İbrahim Səfiyevin 120 illiyi qeyd edilib

AMEA Naxçıvan Bölməsində görkəmli Azərbaycan rəssamı İbrahim Səfiyevin anadan olmasının 120 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq rəssamın irsinin öyrənilməsinə göstərilən dövlət qayğısından bəhs edib. Vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam İbrahim Səfiyevin həyat və yaradıcılığının daha geniş tədqiq olunmasına xidmət etməklə bərabər, görkəmli rəssamın irsinə göstərilən diqqətin, sənətə verilən yüksək dəyərin ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva “İbrahim Səfiyevin həyat və yaradıcılığı” ,  Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova “Görkəmli rəssam İbrahim Səfiyevin yaradıcılığında janr müxtəlifliyi” mövzusunda çıxış ediblər.

Tədbirdə digər çıxış edənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə görkəmli rəssam İbrahim Səfiyevin irsinə göstərdiyi yüksək diqqət və qayğıya görə muxtar respublika rəssamları və ziyalıları adından minnətdarlıq ediblər.

"NUHÇIXAN" iNFORMASİYA AGENTLİYİ

21.12.2018

 

Şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilib

Dekabrın 21-də Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində rəsm ixtisası üzrə müəllim Nizami Məmmədov və şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.

Əvvəlcə məktəbin direktoru Elşən Xəlilov çıxış edərək bildirib ki, sərginin təşkilində əsas məqsəd tədrisin səviyyəsinin yüksəldilməsi, bu sahə üzrə istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsidir. Sərgidə məktəbin rəsm müəllimi Nizami Məmmədovun 30, şagirdlərinin isə 30 əl işi nümayiş etdirilir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Gülbuta Babayeva və Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli muxtar respublikamızda uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə göstərilən dövlət qayğısından danışıblar.

Sonra sərgiyə baxış olub. Naxçıvanın təbiəti, tarixi abidələri, bu günü haqqında çəkilən rəsmlər maraqla qarşılanıb.

 
 

Yallı mədəniyyətimizin əbədilik simvoludur

Yallı  ölkəmizi dünyaya tanıdan, xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini, etnoqrafiyasını,  mifoloji inanclarını aydın şəkildə çatdıran milli rəqsimizdir. Bu gün doğma Vətənimizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanda yallı sənəti inkişaf edir, qorunub saxlanılır və gələcək nəsillərə ötürülür.

Bu sahədə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin UNESCO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub.

Bildiyimiz kimi, 2018-ci il 26 noyabr-1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri­­-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Gələcəkdə qədim diyarımızda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq baxımından bu qərar mühüm əhəmiyyət kəsb edir. Biz də sənət xadimlərimizlə həmsöhbət olub mədəniyyətimizin əbədilik simvolu sayılan yallılarımız haqqında onların fikirlərini öyrəndik.

Ardını oxu...

 
 

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib

Şərur rayonu qədim tarixə malikdir. Min illər boyu əcdadlarımız bu torpaqda ardıcıl həyat sürüb, zəngin mədəniyyət və dəyərlər sistemi formalaşdırıblar. Bəşər sivilizasiyasının ilkin dövrünün yadigarları olan Oğlanqala, Qazma mağarası, Ovçular təpəsi və Qız qalası kimi qədim yaşayış yerlərində aparılan tədqiqatlar Naxçıvan tarixinin öyrənilməsində yeni mərhələ təşkil edir. Bu gün Şərur rayonunun tarixi sistemli şəkildə tədqiq və təbliğ olunur. Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi də bu tədbirlərin davamıdır.

NUHÇIXAN xəbər verir ki, dekabrın 20-də Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ali Məclisin Sədri muzeyin yeni binasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib: Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi ümummilli liderimiz Heydər Əliyevin 1980-ci ildə rayonlarda Tarix-Diyarşünaslıq Muzeylərinin yaradılması haqqında imzaladığı qərara əsasən yaradılıb. Ötən dövrdə muzeyin fondu eksponatlarla zənginləşdirilib.

Ardını oxu...

 
 

Xalq teatrı “Yarımgünlük rəis müavini” tamaşasını göstərib

Dekabrın 20-də Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində Naxçıvan Şəhər Xalq Teatrı Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun “Yarımgünlük rəis müavini” satirik komediyası əsasında hazırlanmış tamaşanı teatrsevərlərə təqdim etmişdir.

Qeyd edək ki, Naxçıvan Şəhər Xalq Teatrı 1970-ci ildən  Naxçıvan Şəhər 1 nömrəli Mədəniyyət Evində dram dərnəyi kimi fəaliyyətə başlamış, 1971-ci ildə kollektivə xalq teatrı statusu verilmişdir.

Teatrın səhnəsində müxtəlif illərdə “Ezop”, “Bəxtsiz cavan”, “Ana”, “Məhəbbət nişanəsi”, “Durna”, “Yollara iz düşür”, “Vaqif”, “Kamança”, “Unudulan adam”, “Çimnaz xanım yuxudadır”, “Qəşəmin yuxusu”, “Arvadımın əri” və başqa tamaşalr uğurla səhnəyə qoyulmuşdur. Bu xalq teatrının səhnəsində vaxtilə çalışmış bir sıra aktyor və aktrisalar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülməklə, bu gün də teatr sənətimizə öz töhfələrini verirlər.

Ardını oxu...

 
 

Səhifə 260 > 292-dən

Joomla 1.5