2017-ci ildə muxtar respublikadakı muzeyləri 445 min tamaşaçı ziyarət edib

2017-ci ildə muxtar respublikada milli dəyərlərimizin yaşadılması, qorunması və təbliği sahəsində bir sıra işlər həyata keçirilmiş, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər davam etdirilmiş, görkəmli sənət adamlarının yubileyləri qeyd edilmişdir. İl ərzində keçirilən “İstedadlı uşaqlar-2017”, “Göycə”, “Kətə”, “Arıçılıq məhsulları-bal” və “Ailə təsərrüfatı məhsulları” festivalları muxtar respublika sakinləri və turistlərdə xoş təəssürat yaratmışdır.

Ötən il qədim diyarımızda muzeylərin fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulması və muzey şəbəkələrinin genişləndirilməsi sahəsində işlər davam etdirilmişdir. Bu məqsədlə Şahtaxtinskilər muzeyi yenidən qurulmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncamının icrası ilə bağlı hazırlıq işlərinə başlanılmışdır. Bu dövrdə muzeyləri 110 min 425-i əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 445 min 747 tamaşaçı ziyarət etmişdir. Muzey fondlarının zənginləşdirilməsi sahəsində qədim diyarın sakinləri fəal iştirak etmiş, muzeylərimizə 1340 eksponat daxil olmuşdur.

Muxtar respublikanın kitabxanalarında əhaliyə mədəni xidmət işinin günün tələbləri səviyyəsində qurulması diqqətdə saxlanılmış, mədəni-kütləvi tədbirlərin və sərgilərin keçirilməsi üçün bir sıra işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamının icrası ilə bağlı kitabxanalarda müvafiq kitab guşələri yaradılmış, 31 kitab müzakirəsi keçirilmişdir. 2017-ci ildə muxtar respublikanın kitabxanalarına, ümumilikdə, 301 adda 13 min 224 nüsxə çap məhsulu daxil olmuşdur. Kitabxanalarda keçirilən mədəni-kütləvi tədbirlərin sayı 552, sərgilərin sayı 441 olmuşdur. “Kitabxana işinin təşkili və müasir tələblər mövzusunda” kurslar keçirilmiş və 96 kitabxana əməkdaşına sertifikatlar təqdim edilmişdir.

Ardını oxu...

 

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin konserti olub

Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin “Naxçıvan İslam Mədəniyyətinin paytaxtı – 2018” devizi altında Kəngərli Rayon Mədəniyyət Evində konserti olub.

Konsertdə Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbləri şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib. Şagirdlər görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacı­bəyovun, Tofiq Quliyevin, Fikrət Əmirovun, Emin Sabitoğlunun və başqalarının musiqi əsərlərini səsləndiriblər. Şagirdlərin ifasında muğam, xalq mahnıları, rəqslər və saz havaları da ifa edilib. Musiqi məktəblərinin xanəndəlik, fortepiano, xoreoqrafiya, skripka və başqa ixtisaslar üzrə təhsil alan şagirdlərindən Güldəstə Qasımzadə, Bayram Tahirov, Sənay Eylazova, Zəhraxanım Heydərovanın ifaları maraqla qarşılanıb.

Konsertdə xarici ölkə bəstəkarlarının skripka, fortepiano üçün yazdığı musiqi əsərləri də səsləndirilib. Konsert Xalq Çalğı Alətləri Ansamblı­nın ifasında Fikrət Əmirovun “Qarabağ kompozisiyası” ilə başa çatıb.

 
 

Xalq artistinin yubileyi qeyd edilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanovanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini Rəşad Xudiyev açaraq bildirib ki, qədim diyarımızda tanınmış sənət adamlarına yüksək diqqət və qayğı göstərilir. Bu gün anadan olmasının 60 illiyini qeyd etdiyimiz Yasəmən Ramazanovanın yubileyi də bu diqqətin bariz nümunəsidir. O, Xalq artisti Yasəmən Ramazanovanı 60 yaşının tamam olması münasibətilə təbrik edib, yaradıcılıq uğurları arzulayıb.

Nazirliyin əməkdaşı, Xalq artisti Kamran Quliyev Yasəmən Ramazanovanın həyat və yaradıcılığı haqqında çıxış edərək bildirib ki, tanınmış aktrisa Naxçıvan şəhərinin Tumbul kəndində dünyaya göz açıb. Sənətə, teatra maraq və həvəs onu Naxçıvan şəhər 1 nömrəli Mədəniyyət Evinin nəzdindəki xalq teatrına gətirib. Xalq teatrında gənc aktrisa görkəmli yazıçıların səhnə əsərlərində ilk rollarını oynayıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən aktrisanın Naxçıvan teatrının səhnəsində yaratdığı müxtəlif xarakterli obraz və personajlar ona tamaşaçı rəğbəti qazandırıb.

Ardını oxu...

 
 

Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb

Tədbiri Film Fondunun direktoru Mirakif Seyidov açaraq bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqını bütün dünyaya müstəqil yaşamağa qadir, eyni zamanda əyilməz bir xalq kimi tanıdıb. Həmin gün müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının unudulmaz qəhrəmanlıq səhifəsidir.

Sonra Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin Gənclər Birliyi şöbəsinin sədri Aysəma Babayeva çıxış edərək qeyd edib ki, 20 Yanvar xalqımızın milli qürur günüdür. Azərbaycan xalqı öz qəhrəman övladlarının xatirəsini daim uca tutur və dərin ehtiramla yad edir. Xalqımızın işıqlı sabahı üçün canlarından keçən şəhidlərimizin xatirəsini gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar.

Ardını oxu...

 
 

Gənclər Xatirə Muzeyində olublar

20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bir qrup fəal gəncin Xatirə Muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiyanın məqsədi gəncləri xalqımızın qəhrəmanlıq tarixi ilə tanış etmək olub.

Tədbirdə əvvəlcə nazirliyin yaradıcı gənclərlə iş üzrə baş məsləhətçisi Kənan Tağızadə, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Səyyar Məmmədov çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı öz qəhrəman övladlarının əziz xatirəsini həmişə uca tutur və dərin ehtiramla yad edir. Xalqımızın tarixində elə hadisələr vardır ki, qəlblərimizdə əbədi yaşayır və azadlığın rəmzinə çevrilir. Bu mənada, 20 Yanvar xalqımızın tarixində qürur və iftixar rəmzidir. Gələcək nəsillər də onların qəhrəmanlığını ehtiramla xatırlayacaqdır.

Gənclərin muzeylə tanışlığı zamanı onlara bildirilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1997-ci ildə yaradılıb, 2000-ci ilədək Şəhidlər Muzeyi adı ilə fəaliyyət göstərib. 8 avqust 2000-ci ildən etibarən muzey Xatirə Muzeyi adlanır. Hazırda muzeydə 2000-dən çox eksponat vardır. Onlardan 350-yə qədəri ekspozisiyada nümayiş etdirilir.

Qeyd edilib ki, Azərbaycanda baş verən soyqırımlara ilk siyasi-hüquqi qiyməti ümummilli lider Heydər Əliyev verib.

Muzeydə torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda xalqımızın apardığı mübarizəni əks etdirən sənədlər, tarixi eksponatlarla tanışlıq gənclərdə böyük təəssürat yaradıb.

 
 

Səhifə 283 > 284-dən

Joomla 1.5