Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2018-ci ilin 9 ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi 2018-ci ilin doqquz ayı ərzində öz fəaliyyətini Nazirliyin illik iş planına uyğun qurmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Hesabat dövrü ərzində əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il bayramı” münasibətilə yanvarın 1-də şəhərin mərkəzi meydanının ətrafında keçirilən yolka şənliyi keçirilmiş, hədiyyələr paylanmışdır. Naxçıvan Dövlət Film Fondu tərəfindən rayonlarda Azərbaycan filmləri nümayiş etdirilmiş, bayram tətili günlərində məktəblilər üçün Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 15, Naxçıvan Dövlət Uşaq Teatrında isə 6 tamaşa oynanılmışdır. “Dünya Azərbaycanlıların Həmrəylik Günü” və “Yeni il” bayramı ilə əlaqədar rayon (şəhər) mədəniyyət şöbələrində ümumilikdə 3 film, 18 tamaşa nümayişi olmuş və müxtəlif başlıqlı 7 tədbir keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Respublika əhəmiyyətli kitabxanalarda və MKS-lərdə bu mövzuda ədəbi-bədii kompozisiyalar daxil olmaqla ümumilikdə 10 tədbir keçirilmişdir. Tarixi günlə bağlı Naxçıvan Dövlət Film Fondunda, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsində, Naxçıvan Musiqi Kollecində tədbirlər keçirilımiş, Babək və Kəngərli rayonlarında Naxçıvan Dövlət Film Fondu tərəfindən “20 yanvar - 1990” sənədli filmi nümayiş etdirilmişdir. “20 yanvar - Ümumxalq Hüzn Günü” ilə əlaqədar şəhər və rayonlarda ümumilikdə 25 tədbir keçirilmişdir.

“2 fevral Gənclər Günü” münasibətilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində tədbir keçirilmiş, tədbirin bədii hissəsində konsert proqramı təqdim edilmişdir. Bundan əlavə “Gənclər Günü” ilə bağlı Mədəniyyət üzrə Elmi Metodik Mərkəz Naxçıvan Dövlət Film Fondu ilə birgə “Gənclik və müasir cəmiyyətimiz” mövzusunda tədbir, muzeylərdə 2 açıq dərs, şəhər (rayon) mədəniyyət şöbələrində müxtəlif başlıqlı 14 tədbir keçirilmişdir. Naxçıvan Musiqi Kollecində “02 fevral Gənclər Günü” ilə əlaqədar tələbələr arasında şahmat yarışı, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Heydər Əliyev və gənclər siyasəti” adlı konfrans, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Gəncliyə qayğı gələcəyə qayğıdır” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. “Gənclər Günü” ilə bağlı rayon (şəhər) MKS-lərin mərkəzi kitabxanaları da daxil olmaqla ümumilikdə 10 tədbir keçirilmişdir.

“Beynəlxalq Ana Dili Günü” ilə bağlı fevralın 21-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında oxucu konfransı keçirilmişdir. Bundan əlavə “21 fevral Beynəlxalq Ana Dili Günü” ilə bağlı Sədərək, Şərur, Kəngərli və Culfa rayonunda fəaliyyət göstərən klub müəssisələrində ümumilikdə 4 tədbir keçirilmişdir.

Xocalı faciəsi ilə əlaqədar muxtar respublika əhəmiyyətli kitabxanalarda müxtəlif başlıqlı anım tədbirləri təşkil edilmiş, kitab və foto sərgilər hazırlanaraq nümayiş etdirilmişdir. 26 fevral tarixdə Xatirə Muzeyində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar distant dərs keçirilmişdir. Bu münasibətlə Naxçıvan Dövlət Film Fondu Naxçıvan Tibb Kolleci ilə birlikdə tədbir keçirmiş, Naxçıvan Musiqi Kollecində “Qan yaddaşımız Xocalı” adlı kompozisiya, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində isə bununla bağlı olaraq müxtəlif tədbirlər təşkil edilmişdir. Xocalı faciəsi ilə bağlı şəhər və rayonlarda fəaliyyət göstərən klub müəssisələri tərəfindən ümumilikdə 21 tədbir keçirilmişdir.

“Beynəlxalq Qadınlar Günü” münasibətilə martın 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri konsert proqramı ilə çıxış etmişlər. Bununla əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, həmçinin rayon (şəhər) mədəniyyət şöbələri və Nazirliyə tabe müəssisələr tərəfindən ümumilikdə 36 tədbir keçirilmiş, 21 sərgi təşkil olunmuşdur.

“Milli Teatr Günü” münasibətilə martın 10-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilmiş, tədbirin bədii hissəsində Azərbaycan peşəkar teatrının yaranma tarixini əks etdirən kompozisiya nümayiş etdirilmişdir. Bundan əlavə “Milli Teatr Günü” ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında konfrans, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında oxucularla Azərbaycan Respublikasının Xalq artisti Rövşən Hüseynovun və Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanovun görüşü təşkil edilmişdir.

Martın 17-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Beynəlxalq Poeziya Günü”nə həsr olunmuş tədbir keçirilmiş, aktyorların ifasında Azərbaycan və dünya ədəbiyyatından tərcümələr bədii qiraət olunmuşdur. Tədbirin sonunda yeni nəşr olunan kitab sərgisinə baxış keçirilmişdir.

Novruz bayramı münasibətilə 19 mart tarixdə “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində bayram şənliyi keçirilmiş, tədbirdə Nazirliyin tabeliyində olan musiqi və folklor kollektivlərinin çıxışları olmuşdur. Mart ayının 20-24 tarixləri arasında Novruz bayramı münasibəti ilə musiqi kollektivləri konsert proqramlarını təqdim etmişlər. Bundan başqa M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında tədbirlər təşkil olunmuşdur. 19-21 mart tarixlərdə rayon mədəniyyət şöbələri tərəfindən də Novruz bayramı ilə əlaqədar olaraq ümumilikdə 7 tədbir keçirilmişdir.

Martın 27-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Beynəlxalq Teatr Günü” münasibətilə tədbir keçirilmiş, tədbirin bədii hissəsində belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Meterlinqin “Göy quş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilmişdir.

“Beynəlxalq Uşaq Kitabı Günü” münasibətilə 02 aprel tarixdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında tədbir və bilik yarışı keçirilmiş, sonra isə balaca oxuculara kukla teatrının hazırladığı “Ələddinin sehrli çırağı” tamaşası göstərilmişdir. Bununla bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında oxucu konfransı, rayon (şəhər) MKS-lərdə isə müxtəlif formatlı tədbirlər keçirilmişdir.

Mayın 11-də Naxçıvan Teatrının yaradılmasının 135 illiyi münasibətlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilmiş, Əli Əmirlinin “Əli və Nino” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilmişdir.

Mayın 15-də “Beynəlxalq Ailə Günü” münasibətilə keçirilən tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının ifasında musiqi nömrələri təqdim olunmuşdur.

18 may tarixdə “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Hesabat dövründə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Belə ki, 02 aprel tarixdən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri və Naxçıvan Musiqi Kollecinin tələbələri arasında keçirilən ifaçılıq, rəsm və inşa yazı müsabiqələrinə start verilmişdir. Rəsm ixtisası üzrə müsabiqədə 21 şagird iştirak etmişdir. İnşa yazı müsabiqəsində isə 58 nəfər iştirak etmişdir. İfaçılıq müsabiqəsində müxtəlif ixtisaslar üzrə 427 ifaçı, 40 kollektiv iştirak etmişdir.  Müsabiqədə münsiflər heyətinin qərarı ilə 37 - I dərəcəli, 52 - II dərəcəli, 53 - III dərəcəli, 52 diplom və 51 fəxri fərman olmaqla iştirakçıların ümumilikdə 245 göstəricisi olmuşdur. Mayın 7-də Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə müsabiqələrinin yekun tədbiri olmuş, tədbirdə qalib gələn və fərqlənən ifaçılar və kollektivlər mükafatlandırılmış, yekun konsert proqramı təqdim edilmişdir.

01 may tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Naxçıvan - 2018” Beynəlxalq Şahmat Festivalının açılış mərasiminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar 03 may tarixdə Bursa Bölgə Dövlət Simfonik Orkestrinin Naxçıvan Muxtar Respublikasına qastrol səfəri çərçivəsində Heydər Əliyev Sarayında konsert proqramı keçirilmişdir.

04 may və 15 may tarixlərində Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən boks, karate və cüdo üzrə beynəlxalq turnirlərin açılış mərasimlərinin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblının ifasında musiqi nömrələri təqdim edilmişdir.

04 may tarixdə Naxçıvan Dövlət Film Fondunda “Milli mədəniyyətimizin hamisi” mövzusunda tədbir keçirilmiş, sonda film nümayiş olunmuşdur.

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən may ayının 4 və 5-də Naxçıvan şəhərində fəaliyyət göstərən 2 və 17 №-li tam orta məktəblərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin mədəniyyətimizin inkişafında rolu” mövzusunda mühazirələr təşkil olunmuş, 7 may tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə “Yaşa Heydər Baba” adlı şeir müsabiqəsi keçirilmişdir. Həmçinin Naxçıvan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyev gənc rəssamların gözü ilə” rəsm müsabiqəsi keçirilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə 10 may tarixdə Naxçıvan Dövlət Filarmoniyasının yeni yaradılan Simfonik Orkestrinin Heydər Əliyev Muzeyinin qarşısında təqdimat konserti keçirilmişdir. Həmçinin may ayının 14, 24 və 29-da Naxçıvan şəhər “Gənclik Mərkəzi”ndə Naxçıvan Musiqi Kollecinin tələbələrinin solo konserti, Kamera ansamblının konserti və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdlərinin solo konserti keçirilmişdir.

Mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Filarmoniyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş mahnı müsabiqəsi keçirilmiş, qaliblər müəyyən olunaraq mükafatlandırılmışdır.

Mayın 23-də Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının açılış mərasimi keçirilmiş, tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblının, rəqs qrupunun və “Şərur” Xalq Yallı Ansamblının çıxışları olmuşdur.

Hesabat dövrü ərzində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 may tarixli Sərəncamına uyğun olaraq M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Şərqdə ilk demokratik dövlət” adlı konfrans keçirilmişdir. Bundan başqa Naxçıvanda fəaliyyət göstərən muzeylərdə və kitabxanalarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş kitab və jurnallardan ibarət sərgilər təşkil olunmuşdur ki, həmin sərgilər də il ərzində nümayiş etdiriləcəkdir. Uşaq kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi  münasibətilə “Batum konfransı və Paris sülh müqaviləsinin tarixi əhəmiyyəti” başlıqlı biblioqrafik vəsait tərtib edilərək oxucuların istifadəsinə verilmiş və “Böyük bağ” mədəniyyət və istirahət parkında kitab bayramı təşkil edilmiş, tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabının müzakirəsi keçirilmişdir. 25 aprel tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti illərində” mövzusunda elmi konfrans keçirilmişdir. 24 may tarixdə Babək Rayon Mədəniyyət Evində rayon gəncləri üçün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü münasibətilə “Şərqdə ilk demokratik cümhuriyyət” adlı mühazirə oxunmuş, “Əbədi ezamiyyət” sənədli filmi nümayiş edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı Naxçıvan Dövlət Filarmoniyasının 4 nəfərlik rəqs qrupu və Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Əsgərov Pakistan Respublikasının İslamabad və Lahor şəhərlərində, Malayziya Respublikasının paytaxtı Kuala-Lumpur şəhərində keçirilən konsertlərdə muxtar respublikanı təmsil etmişlər.

“Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə iyunun 1-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilmiş, tədbirin bədii hissəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblının çıxışları olmuşdur. Bundan əlavə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində səhərcik təşkil olunmuşdur.

İyunun 14-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “15 iyun - Milli Qurtuluş Günü” münasibətilə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi dram əsəri əsasında hazırlanmış tamaşanın təqdimatı olmuşdur.

“15 iyun - Milli Qurtuluş Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasında “Xalqın xilaskarı Heydər Əliyev” və “Xilaskarlıq missiyası” adlı, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı konfranslar keçirilmiş, sərgi təşkil edilmişdir. Bununla əlaqədar rayon (şəhər) MKS-lər də daxil olmaqla ümumilikdə 10 tədbir keçirilmişdir.

01 avqust 2018-ci il tarixdə Nazirliyin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə ana dilinə həsr olunmuş şeirlər səsləndirilmiş və sərgiyə baxılmışdır. Bundan başqa A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərində səyyar kitab sərgisi təşkil edilmişdir. Rayon (şəhər) MKS-lərin Mərkəzi kitabxanaları da daxil olmaqla əlamətdar günlə bağlı 8 tədbir keçirilmişdir.

2 avqust tarixdə “Azərbaycan Kinosu Günü” münasibətilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində Kino Gününə həsr edilmiş sərgi ilə tanış olmuş, sonra “O olmasın, bu olsun” filmi nümayiş etdirilmişdir.

Sentyabr ayının 8-dən başlayaraq “Milli Musiqi Günü” ilə bağlı tədbirlərə start verilmiş, Nazirliyin tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən musiqi kollektivləri, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri Naxçıvan şəhərində və rayon mərkəzlərində konsert proqramları təqdim etmişlər.

“Milli Musiqi Günü”nə həsr edilmiş tədbirlər çərçivəsində Naxçıvan Dövlət Filarmoniyası tərəfindən sentyabrın 8-də Qarabağlar Türbə Kompleksində Estrada Orkestrinin, 10 sentyabrda Naxçıvan şəhərindəki Saat meydanında Mahnı və Rəqs Ansamblının, 11 sentyabrda isə “Gənclik” Mərkəzində Kamera Orkestrinin konserti təşkil edilmişdir. Bundan əlavə 14 sentyabrda Filarmoniyada “Muğam axşamı” təşkil edilmişdir.

“Milli Musiqi Günü” ilə əlaqədar sentyabr ayının 12-də Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblı Şərur rayonunda, Sentyabrın 14-də Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblı isə Ordubad rayonunda konsert proqramı ilə çıxış etmişdir. Bundan əlavə Naxçıvan Dövlət Film Fondu tərəfindən “Gənclik” Mərkəzində əlamətdar günlə bağlı “Azərbaycan musiqi tarixindən” adlı mühazirə oxunmuş, “Üzeyir ömrü” bədii filmi nümayiş etdirilmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə 18 sentyabr tarixində  “Milli Musiqi Günü” münasibətilə ədəbi-musiqili gecə keçirilmişdir. Sentyabr ayı ərzində Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən “Milli Musiqi Günü” münasibətilə “Üzeyir bəy Hacıbəylinin həyatından” adlı metodik vəsait hazırlanaraq şəhər və rayon mədəniyyət şöbələrinə göndərilmişdir. Nazirlik və onun tabeliyindəki qurumlar tərəfindən əlamətdar günlə bağlı ümumilikdə 56 tədbir keçirilmişdir.

Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar ötən dövrdə bir sıra işlər görülmüş, tədbirlər keçirilmişdir. 13 yanvar tarixdə Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birgə Azərbaycan və ingilis dillərində, 8 əsas və 27 alt bölmədən ibarət “Naxçıvan İslam Mədəniyyəti Paytaxtı - 2018”in rəsmi internet səhifəsi istifadəyə verilmişdir.

20 iyunda Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış mərasimi keçirilmiş, təntənəli mərasimdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera orkestri və rəqs qrupu çıxış etmişdir.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” ili çərçivəsində iyun ayının 21 və 22-də İSESKO-nun “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə Yaşıl şəhərlər Strategiyasının həyata keçirilməsi üzrə ekspertlərin görüşü” keçirilmiş, görüşdə İSESKO-nun rəsmisi, Türkiyə, Özbəkistan, Misir, Tacikistan və Azərbaycandan, o cümlədən muxtar respublikadan olan 25 nəfər ekspert iştirak etmişdir. Görüş iştirakçılarına sertifikatlar təqdim edilmişdir. Onların arasında Nazirliyin 2 nəfər əməkdaşı da vardır.

İyul ayının əvvəlində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar Birliyinin təşkilatçılığı ilə Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi münasibətilə ebru sənətçisi, Türkiyə Böyük Millət Məclisinin sənət üzrə müşaviri Hikmət Barutçugilin əsərlərindən ibarət “Allahın gözəl adları” adlı sərgi təşkil olunmuşdur.

Mayın ayında Şərur Şəhər B.Kəngərli adına Uşaq İncəsənət Məktəbində və iyul ayında Naxçıvan şəhərində Nazirliyin təşkilatçılığı ilə “Naxçıvan İslam Mədəniyyətinin paytaxtı - 2018” devizi altında “Zərif əllər” adlı əl işlərinin sərgisi təşkil olunmuş, tədbirlərinin bədii hissəsində müxtəlif musiqi nömrələri təqdim olunmuşdur.

İyulun 12-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şahbuz Rayon Kolanı Kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə müəllim və şagirdlərinin Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” tədbirləri çərçivəsində “Zabul” muğam kompozisiyası təqdim olunmuşdur. 22 sentyabr tarixdə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” Kamera Orkestrinin konserti təşkil olunmuşdur.

Sentyabrın 24-də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” tədbirləri çərçivəsində “Gənclik” Mərkəzində “İslam filmləri həftəsi”nə start verilmişdir. Həftə boyu davam edən tədbirdə “Oskar” mükafatına təqdim olunmuş ekran əsəri kimi kino tariximizə düşmüş “Nabat”, müxtəlif beynəlxalq festivallarda 10-dək mükafat almış iranlı məşhur rejissor və ssenarist Məcid Məcidinin “Yağış”, məşhur alim və filosof Əbu Əli ibn Sinanın uşaqlıq və gənclik illərindən bəhs edən Özbəkistan və Tacikistan istehsalı olan “Dahinin gəncliyi”, “Niyyət”, Türkiyə istehsalı olan, Cəlaləddin Ruminin həyatı və fəlsəfəsini özündə əks etdirən “Eşqin rəqsi” və “Ulak” filmləri nümayiş olunmuşdur.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” devizi altında Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin və rayon (şəhər) mədəniyyət şöbələrinin yaradıcı kollektivləri Naxçıvan şəhərində və rayon mərkəzlərində, hərbi hissələrdə konsert proqramları təqdim etmişlər.

Həmçinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək rayon və Naxçıvan şəhər mədəniyyət şöbələrinin tabeliyində olan mədəniyyət evləri və klublarda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında və mədəniyyət ilinə həsr olunmuş müxtəlif mövzularda yığıncaq, dəyirmi masa və diskussiyalar keçirilmişdir.

2018-ci ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlar tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” mədəniyyət ilinə həsr olunmuş 203, bu deviz altında 2191 olmaqla, ümumilikdə 2394 tədbir keçirilmişdir.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Qış məktəbi” və “Yay məktəbi”ndə istirahət edən idmançılar, aztəminatlı ailələrin uşaqları, həmçinin Naxçıvanda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün Naxçıvan Dövlət Kukla və Uşaq teatrları 3 tamaşa, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin və Kolanı Kənd Uşaq Musiqi Məktəbinin  musiqi kollektivləri 14 konsert proqramı ilə çıxış etmişdir.

Nazirlik hesabat dövründə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində festivalların təşkili və keçirilməsində də yaxından iştirak etmişdir. Belə ki, aprelin 7-8-də keçirilən “Kətə”, 19-20 may tarixlərdə isə “Göycə festivalı”nda Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Musiqi Kollecinin musiqi kollektivləri rəngarəng nömrələrlə çıxış etmişlər.

Sentyabrın 8-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Milli geyimlər” festivalında xalqımızın müxtəlif dövrlərə aid milli geyimlərinin milli geyim aksessuarlarının sərgiləri təşkil edilmişdir. “Milli geyimlər Naxçıvan teatrının səhnəsində” adlı sərgidə müxtəlif teatr tamaşalarında istifadə edilmiş milli geyimlərimiz, “Milli geyimlər rəssamların gözü ilə” adlı sərgidə isə muzeylərdə olan milli geyimlərin təsvir olunduğu rəsm əsərləri, fotoşəkillər və müasir Naxçıvan rəssamlarının milli geyimlərlə bağlı rəsm əsərləri sərgilənmişdir. Həmçinin “Milli geyimlərimiz uşaqların gözü ilə” adlı sərgidə muxtar respublikanın uşaq incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin milli geyimlərlə bağlı rəsm əsərləri və etüd çəkilişi nümayiş etdirilmişdir. Festivalda həmçinin Naxçıvan Dövlət Film Fondunun “Milli geyimlər filmlərdə”, Naxçıvan Dövlət Rəsm Qalereyasının milli geyim eskizləri, muzeylərdə olan milli geyimlər və zərgərlik məmulatları nümunələrinə aid muzey eksponatlarının sərgisi təşkil edilmişdir. Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblının, Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyalarının rəqs qruplarının, “Şərur” Xalq Yallı Ansamblının, “Şərur qönçələri” uşaq yallı ansamblının ifasında maraqlı musiqi nömrələri nümayiş etdirilmişdir.

23 sentyabrda “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Avropa İttifaqının təşkilatçılığı ilə “Avropa şəhərciyi” təşkil edilmiş, tədbirdə təqdim olunan Naxçıvan pavilyonunda qədim Naxçıvan evinin interyeri qurulmuş, milli şirniyyatlardan ibarət sərgi təşkil edilmişdir. Naxçıvan Dövlət Filarmoniyasının muğam üçlüyü pavilyonun qarşısında konsert proqramı ilə çıxış etmişdir.

Ötən 9 ayda Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ilə birgə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə 3 maarifləndirici tədbir keçirilmiş, onların tarix-mədəniyyət abidələrinə ekskursiyaları təşkil edilmişdir.

Ötən dövr ərzində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xalq artistləri Yasəmən Ramazanovanın, Həsən Ağasoyun və Kamran Quliyevin 60, Tofiq Mövləvinin 80 illik yubileyləri münasibətilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Mədəniyyət sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 23 aprel 2018-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılmışdır. Bununla əlaqədar müvafiq sənədləşmə işləri aparılmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq ümumtəhsil məktəbləri ilə muzeylər arasında 7 interaktiv dərs keçirilmiş, dərsi muxtar respublikanın 210-dan çox təhsil müəssisəsi izləmişdir.

26 yanvarda Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyinə və İsa Həbibbəyli və Vidadi Muradovun “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.

02 fevral tarixdə Bəhruz Kəngərli Muzeyində görkəmli rəssamın muzeyə hədiyyə olunmuş 3 orijinal rəsm əsərinin, 22 fevral tarixdə Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə hədiyyə olunmuş 75 ədəd maddi-mədəniyyət nümunəsinin, aprelin 3-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qədim tarixə malik əlyazma və kitabların AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna, 27 avqustda Kəngərlilər nəslinin nümayəndəsi Əkbər Xan Kəngərlinin nəvəsi Fərman, həmçinin onun oğlu Fərhad və qızı Yasna Nağdəliyevlər tərəfindən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə, olmaqla, ümumilikdə 6 eksponat təqdimatı keçirilmişdir.

25 aprel tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Duz Muzeyi istifadəyə verilmişdir.

22 may tarixdə Naxçıvan Dövlət Televiziyasında Bəhruz Kəngərli Muzeyinin saytının təqdimatı olmuşdur.

Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə muxtar respublikanın muzeylərində çalışan muzey bələdçiləri üçün ümumilikdə 14 seminar-treninq keçirilmişdir.

Nazirliyin 2018-ci il üçün iş planına uyğun olaraq “Muzey fondlarına daxil olan eksponatların elektron bazasının yaradılması işinin təşkili və qarşıya çıxan çətinliklər”, “Muzeylərdə ekskursiya işinin təşkili”, “İşçilərin peşə biliklərinin artırılması sahəsində görülmüş işlər və qarşıda duran məsələlər” mövzusunda ümumilikdə 3 dəyirmi masa keçirilmişdir.

Muzeylərlə təhsil müəssisələri arasında birgə hazırlanmış qrafiklərə əsasən 9 ay ərzində muzeylərdə ümumilikdə 224 açıq dərs keçirilmişdir.

Hesabat dövrü ərzində muzeylərdə ümumilikdə tarixi və əlamətdar günlərlə bağlı 79 sərgi qurulmuş, 21 tədbir keçirilmişdir. Cari ilin 9 ayı ərzində muzeylərə 1065 ədəd eksponat daxil olmuş, muzeyləri ümumilikdə 435560 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 139253 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müvafiq Tədbirlər Planının icrası istiqamətində iş aparılmışdır. Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” və “Kitabxanaçılıq və informasiya”, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Musiqi Kollecinin “Kitabxana-informasiya təminatı” ixtisasları üzrə təhsil alan tələbələr üçün 7 açıq dərs və 1 dəyirmi masa, Naxçıvan Musiqi Kollecinin xanəndəlik, xoreoqrafiya və vokal, bədii yaradıcılıq ixtisaslarında və Naxçıvan Dövlət Universitetinin “Aktyor sənəti” ixtisasında təhsil alan tələbələr üçün 11 ustad dərs, ali və orta ixtisas təhsili müəssisələrində 4 kitab müzakirəsi keçirilmiş, Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin tələbələri üçün “Azərbaycanın milli geyimləri” mövzusunda mühazirə oxunmuş və mövzu ilə bağlı film nümayiş etdirilmişdir. Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Musiqi Kollecinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təcrübə keçmələri təmin edilmişdir.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 9 ay ərzində 147 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə kitabxanalarda Elçin Əfəndiyevin anadan olmasının 75 illiyi, Aleksey Tolstoyun 135, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin 145, Firudin bəy Köçərlinin 155, Elza İbrahimovanın 80, Qara Qarayevin 100, Arif Babayevin 80, İslam Səfərlinin 95, Mübariz İbrahimovun 30, Əbülfəz Naxçıvanlının 70, Cabir Novruzun 85, Anarın 80 və Rübabə Muradovanın 85, Zərifə Əliyevanın 95, Mir Cəlalın 110, Elçin Əfəndiyevin 75, İsa Hüseynovun anadan olmasının 90 illiyi və s. ilə əlaqədar keçirilən tədbirlər də daxil olmaqla, ümumilikdə 25 görkəmli şəxsiyyətlə bağlı 85 yubiley tədbiri keçirilmiş, müvafiq başlıqlı sərgilər təşkil edilmişdir.

Aprel ayının 18-də Naxçıvan Müəllimlər İnstitutu ilə birgə kitabxana işçiləri üçün “Kitabxana işinin təşkili və müasir tələblər” mövzusunda 22 fevral - 07 mart tarixlərdə 10 günlük kurs təşkil edilmişdir. Kursda muxtar respublikanın kitabxana sistemlərində çalışan 28 nəfər əməkdaşı iştirak etmişdir. İmtahandan müvəffəqiyyətlə keçmiş kitabxana işçilərinə sertifikatlar təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikasının 94-cü ildönümü ilə bağlı kitabxanalarda ümumilikdə 10 tədbir keçirilmiş, sərgilər təşkil edilmişdir.A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 15 və 16 №-li tam orta məktəblərin tarix müəllimləri və məktəbli oxucuların iştirakı ilə “Naxçıvan dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “2 mart - Ümumdünya Oxu Günü” ilə əlaqədar 12 №-li uşaq bağçasında “Biz kitab oxuyuruq” başlıqlı səhərcik təşkil edilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 nömrəli Təqaüdçülər Klubuna gündəlik olaraq, Naxçıvan şəhərində məhdud fiziki imkanlı şəxslərə, uşaq kitabxanası tərəfindən isə sağlamlıq imkanları məhdud uşaqlara səyyari xidmət göstərilmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və MKS-lərin mərkəzi kitabxanaları tərəfindən 148 nəfər məhdud fiziki imkanlı şəxsə xidmət göstərilmişdir. Bundan başqa hesabat dövrü ərzində məktəbli oxucularla uşaq kitabxanasının əlaqələrini möhkəmləndirmək məqsədilə məktəblilərin Naxçıvan şəhərindəki tarixi abidələrə ekskursiyası təşkil edilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının oxu zalında ənənəvi olaraq hər il məktəblilərin yay tətili mövsümündə kitabxanada təşkil olunan “Yay oxu zalı”nın da fəaliyyəti iyun-avqust aylarında davam etdirilmişdir.

Əhaliyə göstərilən kitabxana-informasiya xidmətlərini müasir səviyyəyə çatdırmaq məqsədilə Nazirlik tərəfindən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşlarının regionlara ezamiyyələrinin təşkilinə dair qrafikə uyğun olaraq fevral-sentyabr aylarında rayon MKS-lərdə olmuş, onlara lazımi metodiki köməklik göstərilmişdir. Hər iki kitabxananın işçiləri kitabxananın bütün şöbə və bölmələrinin iş prinsipləri ilə təcrübəçiləri yaxından tanış etmişlər.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 27 adda 216, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə 12 adda 96 metodiki məktub tərtib edilərək rayon (şəhər) MKS-lərinə göndərilmişdir.

Ay ərzində muxtar respublika əhəmiyyətli kitabxanalarda, eləcə də rayon (şəhər) MKS-lərdə “Kitabxanaçı günü”nün keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Rayon (şəhər) kitabxanalarında hesabat dövrü ərzində “Kitabxanaçı günü” ilə əlaqədar ümumilikdə 90 tədbir keçirilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və MKS-lərin uşaq şöbələri tərəfindən kitabxana fəaliyyətinin yüksəldilməsi ilə bağlı nəzərdə tutulmuş “Nağıl günləri” davam etdirilmişdir. “Nağıl günləri” layihəsi çərçivəsində kitabxanalarda ümumilikdə 366 tədbir keçirilmişdir.

Kitabxanalarda “Mütaliə həftəsi”nin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında və rayon (şəhər) MKS-lərin mərkəzi kitabxanaları da daxil olmaqla hesabat dövrü ərzində ümumilikdə 268 tədbir keçirilmişdir.

Ümumilikdə hesabat dövründə kitabxanalarda keçirilən mədəni kütləvi tədbirlərin sayı 427, sərgilərin sayı 313 olmuşdur.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 32 adda 3101 nüsxə, digər mənbələrdən olmaqla Nazirliyə ümumilikdə 14400 nüsxə çap məhsulu daxil olmuş və kitabxana, muzey və digər müəssisələrə paylanmışdır. Ötən dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron kitabxanasından istifadə edən oxucu sayı 4724, elektron kataloqa işlənmiş kitab sayı 1855, PDF olunmuş kitab sayı 354 olmuşdur.

Muxtar respublika əhəmiyyətli kitabxanalarda və rayon (şəhər) MKS-lərin mərkəzi kitabxanalarında yeni oxucu sayı 1785 nəfər, oxucu gəlişi 100964 nəfər, kitab verilişi 512605 nüsxə təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində hesabat dövrü ərzində 13 maarifləndirici tədbir, 1 kurs və 1 əməli məşğələ keçirilmişdir.

Cari ilin yanvar-sentyabr ayları ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən muxtar respublikada fəaliyyət göstərən mədəniyyət evi və klublarda çalışan əməkdaşlara yerlərdə əməli köməklik göstərilmiş, əlamətdar və tarixi günlərlə, eləcə də klub işinin təşkili işi ilə bağlı metodik tövsiyə və vəsaitlər hazırlanmışdır.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamının icrası ilə bağlı 7 xalq yaradıcılığı günü keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması və satışının təşkili ilə bağlı bağlanmış müqavilələrə əsasən 2018-ci ilin 9 ayı ərzində 7700 manatlıq 945 ədəd əl işi satılmışdır.

Ötən doqquz ayda konsert-tamaşa müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında M.S.Ordubadinin eyniadlı romanı əsasında hazırlanmış “Qılınc və qələm” və Əli Əmirlinin “Əli və Nino” tamaşası hazırlanmışdır. Teatr sentyabrın 20-də 136-cı teatr mövsümünü Əli Əmirlinin “Əli və Nino” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə açmış və həmin tamaşa 25 sentyabr tarixdə stasionarda nümayiş etdirilmişdir. Teatr repertuarında olan tamaşalarla tamaşaçılar qarşısında 17 bilet satışı ilə, 6 xeyriyyə tamaşası oynamışdır. Hazırda H.Cavidin “Xəyyam” əsərinin və plandan kənar hazırlanan Ə.Orucoğlunun “Qaynana əməliyyatı” əsərinin məşqləri davam etdirilir.

Hesabat dövrü ərzində Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı 2 yeni tamaşa hazırlamış, kiçik teatrsevərlərə bilet satışı ilə 70, Sədərək, Ordubad, Babək rayonlarında və Körpələr evində, Ailələrə Dəstək Mərkəzində və teatrda məhdud fiziki imkanlı, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqlar üçün 12 xeyriyyə tamaşası göstərilmişdir. Hal-hazırda “Tıq-tıq xanım” tamaşasının məşqləri davam etdirilir.

Naxçıvan Dövlət Uşaq Teatrı hesabat dövrü ərzində 1 yeni tamaşa hazırlamış, tamaşaçılar qarşısında xeyriyyə məqsədi ilə 9 və bilet satışı ilə 22 tamaşa nümayiş etdirmişdir. Naxçıvan Dövlət Uşaq Teatrında “Adam badam iyisi gəlir” və “Çay dəstgahı” əsərlərinin məşqləri davam etdirilir.

Ötən dövrdə muxtar respublikada fəaliyyət göstərən xalq teatrları tərəfindən 5 yeni tamaşa hazırlanmış, 12 tamaşa nümayiş olunmuşdur. Aprelin 17-də Culfa Rayon Mədəniyyət Evində Əbrəqunus Kənd Mədəniyyət Evinin dram dərnəyi ilk tamaşasını - böyük bəstəkarımız Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını rayon sakinlərinə təqdim etmişdir. Həmin tamaşa 30 apreldə Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində şəhər sakinləri üçün nümayiş etdirilmişdir.

Naxçıvan Dövlət Filarmoniyasında hesabat dövründə kollektivlərin məşqləri qrafikə uyğun olaraq davam etdirilmiş, Filarmoniyanın Estrada Orkestrinin, Kamera Orkestrinin, Mahnı və Rəqs Ansamblının, Muğam studiyasının, Xalq Çalğı Alətləri Orkestrinin rayonlarda, “N” saylı hərbi hissələrdə və digər dövlət tədbirlərində konsert proqramları təqdim edilmişdir.

Ötən dövr ərzində həmçinin Naxçıvan Televiziyasının “Günaydın” proqramında Filarmoniyanın Mahnı və Rəqs Ansamblının solistləri yaxından iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə musiqi kollektivlərinə və folklor ansambllarına geyim dəstlərinin, musiqi alətlərinin, musiqi texnikasının təqdimat mərasimlərinin keçirilməsi ənənəyə çevrilmişdir ki, bunun davamı olaraq martın 9-da Naxçıvan Dövlət Filarmoniyasına yeni alınmış səs avadanlıqlarının təqdimatı keçirilmişdir.

Doqquz ay ərzində Filarmoniyanın kollektivləri bilet satışı ilə 11 konsert vermişdir.

Hesabat dövründə əlamətdar və tarixi günlərlə bağlı Nazirliyin sistemində fəaliyyət göstərən konsert-tamaşa müəssisələri, musiqi məktəbləri və mədəniyyət evlərinin yaradıcı kollektivləri tərəfindən muxtar respublikada dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə ümumilikdə 42 konsert və tamaşa təqdim edilmişdir.

Əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə 17-18 mart tarixlərdə Heydər Əliyev Sarayında Azərbaycan Respublikanın Əməkdar artistləri R.İsgəndərov və C.Rəhimovun iştirakı ilə “Gəlin”, 05 may tarixdə Azərbaycanın tanınmış müğənnisi Zamiq Hüseynovun “Kaman” adlı konsert proqramları təşkil edilmişdir.

Mart ayının 17-dən 27-dək “Şərur” Xalq Yallı Ansamblı Türkiyə Respublikasına səfər etmiş, Kastamonu şəhərində keçirilən “Kastamonu 2018 Türk Dünyası Mədəniyyət Paytaxtı” açılış mərasimində, həmçinin Ankaranın Çubuk bölgəsində, “Yıldırım Beyazit Universitesi”ndə, Kastamonu şəhərində, İstanbulun Bayrampaşa bölgəsində təşkil edilmiş Novruz bayramı şənliklərinin bədii hissələrində müxtəlif yallı nömrələri ilə çıxış etmişlər.

29 iyunda açıq havada ənənəvi yay şənbə konsertlərinə start verilmiş və mövsüm ərzində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri, Mahnı və Rəqs Ansamblı, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblı, Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblı tərəfindən 8 konsert verilmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Dövlət Film Fondu tərəfindən Azərbaycan cizgi filmlərinin, uşaq filmlərinin, sənədli və bədii filmlərin nümayişi diqqət mərkəzində saxlanılmışdır.

“Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində rayon mərkəzlərində və kəndlərdə 26 film nümayişi təşkil edilmişdir. Həmçinin, aztəminatlı və valideyn himayəsindən məhrum uşaqlar üçün 2 və məktəblilər üçün 12 film nümayişi təşkil edilmişdir.

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Ordubad, Şahbuz, Babək və Şərur rayonlarında təhsil şöbələri ilə birgə “Mən kinonu sevirəm” kinoviktorinası keçirilmiş, kinoviktorinaya muxtar respublika turu ilə yekun vurulmuşdur.

Naxçıvan Dövlət Film Fonduna dövr ərzində 58 adda yeni film daxil edilmişdir.

Hesabat dövründə Nazirliyin sistemində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılmış, tədrisin keyfiyyətinin yüksəldilməsi və musiqinin inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilmişdir.

Doqquz ay ərzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan şagirdlər və Naxçıvan Musiqi Kollecinin tələbələri üçün 11 ustad dərs keçirilmişdir.

Həmçinin, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə 4 metodiki kurs keçirilmişdir.

Nazirliyin iş planına əsasən hesabat dövründə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında 3 “Lira” musiqili intellektual oyunu keçirilmiş və burada 17 məktəbin komandası iştirak etmişdir.

12-25 yanvar 2018-ci il tarixdən etibarən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 2017-2018-ci tədris ilinin birinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq ixtisas və nəzəri fənlər üzrə imtahanlar keçirilmişdir.

Tədris ilinin birinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 22 yekun hesabat konserti keçirilmişdir.

16 fevral 2018-ci il tarixdən Naxçıvan Musiqi Kollecinin “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələri tədris planına uyğun olaraq Naxçıvan Qızlar Liseyi və 12 №-li tam orta məktəbində təcrübəyə başlamışlar.

Görkəmli rəssam Şamil Qazıyevin 110 illiyi ilə bağlı bir sərgi və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə təhsil alan şagirdlərə “Görkəmli rəssam Şamil Qazıyevin yaradıcılığında – Naxçıvan”  mövzusunda 4 ustad dərs keçirilmişdir.

09 mart və 13 aprel 2018-ci il tarixdə Naxçıvan Musiqi Kollecinin “Muğam üçlüyü” və “Sazçalanlar” ansamblı Babək Rayon Gərməçataq kəndində və Culfa Rayonunun Boyəhməd kəndində konsert proqramı ilə çıxış etmişdir. 14 mart 2018-ci il tarixdə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların konserti keçirilmişdir.

Aprel, may ayları ərzində Naxçıvan Musiqi Kollecinin tələbələri tədris planına əsasən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında pedaqoji təcrübədə olmuşlar. Eyni zamanda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbələri Naxçıvan şəhər 4 nömrəli və 5 nömrəli uşaq musiqi məktəblərində pedaqoji təcrübə keçmişdir.

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri ansamblının 14 aprel tarixdə Şərur Rayon Mədəniyyət Sarayında, “15 may - Beynəlxalq Ailə Günü” ilə əlaqədar keçirilən tədbirin bədii hissəsində konsertləri keçirilmişdir.

01-14 iyun tarixləri arasında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində yekun akademik imtahanlar keçirilmişdir. Buraxılış imtahanlarının nəticələrinə əsasən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 585 ümumi, 17 fərqlənmə olmaqla ümumilikdə 602 şagird bitirmişdir.

Naxçıvan Musiqi Kollecində 01-07 iyun tarixlərində bütün ixtisaslar üzrə yay imtahan sessiyası, 08-27 iyun tarixlərində isə buraxılış imtahanları keçirilmişdir.

Tədris ilinin başlaması ilə əlaqədar Nazirliyin sisteminə daxil olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində olan texniki problem və nasazlıqlar rayon (şəhər) mədəniyyət şöbələrindən alınmış, məlumatlar əsasında onların aradan qaldırılması istiqamətində müvafiq orqanlarla iş aparılmışdır.

Təsdiq olunmuş qəbul planına uyğun olaraq Nazirliyin sisteminə daxil olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsi üzrə 330, Şərur Rayon Mədəniyyət Şöbəsi üzrə 185, Babək Rayon Mədəniyyət Şöbəsi üzrə 155, Ordubad Rayon Mədəniyyət Şöbəsi üzrə 85, Culfa Rayon Mədəniyyət Şöbəsi üzrə 70, Kəngərli Rayon Mədəniyyət Şöbəsi üzrə 65, Şahbuz Rayon Mədəniyyət Şöbəsi üzrə 70 və Sədərək Rayon Mədəniyyət Şöbəsi üzrə 30 olmaqla ümumilikdə 990 şagird qəbulu aparılmışdır.

Hesabat dövrü ərzində “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən Naxçıvan mətbəxinə aid unudulmaqda olan mətbəx və folklor nümunələrinin toplanması işi davam etdirilmiş 19 mətbəx nümunəsi, 50-yə yaxın folklor nümunəsi toplanmış, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin sosial şəbəkələrdəki səhifələrində yarımil ərzində 300-dən çox paylaşım edilmiş və 5000-dən çox baxış sayı qeydə alınmışdır. “Naxçıvan folklorunda mətbəx elementləri” adlı səhifədə isə 400-dən çox paylaşım edilmiş, 3000-dən çox baxış sayı qeydə alınmışdır. “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi əməkdaşlarının Muxtar Respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əlaqələri davam etdirilmiş, məqalə və məlumatlar göndərilmişdir. Naxçıvan Qızlar Liseyində təhsil alan şagirdlərə bağlanmış müqaviləyə əsasən müxtəlif mövzularda 20 dərs keçirilmişdir.

Hesabat dövrü ərzində gənclərlə iş sahəsində bir sıra işlər görülmüşdür. Nazirliyin 2018-ci il üçün iş planına uyğun olaraq Nazirliyin tabeliyində olan müəssisələrdə çalışan aktiv gənclərin Naxçıvan şəhərində yerləşən muzeylərə, tarixi abidələrə və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə olmaqla 3 ekskursiyası, Naxçıvan şəhər, Kəngərli və Babək rayonlarının gənclərinə 3 maarifləndirici tədbir-mühazirə təşkil olunmuşdur. “İslam dini və milli-mənəvi dəyərlərimiz: adət-ənənələr” və “Mədəni irsimiz: musiqi mədəniyyətimiz” mövzusunda 2 dəyirmi masa keçirilmişdir. Gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə 25 may tarixdə Naxçıvan şəhər “Gənclər Mərkəzi”ndə 9 komandanın iştirakilə “Mədəni irs” intellektual oyunu keçirilmişdir.

İyul ayı ərzində istedadlı gənclərin elektron məlumat bankı yenilənərək ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş muxtar respublika müsabiqəsində I, II və III yerləri tutan 82 nəfər istedadlı gəncin adı məlumat bankına əlavə olunmuşdur.

2018-ci il ərzində mədəniyyət işçilərinin fəaliyyəti dövlətimiz tərəfindən qiymətləndirilmiş, 7 nəfər Azərbaycan Respublikasının Prezident mükafatına, 3 nəfər “Tərəqqi” medalına, 2 nəfər Azərbaycan Respublikasının, 4 nəfər isə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşlər.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri davam etdirilmiş, 9 ay ərzində ərzində 183-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 447 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 96-sı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 566 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 57 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

9 ay ərzində 5 kollegiya iclası keçirilmiş, kollegiyada 5 məsələ müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 246 nəfər işə qəbul edilmişdir.

Qışa hazırlıqla bağlı yanacaq və lazımi mal-materiallar alınaraq istilik sistemi olmayan müəssisə və təşkilatlara paylanmışdır.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Cari ilin doqquz ayı ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-lər ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 75 məqalə, yerli qəzetlərdə 13 yazı dərc olunmuş, Naxçıvan Dövlət Teleradiosunda 21 material efirə verilmiş, Nazirliyin vebsaytına 42 məqalə və 4 hesabat yerləşdirilmişdir.

Joomla 1.5