mədəniyyətimizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını söyləyib və bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Ötən illərdə də Mədəniyyət Nazirliyi tərəfindən bir çox qədim əlyazma və çap kitabının Əlyazmalar Fonduna hədiyyə edildiyini bildirən akademik vurğulayıb ki, müxtəlif tarixi qaynaqları əhatə edən bu nadir sənət əsərləri bir çox sahələrin öyrənilməsində yeni mənbə rolunu oynayır.

Ardını oxu...

 
 

Səhifə 6 > 234-dən

Joomla 1.5