Hamiliklə bağlı növbəti kitab müzakirəsi keçirilmişdir

07 aprel 2021-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrinə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan Nikolay Ostrovskinin “Polad necə bərkidi” bioqrafik romanının müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev açaraq hamiliklə bağlı keçirilən kitab müzakirələrinin gənclərin dünyagörüşünün, intellektual səviyyəsinin artmasında böyük rol oynadığını vurğulamışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoruTamella Əsgərova qeyd etmişdir ki, Ostrovski ustalıqla zəngin müşahidə qabiliyyətini və xatirələrini birləşdirmiş öz stili və təhkiyə etmək bacarığı ilə yüksək ədəbiyyat nümunəsi yaratmağa nail olmuşdur. Əsərdə həyat dolu bir gəncin, ideya adamının alovlu mübarizəsini görürük. Əsərdəki hadisələr öz aktuallığını itirsə belə, bu onun böyüklüyünə, onun hərarətinə kölgə salmır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Günay Kəngərli və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Aysel Əhmədova “Nikolay Ostrovskinin həyat və yaradıcılığı” və “Polad necə bərkidi” əsərində qəhrəmanın öz ideyası uğrunda mübarizəsi” adlı mövzularla çıxış edərək bildirmişlər ki, rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski 1904-cü il sentyabrın 29-da Ukraynanın Rovno vilayətində fəhlə ailəsində anadan olmuşdur. Uşaqlıq illərində təhsil almaq ona nəsib olmamış, 11 yaşından işləməyə başlamışdır.1927-ci ildə ağır iflic Nikolayı yatağa salmış, 1928-ci ildə isə gözləri tutulmuşdur. Lakin yenilməz iradəyə malik Ostrovski təslim olmamış, bütün mənəvi qüvvəsini toplayaraq yaşamaq uğrunda mübarizə aparmış, təhsilini artırmışdır. 1930-cu ilin payızında “Polad necə bərkidi” romanını yazmışdır. O, 1934-1936-cı illərdə Qərbi Ukrayna zəhmətkeşlərinin inqilabi mübarizəsindən bəhs edən 3 cildlik “Fırtınadan doğulmuşlar” romanı üzərində işləmişdir. Yazıçının əsərləri 100-dən çox dildə, o cümlədən Azərbaycan dilində dəfələrlə nəşr olunmuş, ekranlaşdırılmışdır. “Polad necə bərkidi” romanında müəllif Pavel Korçaginin şəxsində özünün amansız xəstəliklə mübarizəsini, taleyini, şəxsi faciəsini qələmə almışdır. Düşdüyü bütün çətin vəziyyətlərə baxmayaraq, Korçagin var qüvvəsini toplayıb işləyir, yazıb-yaradır, ölümə qalib gəlir. “Polad necə bərkidi” romanı işıq üzü görəndə sovet xalqı sanki müjdə əldə etdi. İnqilabi mahiyyət daşıyan roman, həmçinin müəllifinin şəxsiyyətini ifadə edirdi. Nikolay Ostrovski ağır xəstəliyinə, gözünün görmə qabiliyyətini tamam itirməsinə baxmayaraq aftobioqrafik əsərinə görə əsl populyarlıq və oxucu ordusu qazandı. O, sonralar tərcümeyi- halında yazırdı ki, polad kimi bərkiməsində uşaqlıq və yeniyetməlik illərinin böyük təsiri olub.

Ardını oxu...

 

Növbəti eksponat təqdimatı Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilib

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində Ordubad rayon Nüsnüs kənd sakini Oruc Əliyev tərəfindən muzeylərə hədiyyə edilmiş eksponatların təqdimatı mərasimi keçirilmişdir.

Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini Həsən Kərimov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası son illər ərzində geniş vüsət almış, tariximizin və mədəniyyətimizin saxlanc yeri olan yeni muzeylər istifadəyə verilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir.

Vurğulanmışdır ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Ötən il 5 eksponat təqdimatı keçirilmiş, muzeylərimizə 662 ədəd yeni eksponat təqdim edilmişdir. Bu gün Ordubad Rayon Tarix-diyarşünaslıq muzeyinə təqdim edilən qədim “Qurani-Kərim”, Sədi Şirazinin qədim kitabı, mis sikkələr, döyüş sursatı və məişətdə istifadə edilən kilim, həsir, miş və saxsı qablar kimi maddi-mədəniyyət nümunələri xalqımızın inanc və etiqadını, intellekt səviyyəsini, eləcə də həyat tərzini, mədəni həyatını və məişətini özündə yaşadan muzey eksponatlarıdır.

İnanırıq ki, bu gün təqdim edilən bu maddi-mədəniyyət nümunələri də qədim diyarımızın sakinlərinin mədəni həyatı, etnoqrafik yaradıcılıq fəaliyyəti haqqında muzey ziyarətçilərində dərin təəssürat yaratmaqla yanaşı, tədqiqatçı alimlərin də elmi-tədqiqat işlərini faktlarla zənginləşdirilmələri işinə mühüm töhfə olacaqdır.

Nazir müavini hədiyyə olunan eksponatlara görə Oruc Əliyevə təşəkkür edib.

Həsən Kərimov muxtar respublikada milli dəyərlərimizin, mədəniyyət və incəsənətimizin qorunması, öyrənilməsi, təbliği və inkişafına göstərilən diqqət və qayğıya görə bütün mədəniyyət işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.

Sonra eksponat hədiyyə edən Nüsnüs kənd sakini Oruc Əliyev və Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin baş fond mühafizi-elmi işçisi, direktor əvəzi Züleyxa Cəfərova çıxış etmişlər.

Sonda hədiyyə olunmuş maddi-mədəniyyət nümunələrinin  sərgisinə baxış keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

07.04.2021

 
 

Gənclər arasında növbəti maarifləndirici tədbir keçirilmişdir

Aprelin 6-da M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında gənclərin iştirakı ilə “Naxçıvan orta əsrlərdə: Tarixi şəxsiyyətlər, mədəniyyət, ədəbiyyat” adlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbiri Nazirliyin Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin yaradıcı gənclərlə iş üzrə aparıcı məsləhətçisi, Gənclər Təşkilatının sədri Elvin Əhmədov açaraq gənclər arasında mütəmadi olaraq intellektual bilik yarışlarının, film və kitab müzakirələrinin, diskussiya, maarifləndirici tədbirlər və s. keçirildiyini qeyd etmişdir. O, keçirilən tədbirlərin içərisində maarifləndirici tədbirlər xüsusi yer tutduğunu, gənclərin dünyagörüşünün artırılması, yeni biliklərə yiyələnmələri istiqamətində əhəmiyyətli rol oynadığını qeyd etmişdir.

Daha sonra AMEA Naxçıvan Bölməsinin əməkdaşına İlhami Əliyev orta əsrlərdə Naxçıvan şəhərinin inkişafı, müharibələri və mədəniyyəti, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin direktoru Səyyar Məmmədova isə Atabəylər dövlətindən Səfəvilər dövlətinə qədər olan dövrdə Naxçıvanda yaşayıb, yaratmış ədiblərdən və ədəbi mühitdən bəhs etmişdir.

Daha sonra Gənclər Təşkilatının üzvlərindən Aidə İbrahimova, Miralməmməd Seyidov, Aysel Əhmədova, Mirqafar Seyidov, Aysel Şəfiyeva, Məsmə Cəfərova və digər gənclərin sualları cavablandırılmış  tədbir diskussiya formasında davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

06.04.2021

 
 

Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar ustadın yaradıcılığına həsr olunmuş ustad dərs keçirilib

Aprelin 6-da Naxçıvan şəhər və Kəngərli rayon mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin saz ixtisası üzrə müəllimlərinə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərs keçirilmişdir.

Ustad dərsi Naxçıvan Musiqi Kollecinin müəllimi İxtiyar Seyidov aparmışıdır. O, qeyd etmişdir ki,  Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgər aşıq poeziyası klassiklərinin ənənələrini davam və inkişaf etdirərək, qoşma, gəraylı, təcnisləri, eləcə də yaratdığı yeni aşıq şeiri janrlarından ibarət bədii irsi ilə  şifahi söz sənətimizi zənginləşdirmiş, yüksək zirvəyə qaldırmışdır. Aşıq Ələsgər 1821-ci ildə qədim zamanlardan aşıq sənətinin, sazın və onun müşayiəti ilə yaradılan sözün məskəni olan Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əkinçilik, dülgərlik edən atası Alməmməd kişi bədahətən qoşma, gəraylı, bayatı demək bacarığına malik olmuş, hörmətli şəxs kimi el-oba içində sayılıbseçilmişdir.

Aşıq Ələsgərin yaradıcılığında dinləyicilərə əxlaqi nəsihətlər, mənəvi dəyərlər aşılayan şeirlər – ustadnamələr mühüm yer tutur. Aşağın əxlaqi-tərbiyəvi mövzuda olan şeirləri xəlqi mahiyyət daşıyır, xalq müdrikliyini, sənətkarın böyük həyat təcrübəsini əks etdirir. Bu əsərlərdə atalar sözləri, məsəllərdən istifadə şeirlərin təsir gücünü daha da artırır. Onun təhsili almasa da, el şənlikləri onun üçün ilk məktəb rolunu oynamışdır. Uşaq yaşlarından saza, sözə məhəbbət bəsləmiş, el məclislərində aşıqlardan eşitdiklərini güclü yaddaşına həkk etmiş, onları istənilən anda  söyləmək bacarığı ilə hamını heyrətləndirmişdir. Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan Aşıq Ələsgərin zəngin poetik irsi Azərbaycan bir çox aşıqlar üçün əsl sənətkarlıq məktəbi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

06.04.2021

 
 

“31 mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar film nümayiş olunmuşdur

Martın 31-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərindən 14, 15 və 16 №-li tam orta məktəbin şagirdləri üçün “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar “Soyqırım: Bakı” sənədli filmi nümayiş etdirilmişdir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil nazirliklərinin birgə təsdiq etdiyi “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planına əsasən ayda bir dəfə olmaqla ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişini təşkil etmək nəzərdə tutulur.

Tədbirdə giriş sözü ilə çıxış edən Film Fondun əməkdaşı Şənhəyat Səfərova qeyd etmişdir ki, tarixin müəyyən mərhələlərində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri törədilmişdir. Bu cinayətlərin əsas səbəblərini araşdırıb təhlil edərkən erməni maraqlarının nədən ibarət olduğu aydın görünür. Əsas səbəb isə “böyük Ermənistan” ideologiyasıdır. Bu ideologiyaya görə, erməni milli maraqlarının həyata keçirilməsi üçün inqilab, silahlı mübarizələr, terror, cinayət və qətl hadisələri zəruridir.

Ardını oxu...

 
 

Səhifə 3 > 269-dən

Joomla 1.5