Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2018-ci ilin I yarımili ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi 2018-ci ilin birinci yarımili ərzindəöz fəaliyyətini illik iş planına uyğun qurmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Hesabat dövrü ərzində əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il bayramı” münasibətilə yanvarın 1-də şəhərin mərkəzi meydanının ətrafında keçirilən yolka şənliyində kompozisiya nümayiş etdirilmiş, Naxçıvan Dövlət Filarmoniyası tərəfindən fonoqram musiqilər səsləndirilmiş, hədiyyələrin paylanması təşkil edilmişdir. Naxçıvan Dövlət Film Fondu tərəfindən rayonlarda Azərbaycan filmləri nümayiş etdirilmiş, bayram tətili günlərində məktəblilər üçün Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 12, Naxçıvan Dövlət Uşaq Teatrında isə 6 tamaşa oynanılmışdır.

“Dünya Azərbaycanlıların Həmrəylik Günü” və “Yeni il” bayramı ilə əlaqədar rayon (şəhər) mədəniyyət və turizm şöbələrində ümumilikdə3 film, 18 tamaşa nümayişi olmuş və müxtəlif başlıqlı 7 tədbir keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Respublika əhəmiyyətli kitabxanalarda və MKS-lərdəbu mövzuda ədəbi-bədii kompozisiyalar daxil olmaqla ümumilikdə 10 tədbir keçirilmişdir.

Tarixi günlə bağlı Naxçıvan Dövlət Film Fondu və Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsi birgə tədbir keçirmiş, Naxçıvan Musiqi Kollecinin tələbələrinin iştirakı ilə kompozisiya hazırlanıb təqdim edilmiş,Naxçıvan Dövlət Film Fondu tərəfindən Babək və Kəngərli rayonlarında “20 yanvar - 1990” sənədli filmi nümayiş etdirilmişdir.“20 yanvar - Ümumxalq Hüzn Günü” ilə əlaqədar şəhər və rayonlarda ümumilikdə 25 tədbir keçirilmişdir.

“2 fevral Gənclər Günü” münasibətilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində tədbir keçirilmiş, tədbirin bədii hissəsində Azərbaycan bəstəkarlarının mahnıları və muğam musiqisi səsləndirilmişdir. Bundan əlavə “Gənclər Günü” ilə bağlı muzeylərdə 2 açıq dərs, Mədəniyyət üzrə Elmi Metodik Mərkəz Naxçıvan Dövlət Film Fondu ilə birgə “Gənclik və müasir cəmiyyətimiz” mövzusunda tədbir, şəhər (rayon) mədəniyyət və turizm şöbələri tərəfindən  müxtəlif başlıqlı 14 tədbir keçirilmişdir. Naxçıvan Musiqi Kollecində “02 fevral Gənclər Günü” ilə əlaqədar tələbələr arasında şahmat yarışı, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Heydər Əliyev və gənclər siyasəti” adlı konfrans, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Gəncliyə qayğı gələcəyə qayğıdır” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. “Gənclər Günü” ilə bağlı rayon (şəhər) MKS-lərin mərkəzi kitabxanalarıda daxil olmaqla ümumilikdə 10 tədbir keçirilmişdir.

“Beynəlxalq Ana Dili Günü” ilə bağlı fevralın 21-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında oxucu konfransı keçirilmişdir.Bundan əlavə “21 fevral Beynəlxalq Ana Dili Günü” ilə bağlı Sədərək, Şərur, Kəngərli və Culfa rayonunda fəaliyyət göstərən klub müəssisələrində ümumilikdə 4 tədbir keçirilmişdir.

Xocalı faciəsi ilə əlaqədar fevralın 23-də Naxçıvan Dövlət Film Fondu Naxçıvan Tibb Kolleci ilə birlikdə tədbir keçirmiş, 26 fevral tarixdə muxtar respublika əhəmiyyətli kitabxanalarda müxtəlif başlıqlı anım tədbirləri təşkil edilmiş, kitab və foto sərgilər hazırlanaraq nümayiş etdirilmişdir. Xatirə Muzeyində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar distant dərs keçirilmişdir. Həmin tarixdə Naxçıvan Musiqi Kollecində “Qan yaddaşımız Xocalı” adlı kompozisiya, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində isə bununla bağlı olaraq müxtəlif tədbirlər təşkil edilmişdir. Xocalı faciəsi ilə bağlı şəhər və rayonlarda fəaliyyət göstərən klub müəssisələri tərəfindən ümumilikdə 21 tədbir keçirilmişdir.

“Beynəlxalq Qadınlar Günü” münasibətilə martın 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri konsert proqramı ilə çıxış etmişlər. Bununla əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindənədəbi-musiqili gecə və kompozisiya keçirilmişdir. Həmçinin rayon(şəhər) mədəniyyət və turizm şöbələri və Nazirliyə tabe müəssisələr tərəfindən “8 mart Beynəlxalq Qadınlar Günü” ilə bağlı ümumilikdə 36 tədbir keçirilmiş, 21 sərgi təşkil olunmuşdur.

“Milli Teatr Günü” münasibətilə martın 10-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilmiş, tədbirin bədii hissəsində Azərbaycan peşəkar teatrının yaranma tarixini əks etdirən kompozisiya nümayiş etdirilmişdir. Bundan əlavə “Milli Teatr Günü” ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında konfrans, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında oxucularla Azərbaycan Respublikasının Xalq artisti Rövşən Hüseynov və Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanovun görüşü təşkil edilmişdir.

Martın 17-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Beynəlxalq Poeziya Günü”nə həsr olunmuş tədbir keçirilmiş, aktyorların ifasında Azərbaycan və dünya ədəbiyyatından tərcümələr bədii qiraət olunmuşdur. Tədbirin sonunda yeni nəşr olunan kitab sərgisinə baxış keçirilmişdir.

Novruz bayramı münasibətilə 19 mart tarixdə “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində bayram şənliyi keçirilmiş, tədbirdə Nazirliyin tabeliyində olan musiqi və folklor kollektivlərinin çıxışları olmuşdur. Mart ayının 20-24 tarixləri arasında Novruz bayramı münasibəti ilə musiqi kollektivləri konsert proqramlarını təqdim etmişlər. Bundan başqa M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında ədəbi-bədii gecə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında ədəbi-bədii kompozisiya təşkil olunmuşdur. 19-21 mart tarixlərdə rayon mədəniyyət və turizm şöbələri tərəfindən də Novruz bayramı ilə əlaqədar olaraq ümumilikdə 7 tədbir keçirilmişdir.

Martın 27-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Beynəlxalq Teatr Günü” münasibətilə tədbir keçirilmiş, tədbirin bədii hissəsində belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Meterlinqin “Göy quş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilmişdir.

“Beynəlxalq Uşaq Kitabı Günü” münasibətilə 02 aprel tarixdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında tədbir və bilik yarışı keçirilmiş, sonra isə balaca oxuculara kukla teatrının hazırladığı “Ələddinin sehrli çırağı” tamaşası göstərilmişdir. Bununla bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında oxucu konfransı, rayon (şəhər) MKS-lərdə isə müxtəlif formatlı tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”23 aprel 2018-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılmışdır. Bununla əlaqədar müvafiq sənədləşmə işləri aparılmışdır.

Mayın 11-də Naxçıvan Teatrının yaradılmasının 135 illiyi münasibətlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilmiş, Əli Əmirlinin “Əli və Nino” əsəri əsasında hazırlanmış eyniadlı  tamaşa nümayiş etdirilmişdir.

Mayın 15-də “Beynəlxalq Ailə Günü” münasibətilə keçirilən tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çağlı Alətləri Ansamblı, həmçinin, mahnı və rəqs qrupunun musiqi nömrələri təqdim olunmuşdur.

18 may tarixdə “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

“Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə iyunun 1-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblının çıxışları olmuşdur. Bundan əlavə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində səhərcik təşkil olunmuşdur.

İyunun 14-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “15 iyun – Milli Qurtuluş Günü” münasibətilə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi dram əsəri əsasında hazırlanmış tamaşanın təqdimatı olmuşdur.

“15 iyun Milli Qurtuluş Günü”münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasında “Xalqın xilaskarı Heydər Əliyev” və “Xilaskarlıq missiyası” adlı, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı konfranslar keçirilmiş, sərgi təşkil edilmişdir. Bununla əlaqədar rayon (şəhər) MKS-lər də daxil olmaqla ümumilikdə 10 tədbir keçirilmişdir.

Hesabat dövrü ərzində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 may tarixli Sərəncamına uyğun olaraq M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Şərqdə ilk demokratik dövlət” adlı konfrans keçirilmişdir. Bundan başqa Naxçıvan Dövlət Tarix, Naxçıvan Muxtar Respublika Ədəbiyyat və rayon tarix-diyarşünaslıq muzeylərində, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında, Naxçıvan Musiqi Kollecinin kitabxanasında və rayon (şəhər) MKS-lərin mərkəzi kitabxanalarında və kənd kitabxana filiallarında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş kitab və jurnallardan ibarət sərgilər təşkil olunmuşdur ki, həmin sərgilər də il ərzində nümayiş etdiriləcəkdir. Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Əsgərov 08-13 mart tarixlərdə Pakistan Respublikasının İslamabad və Lahor şəhərlərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı keçirilən konsertlərdə iştirak edib.Uşaq kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi  münasibətilə “Batum konfransı və Paris sülh müqaviləsinin tarixi əhəmiyyəti” başlıqlı biblioqrafik vəsait tərtib edilərək oxucuların istifadəsinə verilmiş və “Böyük bağ” mədəniyyət və istirahət parkında kitab bayramı təşkil edilmiş, tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabının müzakirəsi keçirilmişdir.25 aprel  tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində  “Naxçıvan Azərbaycan  Xalq Cümhuriyyətiillərində” mövzusunda elmi konfrans keçirilmişdir.Naxçıvan Dövlət Filarmoniyasının 4 nəfərlik rəqs qrupu Malayziya Respublikasının paytaxtı Kuala-Lumpur şəhərində “Respublika Günü” münasibətilə təşkil olunmuş rəsmi qəbulda muxtar respublikanı təmsil etmişdir.24 may tarixdə Babək Rayon Mədəniyyət Evində rayon gəncləri üçün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü münasibətilə “Şərqdə ilk demokratik cümhuriyyət” adlı mühazirə oxunmuş, “Əbədi ezamiyyət” sənədli filmi nümayiş edilmişdir.

Hesabat ərzində 02 aprel tarixdən etibarən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri və Naxçıvan Musiqi Kollecinin tələbələri arasında keçirilən ifaçılıq, rəsm və inşa yazı müsabiqələrinə start verilmişdir. Rəsm ixtisası üzrə müsabiqədə 21 şagird iştirak etmişdir. İnşa yazı müsabiqəsində isə 58 nəfər iştirak etmişdir. İfaçılıq müsabiqəsində müxtəlif ixtisaslar üzrə 427 ifaçı, 40 kollektiv iştirak etmişdir.  Müsabiqədə münsiflər heyətinin qərarı ilə 37 - I dərəcəli, 52 - II dərəcəli, 53 - III dərəcəli, 52 diplom və 51 fəxri fərman olmaqla iştirakçıların ümumilikdə 245 göstəricisi olmuşdur.Mayın 7-də Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə müsabiqələrinin yekun tədbiri olmuş, tədbirdə qalib gələn və fərqlənən ifaçılar və kollektivlər mükafatlandırılmış, yekun konsert proqramı təqdim edilmişdir.

01 may tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Naxçıvan - 2018” Beynəlxalq Şahmat Festivalının açılış mərasiminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera və Estrada Orkestrləri, Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış etmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar 03 may tarixdə Bursa Bölgə Dövlət Simfonik Orkestrinin Naxçıvan Muxtar Respublikasına qastrol səfəri çərçivəsində Heydər Əliyev Sarayında konsert proqramı keçirilmişdir.

04 may və  15 may tarixlərində Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən boks, karate və cüdo üzrə beynəlxalq turnirlərin açılış mərasimlərinin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun və solistlərinin, həmçinin Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblının ifasında musiqi nömrələri təqdim edilmişdir.

04 may tarixdə Naxçıvan Dövlət Film Fondunda“Milli mədəniyyətimizin hamisi” mövzusunda tədbir keçirilmiş, sonda film nümayiş olunmuşdur.

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən may ayının 4 və 5-də Naxçıvan şəhərində fəaliyyət göstərən 2 və 17№-li tam orta məktəblərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin mədəniyyətimizin inkişafında rolu” mövzusunda mühazirələr təşkil olunmuş, 7 may tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə “Yaşa Heydər Baba” adlı şeir müsabiqəsi keçirilmişdir.

Naxçıvan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyev gənc rəssamların gözü ilə” rəsm müsabiqəsi15 yanvardan başlayaraq Şahbuz, Babək və Naxçıvan şəhərlərində orta məktəb şagirdləri arasında keçirilmişdir. 15 aprel tarixdə rəsm müsabiqəsinin yekun mərhələsi Qalereyada keçirilmiş, I-II-III yerlər üzrə qaliblər müəyyən olunmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə 10 may tarixdə Naxçıvan Dövlət Filarmoniyasının yeni yaradılan Simfonik Orkestrinin Heydər Əliyev Muzeyinin qarşısında təqdimat konserti təşkil olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə may ayının 14-də Naxçıvan şəhər “Gənclik Mərkəzi”ndə Naxçıvan Musiqi Kollecinin fortepiano ixtisası üzrə müəllimi Rəna Cəfərovanın tələbələrinin solo konserti, 24 may tarixdə kollecin Kamera ansamblının konserti və29 may tarixdə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin fortepiano ixtisası üzrə VII sinif şagirdi Fidan Novruzovanın solo konserti keçirilmişdir.

Mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət ­Filarmoniyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş mahnı müsabiqəsi keçirilmiş, qaliblər müəyyən olunaraq mükafatlandırılmışdır.

Mayın 23-də Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının açılış mərasimi keçirilmiş, tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblının, rəqs qrupunun və “Şərur” Xalq Yallı Ansamblının çıxışları olmuşdur.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində aprelin 7-8-də keçirilən “Kətə”,19-20 may tarixlərdə isə “Göycə festivalı”nda  Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Musiqi Kollecinin musiqi kollektivləri rəngarəng nömrələrlə çıxış etmişlər.

Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar ötən dövrdə bir sıra işlər görülmüş, tədbirlər keçirilmişdir. 13 yanvar tarixdə Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birgə Azərbaycan və ingilis dillərində, 8 əsas və 27 alt bölmədən ibarət “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in rəsmi internet səhifəsi istifadəyə verilmişdir.

Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “2018-ci il Naxçıvan İslam Mədəniyyətinin paytaxtıdır” adlı dəyirmi masa keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 2018-ci il Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar İslam mədəniyyətinə dair əsərlərin biblioqrafik icmalı keçirilmiş, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” başlıqlı fotostend hazırlanmışdır.

Mayın 15-də Şərur Şəhər B.Kəngərli adına Uşaq İncəsənət Məktəbində Nazirliyin təşkilatçılığı ilə “Naxçıvan İslam Mədəniyyətinin paytaxtı-2018” devizi altında “Zərif əllər” adlı əl işlərinin sərgisi təşkil olunmuş, tədbirin bədii hissəsində müxtəlif musiqi nömrələri təqdim olunmuşdur.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” devizi altında filarmoniyanın Muğam studiyası martın 3-də Sədərək rayonunda, Kamera orkestri 14 mart tarixində filarmoniyanın zalında konsert proqramı ilə çıxış etmişdir. 12 mart və 21 mart tarixlərdə Mahnı və Rəqs ansamblı “N” saylı hərbi hissələrdə konsertlər vermişdir.

20 iyunda Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış mərasimi keçirilmiş, təntənəli mərasimdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera orkestri və rəqs qrupu çıxış etmişdir.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı- 2018” ili çərçivəsində iyun ayının 21 və 22-də İSESKO-nun “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə Yaşıl şəhərlər Strategiyasının həyata keçirilməsi üzrə ekspertlərin görüşü” keçirilmiş, görüşdə İSESKO-nun rəsmisi, Türkiyə, Özbəkistan, Misir, Tacikistan və Azərbaycandan, o cümlədən muxtar respublikadan olan 25 nəfər ekspert iştirak etmişdir. Görüş iştirakçılarına sertifikatlar təqdim edilmişdir. Onların arasında Nazirliyin 2 nəfər əməkdaşı da vardır.

Həmçinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək rayon və Naxçıvan şəhər Mədəniyyət və Turizm şöbələrinin tabeliyində olan mədəniyyət evləri və klublarda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altındavə mədəniyyət ilinə həsr olunmuşmüxtəlif mövzularda yığıncaq, dəyirmi masa və diskussiyalar keçirilmişdir.

2018-ci ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlar  tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” mədəniyyət ilinə həsr olunmuş 156 tədbir keçirilmişdir.  Bu deviz altında 25 konsert, Nazirlikdə 8, muzeylərdə 232, kitabxanalarda 364,  klub müəssisələrində 1160 olmaqla, ümumilikdə 1789  tədbir keçirilmişdir.

Dünya şöhrətli bəstəkar Qara Qarayevin 110 illik yubileyi fevralın 16-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında qeyd edilmiş, fevral ayının 14-də isə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında bununla bağlı ədəbi-musiqili gecə keçirilmişdir.

Ötən dövr ərzində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xalq artistləri Yasəmən Ramazanovanın vəHəsən Ağasoyun 60 illik yubileyləri münasibətilə tədbir keçirilmişdir.

Hesabat dövründəkitabxanalardaElçin Əfəndiyevin anadan olmasının 75 illiyi,AlekseyTolstoyun 135, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin 145, Firudin bəy Köçərlinin 155, Elza İbrahimovanın 80, Qara Qarayevin 100, Arif Babayevin 80, İslam Səfərlinin 95, Mübariz İbrahimovun 30, Əbülfəz Naxçıvanlının 70, Cabir Novruzun 85, Anarın 80 və Rübabə Muradovanın 85, Zərifə Əliyevanın 95,Mir Cəlalın 110,Elçin Əfəndiyevin 75, İsa Hüseynovun anadan olmasının 90 illiyi ilə əlaqədar keçirilən tədbirlər də daxil olmaqla ümumilikdə 19görkəmli şəxsiyyətlə bağlı47yubiley tədbiri keçirilmiş, müvafiq başlıqlı sərgilər təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərən­camının icrasıilə bağlı təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq Tədbirlər Planının icrası istiqamətində iş aparılmışdır.Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” və “Kitabxanaçılıq və informasiya”, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Musiqi Kollecinin “Kitabxana-informasiya təminatı” ixtisasları üzrə təhsil alan tələbələr üçün 7 açıq dərs və 1 dəyirmi masa, Naxçıvan Musiqi Kollecinin xanəndəlik, xoreoqrafiya və vokal, bədii yaradıcılıq ixtisaslarında və Naxçıvan Dövlət Universitetinin “Aktyor sənəti” ixtisasında təhsil alan tələbələr üçün 11 ustad dərs, ali və orta ixtisas təhsili müəssisələrində 4 kitab müzakirəsi keçirilmiş, Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin tələbələri üçün “Azərbaycanın milli geyimləri” mövzusunda mühazirə oxunmuş və mövzu ilə bağlı film nümayiş etdirilmişdir. Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Musiqi Kollecinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təcrübə keçmələri təmin edilmişdir.

Ötən altı ayda konsert-tamaşa müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında iki yeni - M.S.Ordubadinin eyniadlı romanı əsasında hazırlanmış “Qılınc və qələm” və Əli Əmirlinin “Əli və Nino” tamaşası hazırlanmışdır.

Martın 21-də teatrın konsert  briqadası “N” saylı hərbi hissənin şəxsi heyəti qarşısında çıxış etmişdir.

Teatr T.Cücənoğlunun “Rəngsaz” komediyası aprelin 19-da Şərur, 20-də Sədərək, 23-də Kəngərli, 24-də Ordubad, 25-də Culfa və 26-da Babək rayonunda, aprelin 18-i və mayın 04-də isə stasionarda nümayiş etdirilmişdir.

Altı ay ərzində teatr bilet satışı ilə 18 tamaşa oynamışdır.

Hesabat dövrü ərzində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı1 yeni tamaşa hazırlamış,“Kələkbazlar”, “Keçinin qisası”, “Uf-uf xanım”, “Ələddinin sehrli çırağı” “Göyçək Fatma”, “Meşə macəraları”, “Şahzadə Bəndalı”, “Qırmızı papaq”, “Ağca və Bozca”və “Qoğalın sərgüzəşti” tamaşalarını kiçik teatrsevərlərə nümayiş etdirmişdir.

Həmçinin xeyriyyə məqsədi ilə Sədərək,Ordubad, Babək rayonlarında vəKörpələr evində, Ailələrə Dəstək Mərkəzində və teatrda məhdud fiziki imkanlı, valideyn himayəsindən məhrum və  aztəminatlı ailələrin  uşaqlar üçün 10 xeyriyyətamaşasıgöstərilmişdir.

Hesabat dövründə Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən bilet satışı ilə 56 tamaşa olunmuşdur.

Naxçıvan Dövlət Uşaq Teatrı hesabat dövrü ərzində 1 yeni tamaşa hazırlamış, “Bizə dovşan və şaxta baba lazımdır”, “Bahar qız küsüb”  tamaşalarınıKəngərli,Ordubad,Şahbuz, Babək rayonlarında və Gərməçataq,Şada kəndlərindəxeyriyyə məqsədi və bilet satışı ilə nümayiş etdirmişdir.

I yarımildə Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən bilet satışı ilə 22, xeyriyyə məqsədilə 3tamaşa oynanmışdır.

Naxçıvan Dövlət Uşaq Teatrı Arzu Soltanın “Adam badam iyisi gəlir” əsəri üzərində məşqlərini  davam  etdirir.

Ötən dövrdə xalq teatrları da bir sıra işlər görmüşdür.  Xalq teatrları tərəfindən 5 yeni tamaşa hazırlanmış, 10 tamaşa nümayiş olunmuşdur.Aprelin 17-də Culfa Rayon Mədəniyyət Evində Əbrəqunus Kənd Mədəniyyət Evinin dram dərnəyi ilk tamaşasını - böyük bəstəkarımız Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını rayon sakinlərinə təqdim etmişdir. Həmin tamaşa 30 apreldə Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində nümayiş etdirilmişdir.

1 iyunda Həmin tarixdə Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində Babək Rayon Xalq Teatrının yazıçı İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası əsasında hazırlanmış tamaşası şəhər sakinlərinə təqdim olunmuşdur.

Naxçıvan Dövlət Filarmoniyasında hesabat dövründə kollektivlərin məşqləri qrafikə uyğun olaraq davam etdirilmiş, 09 fevral tarixdə Filarmoniyanın Estrada Orkestrinin,Mahnı və Rəqs Ansamblının, Muğam studiyasının, Xalq Çalğı Alətləri OrkestrininCulfa, Şərur,Kəngərli, Ordubad rayonlarında,“N” saylı hərbi hissələrdə, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları üçün “Duzdağ” oteldə konsert proqramları təqdim edilmişdir.

Ötən dövr ərzində həmçininNaxçıvan Televiziyasının “Günaydın” proqramında Filarmoniyanın Mahnı və Rəqs Ansamblının solistləri yaxından iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə musiqi kollektivlərinə və folklor ansambllarına geyim dəstlərinin, musiqi alətlərinin, musiqi texnikasının təqdimat mərasimlərinin keçirilməsi ənənəyə çevrilmişdir ki, bunun davamı olaraq martın 9-da Naxçıvan Dövlət Filarmoniyasına yeni alınmış səs avadanlıqlarının təqdimatı keçirilmişdir.

Altı ay ərzində filarmoniya bilet satışı ilə 10 konsert vermişdir.

Hesabat dövründə əlamətdar və tarixi günlərlə bağlı Nazirliyin sistemində fəaliyyət göstərən konsert-tamaşa müəssisələri, musiqi məktəbləri və mədəniyyət evlərinin yaradıcı kollektivləri tərəfindən muxtar respublikada dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə ümumilikdə 40 konsert və tamaşa təqdim edilmişdir.

Əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə 17-18 mart tarixlərdə Heydər Əliyev Sarayında Azərbaycan Respublikanın əməkdar aktyorları R.İsgəndərov və C.Rəhimovun iştirakı ilə “Gəlin”,  05 may tarixdə Azərbaycanın tanınmış müğənnisi Zamiq Hüseynovun “Kaman”adlıkonsert proqramları təşkil edilmişdir.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı,Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin “Batabat” instrumental ansamblı, Kolanı Kənd uşaq Musiqi Məktəbinin ansamblı “Ağbulaq” İstirahət Mərkəzində istirahət edən uşaq və gənclər qarşısında 6 tamaşa və konsert vermişdir.

29 iyunda açıq havada ənənəvi yay şənbə konsertlərinə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti ilə start verilmişdir.

Mart ayının 17-dən 27-dək “Şərur” Xalq Yallı Ansamblı Türkiyə Respublikasına səfər etmiş, Kastamonu şəhərində keçirilən “Kastamonu 2018 Türk Dünyası Mədəniyyət Paytaxtı” açılış mərasimində, həmçinin Ankaranın Çubuk bölgəsində, “Yıldırım Beyazit Universitesi”ndə, Kastamonu şəhərində, İstanbulun Bayrampaşa bölgəsində təşkil edilmiş Novruz bayramı şənliklərinin bədii hissələrində müxtəlif yallı nömrələri ilə çıxış etmişlər.

Cari ilin yanvar-iyun ayları ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən muxtar respublikada fəaliyyət göstərən mədəniyyət evi və klublarda çalışan əməkdaşlara yerlərdə əməli köməklik göstərilmiş, əlamətdar və tarixi günlərlə, eləcə də klub işinin təşkili işi ilə bağlı metodik tövsiyə və vəsaitlər hazırlanmışdır. Ümumilikdə, mərkəz əməkdaşları tərəfindən Sədərək, Kəngərli, Babək, Şahbuz, Culfa, Ordubad, Rayon və  Naxçıvan Şəhər Mədəniyyət və Turizm şöbələrinin tabeliyində olan 40 sayda mədəniyyət evi və klub əməkdaşlarına yerində əməli köməklik göstərilmişdir. Əməli köməkliklər zamanı mədəniyyət evi və klublarda mövcud potensiala uyğun dərnəklərin, folklor kollektivlərinin, eləcə də xalq oyunlarının ifaçı qruplarının yaradılması tövsiyə edilmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamının icrası ilə bağlı Culfa, Ordubad, Şahbuz rayonlarındavəNaxçıvan şəhərində “Xalq yaradıcılığı gün”lərikeçirilmişdir.

Naxçıvan Dövlət Film Fondu tərəfindən Azərbaycan cizgi filmlərinin, uşaq filmlərinin, sənədli və bədii filmlərin nümayişi diqqət mərkəzində saxlanılmışdır.

“Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində rayon mərkəzlərində və kəndlərdə17filmnümayişitəşkil edilmişdir. Həmçinin, aztəminatlı və valideyn himayəsindən məhrum uşaqlar üçün və məktəblilər üçün də filmlərinnümayişi təşkil edilmişdir.

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Ordubad, Şahbuz, Babək və Şərur rayonlarında təhsil şöbələri ilə birgə “Mən kinonu sevirəm” kinoviktorinası keçirilmiş, 21 və 23 may tarixlərdə kinoviktorinaya muxtar respublika turu ilə yekun vurulmuşdur.

Naxçıvan Dövlət Film Fonduna dövr ərzində 58 adda yeni film daxil edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələri ilə muzeylər arasında 2017-2018-ci tədris ilində təşkil ediləcək distant dərslərin Qrafiki”nə əsasən 15 yanvarda Naxçıvan Dövlət Tarix Muzeyi ilə Dizə kənd tam orta məktəbi arasında, 01 fevralda Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi ilə Ərəbyengicə kənd tam orta məktəbi arasında  distant keçirilmişdir. Xatirə Muzeyində 19 yanvarda 20 Yanvar facisəsinin 28-ci ildönümü ilə əlaqədar, 26 fevralda isə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar,10 mayda Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə, 13 iyunda isə Heydər Əliyev Muzeyində “Milli Qurtuluş günü”nə həsr olunmuş 6elektron dərs keçirilmişdir.

26 yanvarda Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyinə və İsa Həbibbəyli və Vidadi Muradovun “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.

02 fevral tarixdə Bəhruz Kəngərli Muzeyində görkəmli rəssamın muzeyə hədiyyə olunmuş 3 orijinal rəsm əsərinin,22 fevral tarixdə  Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə hədiyyə olunmuş 75 ədəd maddi-mədəniyyət nümunəsinin, aprelin 3-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qədim tarixə malik əlyazma və kitabların AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna olmaqla, ümumilikdə 3 eksponat  təqdimatı keçirilmişdir.

22 may tarixdə Naxçıvan Dövlət Televiziyasında Bəhruz Kəngərli Muzeyinin saytının təqdimatı olmuşdur.

25 aprel tarixdə “Duzdağ” otelində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamı ilə  yaradılan Naxçıvan Duz Muzeyi istifadəyə verilmişdir.

Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə muxtar respublika muzeylərində muzey bələdçiləri üçün8 seminar-treninq keçirilmişdir.

Nazirliyin 2018-ci il üçün iş planına uyğun olaraq Naxçıvan Dövlət Tarix Muzeyində “Muzey fondlarına daxil olan eksponatların elektron bazasının yaradılması işinin təşkili və qarşıya çıxan çətinliklər” mövzusunda,  Naxçıvan Dövlət Xalça Muzeyində “Muzeylərdə ekskursiya işinin təşkili” mövzusunda dəyirmi masalar keçirilmişdir.10 fevral tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “Muxtariyyətin yetirməsi olan Naxçıvan muzeyləri: tarix və müasirlik” mövzusunda dəyirmi masa keçirilmişdir.

Muzeylərlə təhsil müəssisələri arasında birgə hazırlanmış qrafiklərə əsasən I yarımil ərzində muzeylərdə ümumilikdə 219 açıq dərs keçirilmişdir.

Hesabat dövrü ərzində muzeylərdə ümumilikdə tarixi və əlamətdar günlərlə bağlı 79 sərgi qurulmuş, 21 tədbir keçirilmişdir.

Cari ilin I yarımili ərzində muzeylərə 670 ədəd eksponat daxil olmuş, muzeyləri ümumilikdə 284720 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 95619 nəfəri əcnəbi vətəndaşlardır.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Aprel ayının 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə kitabxana işçiləri üçün “Kitabxana işinin təşkili və müasir tələblər” mövzusunda 22 fevral-07 mart tarixlərdə 10 günlük kurs təşkil edilmişdir. Kursda muxtar respublikanın kitabxana sistemlərindən 28 nəfər əməkdaş iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası,A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasıvə rayon (şəhər) MKS-lərtərəfindən I yarımil ərzində110 kitab müzakirəsi keçirilmiş, sərgilər təşkil edilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan Muxtar Respublikasının 94-cü ildönümünün qeyd edilməsi məqsədilə 15 və 16 №-li tam orta məktəblərin tarix müəllimləri və məktəbli oxucuların iştirakı ilə “Naxçıvan dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Tədbirdən sonra iştirakçılar “Naxçıvan Muxtar Respublikası-94” başlıqlı sərgi ilə tanış olmuşlar. Nazirliyin sisteminə daxil olan kitabxanalarda əlamətdar günlə bağlı ümumilikdə 10 tədbir  keçirilmiş, sərgilər təşkil edilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 mart Ümumdünya Oxu Günü ilə əlaqədar 12 №-li uşaq bağçasında “Biz kitab oxuyuruq” başlıqlı səhərcik təşkil edilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 nömrəli Təqaüdçülər Klubuna gündəlik olaraq, Naxçıvan şəhərində 60 evdə məhdud fiziki imkanlı şəxsə, uşaq kitabxanası tərəfindən isə 17 evdə sağlamlıq imkanları məhdud uşağa səyyari xidmət göstərilmişdir. Bundan başqa hesabat dövrü ərzində məktəbli oxucularla uşaq kitabxanasının əlaqələrini möhkəmləndirmək məqsədilə məktəblilərin Naxçıvan şəhərindəki tarixi abidələrə ekskursiyası təşkil edilmişdir.

I yarımil ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən mərkəzləşdirilmiş kitabxana sistemlərinə tövsiyə xarakterli 17 adda 136, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə 10 adda 80 metodik məktub hazırlanaraq göndərilmişdir.

Hesabat dövründə muxtar respublika əhəmiyyətli kitabxanalarda, eləcə də rayon (şəhər) MKS-lərdə 60 “Kitabxanaçı günü”, 60 “Kitabxana günü”,272 “Nağıl günü” və 207“Mütaliə günü”  keçirilmişdir.

Hesabat dövründə kitabxanalarda 651mədəni kütləvi tədbir keçirilmiş,211 sərgi  təşkil olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisindən, həmçinin digər mənbələrdən13923 nüsxəçap məhsulu Nazirliyə daxil olmuş və paylanmışdır.

Muxtar respublika əhəmiyyətli kitabxanalarda yeni oxucu sayı1082 nəfər, oxucu gəlişi65254nəfər, kitab verilişi 346813 nüsxə təşkil etmişdir.

Respublika kitabxanasının elektron kitabxanasından uzaq məsafədən (qlobal)3190, lokal şəbəkədən isə 1070 oxucu olmaqla, cəmi4260 oxucu istifadə etmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron kitabxanasının zənginləşdirilməsi sahəsində işlər davam etdirilmiş, informasiya-resurs şöbəsi tərəfindən elektron kataloqa1664adda kitab işlənmiş və ümumilikdə sayı10927-ə çatdırılmışdır. Şəbəkəyə isə 297 kitab işlənməklə ümumi say 2328-ə çatdırılmışdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində hesabat dövrü ərzində Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Xalça Muzeyi, Naxçıvan şəhər 3№-li Uşaq Musiqi Məktəbi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq  Səma Altında Muzey Kompleksi və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində və s. olmaqla, ümumilikdə16tədbir, 23 fevral 2018-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “1 mart - Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş əməli məşğələ keçirilmişdir.

Hesabat dövründə Nazirliyin sistemində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılmış, tədrisin keyfiyyətinin yüksəldilməsi və musiqinin inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilmişdir.

I yarımil ərzindəuşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan şagirdlər və Naxçıvan Musiqi Kollecinin tələbələriüçün17ustad dərs keçirilmişdir.

Həmçinin,uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləriüçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə 4 metodiki kurs keçirilmişdir.

Nazirliyin iş planına əsasən hesabat dövründə uşaq musiqi,incəsənət və bədii sənətkarlıqməktəblərinin şagirdləri arasında 3 “Lira” musiqili intellektual oyunu keçirilmişvə burada 17 məktəbin komandası iştirak etmişdir.

12-25 yanvar 2018-ci il tarixdən etibarən  uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 2017-2018-ci tədris ilinin birinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq ixtisas və nəzəri fənlər üzrə imtahanlar keçirilmişdir.

Tədris ilinin birinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində22yekun hesabat konsertikeçirilmişdir. Əlavə olaraq Mədəniyyət və Turizm Nazirliyinin tərtib etdiyi qrafik əsasında 23 yanvar Şərur Rayon Mədəniyyət Sarayında, 25 yanvar Babək Rayon Mədəniyyət Evində, 26yanvar Naxçıvan şəhər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin Kəngərli Rayon Mədəniyyət Evindəhesabat konsertləri keçirilmişdir.

16 fevral 2018-ci il tarixdən Naxçıvan Musiqi Kollecinin “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələri tədris planına uyğun olaraq  Naxçıvan Qızlar Liseyi və 12 №-li tam orta məktəbində təcrübəyə başlamışlar. Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 20 fevral 2018-ci il tarixdə ikinci sinif, 22 fevral 2018-ci il tarixdə üçüncü sinif şagirdləri arasında solfecio və musiqi ədədbiyyatı fənlər üzrə lektoriya təşkil olunmuşdur.

23 fevral,  15 mart,19 aprel və 25 may 2018-ci il tarixdə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində və Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində rəsm ixtisası üzrə təhsil alan şagirdlərə “Görkəmli rəssam Şamil Qazıyevin yaradıcılığında – Naxçıvan”  mövzusunda ustad dərs keçirilmişdir.

09 mart və13 aprel 2018-ci il tarixdə Naxçıvan Musiqi Kollecinin muğam üçlüyü və sazçalanlar ansamblının Babək Rayon Gərməçataq kəndində vəCulfa Rayonunun Boyəhməd kəndində konsert proqramı ilə çıxış etmişdir. 14 mart 2018-ci il tarixdə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların konserti keçirilmişdir.

Aprel, may ayları ərzində Naxçıvan Musiqi Kollecinin tələbələri tədris planına əsasən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında pedaqoji təcrübədə olmuşdurlar. Eyni zamanda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbələri Naxçıvan şəhər 4 №-li və Qaracuq kənd uşaq musiqi məktəblərində pedaqoji təcrübə keçmişdirlər.

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri ansamblının 14 aprel tarixdə Şərur Rayon Mədəniyyət Sarayında, “15 may - Beynəlxalq Ailə Günü”  ilə əlaqədar keçirilən tədbirin bədii hissəsində konsertləri keçirilmişdir.

İyun ayı ərzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin rayon mədəniyyət evlərində ümumilikdə 13 hesabat konserti keçirilmişdir.

01-14 iyun tarixləri arasında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində yekun akademik imtahanlar keçirilmişdir. Buraxılış imtahanlarının nəticələrinə əsasən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 585 ümumi, 17 fərqlənmə olmaqla ümumilikdə 602 şagird bitirmişdir.

Naxçıvan Musiqi Kollecində 01-07 iyun tarixlərində bütün ixtisaslar üzrə yay imtahan sessiyası, 08-27 iyun tarixlərində isə buraxılış imtahanları keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən 2018-ci ilin I yarımilində4503manatlıq 547 ədəd əl işi satılmışdır.

Hesabat dövrü ərzində “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən Naxçıvan mətbəxinə aid unudulmaqda olan mətbəx və folklor nümunələrinin toplanması işi davam etdirilmiş 19 mətbəx nümunəsi, 50-yə yaxın folklor nümunəsi toplanmış, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin sosial şəbəkələrdəki səhifələrində yarımil ərzində 300-dən çox paylaşım edilmiş və 5000-dən çox baxış sayı qeydə alınmışdır. “Naxçıvan folklorunda mətbəx elementləri” adlı səhifədə isə 400-dən çox paylaşım edilmiş, 3000-dən çox baxış sayı qeydə alınmışdır. “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi əməkdaşlarının Muxtar Respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əlaqələri davam etdirilmiş, məqalə və məlumatlar göndərilmişdir. Naxçıvan Qızlar Liseyində təhsil alan şagirdlərə bağlanmış müqaviləyə əsasənmüxtəlif mövzularda 20 dərs keçirilmişdir.

Hesabat dövrü ərzində gənclərlə iş sahəsində bir sıra işlər görülmüşdür. Nazirliyin 2018-ci il üçün iş planına uyğun olaraq Nazirliyin tabeliyində olan müəssisələrdə çalışan aktiv gənclərin Naxçıvan şəhərində yerləşən muzeylərə, tarixi abidələrə və“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinəolmaqla 2ekskursiyası, Naxçıvan şəhər, Kəngərli və Babək rayonlarının gənclərinə 3 maarifləndirici tədbir-mühazirətəşkil olunmuşdur.Mart ayının 14-də isə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “İslam dini və milli-mənəvi dəyərlərimiz: adət-ənənələr” mövzusunda dəyirmi masa keçirilmişdir.Gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə 25 may tarixdə Naxçıvan şəhər “Gənclər Mərkəzi”ndə 9 komandanın iştirakilə  “Mədəni irs” intellektual oyunu keçirilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri davam etdirilmiş, 1-ci yarımil ərzində Nazirliyə 144-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 413 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 66-sı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 427 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 24 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

6 ay ərzində 4 kollegiya iclası keçirilmiş, kollegiyada 5 məsələ müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 190 nəfər işə qəbul edilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Bundan əlavə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmiş, mütəmadi olaraq müsahibələr verilmiş, məqalə və məlumatlar göndərilmiş, müxtəlif mövzulu televiziya verilişlərinin hazırlanmasına köməklik göstərilmişdir.

Joomla 1.5