Latest

Tarixi romanlar müəllifinin ev-muzeyi bu gün

ÇapE-poçt

06.10.18 11:39

 

 

 

 

 

 

 

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid ­Ordubadi 1872-ci il martın 24-də Ordubad şəhərində dünyaya göz açıb. Onun atası Hacı Ağa müəllimliklə məşğul olub, bir çox şeirlər yazıb. “Fəqir” təxəllüsünü qəbul edib və bu adla da tanınıb.

Adı ədəbiyyatımızın, mətbuatımızın inkişafı ilə sıx bağlı olan ədibin ev-muzeyi doğulub boya-başa çatdığı Ordubad şəhərində 1972-ci ildə yaradılıb. Bu günlərdə həmin muzeydə olduq. Öyrəndik ki, muzey 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı əsasında əsaslı təmir və bərpa edilib. Muzey ekskursiya zalı və 3 otaqdan ibarətdir. Fondunda 720-dən çox eksponat saxlanılır, onlardan 500-ə yaxını ekspozisiya zalında nümayiş ­etdirilir. 
Buradakı birinci otaq tarixi romanlar müəllifinin xatirə otağıdır. Həmin otaqda yazıçının Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Şəmil Mustafayev tərəfindən yağlı boya ilə çəkilmiş portreti asılıb. Yazıçının həyat və yaradıcı­lığı haqqındakı məlumatların öz əksini tapdığı otaqdakı guşələrin birində ümummilli lider Heydər Əliyevin mədəniyyət və muzeylər haqqında dediyi müdrik sözlər, görkəm­li dövlət xadiminin müxtəlif mədəniyyət obyektlərinin açılışında iştirakına dair fotolar və 22 may 1980-ci ildə muzeydə olarkən Ordubadi haqqında muzeyin rəy və təkliflər kitabına yazdığı sözlərin fotosurəti yer alıb. Muzeydə bu sənədin Azərbaycan dilində mətni də var. Vitrinin önündə isə Ordubadinin məşhur xanəndə Bülbül və dahi bəstəkar Üzeyir Hacıbəyov ilə birlikdə heykəli yerləşdirilib. Məlumat üçün bildirək ki, Üzeyir Hacıbəyovun 1937-ci ildə musiqi həyatı verdiyi
“Koroğlu” operasının liberettosunu Ordubadi yazıb, Bülbül isə Koroğlu rolunun əvəzsiz ifaçısı, həm də ədibin yaxın qonşusu və dostu olub.

Ardını oxu...

 

Naxçıvanda xalçaçılıq: tarix və müasirlik

ÇapE-poçt

05.10.18 12:24

Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda xalçaçılıq sənəti çox qədim tarixə və ənənələrə malikdir. Naxçıvan diyarındakı I Kültəpədən tapılan xalçaçılıqla bağlı 177 ədəd alət tədqiqatçılar tərəfindən Kür-Araz mədəniyyətinə (eramızdan əvvəl V-III min­illiklər) aid edilib. Şərur rayonundakı Ovçular təpəsindən 2009-cu ildə aşkar olunmuş sümük alətlər, o cümlədən toxuculuqda istifadə edilən bizlər insanların Naxçıvan ərazisində hələ Eneolit dövründən toxuculuqla məşğul olduğunu söyləməyə əsas verir.

Orta Tunc dövründə ölkəmizdə peşəkar sahəyə çevrilmiş sənətkarlıq başqa təsərrüfat sahələrindən ayrılaraq müstəqil şəkildə inkişafa başlayıb. Belə qədim tarixə malik olan sənətkarlığın əsas sahələrindən biri sayılan xalçaçılıq da böyük inkişaf yolu keçib. Arxeoloji tədqiqatlar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri və xalçaçılığın tarixi ilə məşğul olan tədqiqatçılar təsdiq edir ki, bu sənət növü Azərbaycanda eramızdan bir neçə əsr əvvəl meydana gəlib, erkən orta əsrlər zamanı müstəqil sənət növünə çevrilib. Bu dövrdə ölkəmizin bir sıra şəhərlərində, o cümlədən Naxçıvanda xalçaçılıq sənəti nəinki inkişaf edib, hətta böyük şöhrət qazanıb. Ona görə də tədqiqatçılar haqlı olaraq Naxçıvan diyarını Azərbaycan xalçaçılıq məktəbinin mühüm mərkəzlərindən biri kimi səciyyələndirirlər.

Ardını oxu...

 
 

“Xalq yaradıcılığı günləri”nin keçirilməsi və xalq yaradıcılığının təbliği” mövzusunda seminar-müşavirə keçirilib

ÇapE-poçt

05.10.18 10:51

Oktyabrın 4-də Culfa Rayon Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə “Xalq yaradıcılığı günləri”nin keçirilməsi və xalq yaradıcılığının təbliği" mövzusunda seminar-müşavirə keçirilib. Bənəniyar kənd Mədəniyyət evində Culfa rayonunda fəaliyyət göstərən mədəniyyət evi və klub əməkdaşlarının iştirakı ilə keçirilən tədbiri Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov giriş sözü ilə açaraq muxtar respublikada "Xalq yaradıcılığı günləri"nin keçirilməsi əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" 2009-cu il 7 fevral tarixli Sərənxamından sonra muxtar respublikanın müxtəlif bölgələrində ənənəvi "Xalq yaradıcılığı günləri"nin keçirilməsinə başlanmış, bu tədbirlərdə sakinlərin kütləvi şəkildə iştirakı təmin edilmişdir.

Ardını oxu...

 
 

Xalq teatrının fəaliyyəti razılıq doğurur

ÇapE-poçt

04.10.18 12:20

Bu gün muxtar respublikamızın ayrı-ayrı bölgələrində müxtəlif xalq teatrları fəaliyyət göstərir. Bu ­teatrlardan biri də Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrıdır. Teatr 1938-ci ildə dram dərnəyi kimi fəaliyyətə başlayıb. Dərnək ayrı-ayrı əsərlərdən parçalar səhnələşdirməklə tamaşaçıların rəğbətini qazanıb. 
Dərnək muxtar respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə də iştirak edib, özünə tamaşaçı auditoriyası toplamaq üçün teatr sənətinin imkanlarından istifadə etməyə səy göstərib. İllər ötdükcə könüllü sənətsevərləri ətrafında cəmləşdirə bilib. 1981-ci ildə isə “Xalq teatrı” statusunu alıb. Teatrın repertuarında Azərbaycan dramaturqlarının əsərləri xüsusi yer tutur. Bəhs olunan dövrdə teatrda Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah”, Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır”, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında “Yuxu” menipeyası, Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” və başqa əsərlər öz səhnə həllini tapıb. Teatr dünya dramaturgiyasına müraciət etməyi də unutmayıb. Ötən illər ərzində bu teatrın səhnəsində Aleksandr Serqeyeviç Puşkinin “Motsart və Solyeri”, Anton Çexovun “Ayı” və başqa əsərlər tamaşaya qoyulub. Fəaliyyəti dövründə burada aktyorlar, rejissorlar nəsli formalaşıb. Onlar professional səhnələrdə fəaliyyət göstərən həmkar­larının təcrübəsindən bəhrələnməyə çalışırlar.

Ardını oxu...

 
 

Növbəti seminar-treninq keçirilib

ÇapE-poçt

04.10.18 10:17

Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bəhruz Kəngərli Muzeyində muzey bələdçiləri üçün seminar-treninq keçirilib.

Nazirliyin sisteminə daxil olan muzeylərin bələdçilərinin iştirak etdiyi tədbirin məqsəd və əhəmiyyətindən danışan nazirliyin baş məsləhətçisi Qumral Əsədova giriş sözü ilə çıxış edərək bildirib ki, muxtar respublikada müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Muzeylərə bu gün xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi yüksəldilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur.

Ardını oxu...

 
 

Səhifə 4 > 14-dən

Joomla 1.5