Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci ilin birinci yarımili ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2021-ci ilin birinci yarımilində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və Sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Yanvarın 22-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Cəfər Cabbarlının “Aydın”, fevralın 19-da Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” pyesləri əsasında, 10 mart tarixdə isə “Milli Teatr Günü” münasibətilə Nəbi Xəzrinin “Burla Xatun” əsəri əsasında hazırlanmış eyniadlı 3 tamaşa onlayn olaraq teatrsevərlərə təqdim olunmuşdur. Azərbaycan milli teatr tarixinə parlaq və şərəfli səhifələr yazmış Naxçıvan teatrının yaradılmasının 138-ci ildönümü münasibətilə mayın 11-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının əsasında səhnələşdirilən “Nizaminin Sirlər xəzinəsi” adlı tamaşanın onlayn premyerası keçirilmişdir. Bundan əlavə 23 mart tarixdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin, 27 mart tarixdə isə filarmoniyanın solistləri Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynova və gənc ifaçı İlkin Abdullayevin solo konsertləri təşkil olunmuşdur. Tamaşa və konsertlər Naxçıvan Dövlət Televiziyasından, Nazirliyin internet saytından və sosial şəbəkə hesablarından canlı olaraq yayımlanmışdır.

Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə keçirilmiş “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi, aprelin 14-də isə yekununa həsr olunmuş tədbir və mükafatlandırma mərasimi keçirilmişdir.

Aprelin 22-də Tofiq Seyidovun rejissorluğu ilə hazırlanan “Nizaminin Sirlər Xəzinəsi” tamaşasına ictimai baxış keçirilərək istehsalata buraxılmışdır.

Mayın 20-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecinin, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının üzvlərinin qatıldığı solo oxuma – vokal və xanəndəlik üzrə muxtar respublika müsabiqəsi baş tutmuşdur. Naxçıvan Dövlət Filarmoniyasında təşkil olunan müsabiqəyə ümumilikdə 25 nəfər iştirakçı qatılmışdır.

İyun ayının birinci ongünlüyündə uşaq və gənclər arasında üç yaş qrupunda tar, kamança, qanun, saz, balaban, qarmon, fortepiano, skripka, klarnet, truba, fleyta ixtisasları üzrə ifaçılıq müsabiqəsi keçirilmiş, müsabiqəyə 300 nəfərə yaxın iştirakçı qatılmışdır. İyunun 23-də Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə uşaq və gənclər arasında keçirilmiş rəsm, rəqs, solo oxuma və ifaçılıq müsabiqələrinin yekununa həsr olunmuş tədbir keçirilmiş, tədbirdə 4 müsabiqə, 14 nominasiya və 3 yaş qrupu üzrə ümumilikdə 157 iştirakçı və kollektiv təltif edilmişdir. Tədbirin bədii hissəsində müsabiqə qaliblərinin ifasında konsert proqramı təqdim olunmuşdur.

“26 İyun - Silahlı Qüvvələr Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında “Milli ordumuz dövlət müstəqilliyimizin ən böyük dayağıdır” mövzusunda tədbir keçirilmiş, hərbi qulluqçular üçün Şahbuz Rayon Xalq Teatrı tərəfindən Şahbuz Rayon Mədəniyyət Sarayında Tofiq Seyidovun “Qarabağ şikəstəsi” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunmuş, aid təşkilatlarla birgə 24 iyun tarixdə təşkil olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış etmişdir. “26 İyun - Silahlı Qüvvələr Günü” münasibətilə muxtar respublikada dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə Naxçıvan Dövlət Filarmoniyası, Naxçıvan Şəhər və rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri tərəfindən 10 konsert proqramı təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2020-2021-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq tədbirlər keçirilmişdir.

Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin kitabxanaçılıq və informasiya, Naxçıvan Musiqi Kollecinin bədii yaradıcılıq işi ixtisasları üzrə təhsil alan tələbələrə 9 açıq dərs, 2 kitab müzakirəsi, 1 ustad dərs, 1 dəyirmi masa, 1 mühazirə və 1 film nümayişi olmaqla, ümumilikdə 15 tədbir keçirilmiş, eləcə də kitabxanaçılıq və informasiya ixtisası üzrə Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin III kurs tələbələrinə, Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə tələbələrinə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və muzeylərdə təcrübə, Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II kurs tələbələrinin Naxçıvan Dövlət Tarix Muzeyində praktiki dərs keçmələri təmin edilmişdir.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 09 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 16 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin, “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 168 ədəd xalça haqqında naxçıvan_muzeyləri instaqram səhifəsində, Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış,  Nazirliyin müvafiq əmri ilə “Naxçıvan Musiqi Kollecində və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində keçiriləcək Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərslərin Qrafiki” və “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş yaradıcılıq Müsabiqəsinin Əsasnaməsi” təsdiq edilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Aşıq Ələsgərə həsr edilmiş guşə zənginləşdirilmiş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərdə kitab sərgiləri qurulmuş, muzeydən “Aşıq Ələsgər yaradıcılığı” mövzusunda interaktiv dərs keçirilmişdir. İyunun 17-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, Aşıqlar Birliyinin və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə yaradıcılıq müsabiqəsi, iyunun 18-də isə müsabiqənin yekun tədbiri keçirilmişdir. Yekun tədbirdə müsabiqənin qalibləri mükafatlandırılmış və onların ifasında konsert proqramı təqdim edilmişdir. Həmçinin, Nazirliyin təşkilatçılığı ilə AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva tərəfindən Naxçıvan Musiqi Kollecinin tələbələrinə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə onun yaradıcılığından bəhs edən ustad dərs, muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində saz ixtisası üzrə müəllim və şagirdlərə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən 3 ustad dərs, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən  8 nömrəli orta məktəbin şagirdləri ilə Aşıq Ələsgərin “Əsərləri”nin müzakirəsi, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Aşıq Ələsgərin əsərlərinin biblioqrafik icmalı, eləcə də Culfa və Sədərək rayon MKS-lər tərəfindən 2 tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 05 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının əsasında səhnələşdirilən “Nizaminin Sirlər xəzinəsi” adlı tamaşa hazırlanmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Nizami Gəncəvinin ideal, ədalətli hökmdar konsepsiyası və insan haqları” mövzusunda dəyirmi masa keçirilmiş, Babək Rayon Xalq Teatrının hazırladığı “Nizami aləminə səyahət” və Nazirliyin Gənclər təşkilatı “Xudafərin” Gənclər Birliyinin üzvlərinin hazırladığı “Nizaminin beşliyinə səyahət” adlı kompozisiyalar tamaşaçılara təqdim edilmişdir. Mayın 26-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında keçirilən “Nizami dünyası” teatr müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir. Ötən dövr ərzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş 2-si onlayn olmaqla 49 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən muxtar respublika ərazisində aparılan arxeoloji qazıntılara nəzarət edilmişdir.

Xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova Naxçıvana gəlmişdir. Xalq artisti mədəniyyət və incəsənət obyektləri ilə tanış olmuş, Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti ilə görüş keçirilmişdir.

“Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinə birinci yarımil ərzində materialların qəbulu davam etmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə Xatirə Muzeyində 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Unudulmayan tarix” və “Xocalı faciəsi insanlığa qarşı cinayətdir”, Bəhruz Kəngərli Muzeyində görkəmli rəssamın anadan olmasının 129-ci ildönümünə həsr olunmuş, Dövlət Bayrağı Muzeyi ilə Ordubad Rayon Nüsnüs kənd tam orta məktəbi arasında, Xan Sarayı Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə Ordubad şəhər 1 nömrəli tam orta məktəbi arasında, Cəlil Məmmədquluzadənin anadan olmasının 152-ci ildönümü münasibəti ilə Cəlil Məmmədquluzadənin Ev Muzeyində “Görkəmli Azərbaycan ədibi”, C.Məmmədquluzadə adına Naçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Aşıq Ələsgərin 200 illiyi münasibətilə və “Görkəmli Azərbaycan ədibləri”, Heydər Əliyev Muzeyində ümummilli liderin anadan olmasının 98-ci ildönümü və 15 İyun Milli Qurtuluş Günü ilə bağlı olmaqla, ümumilikdə 10 interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Yanvar-iyun aylarında 3 eksponat təqdimatı – Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və rəssam Nəsrulla Musayev tərəfindən hədiyyə olunmuş 16 ədəd rəsm əsərinin, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində Nüsnüs kənd sakini tərəfindən hədiyyə olunmuş 100 ədəd maddi-mədəniyyət nümunəsinin,  Naxçıvan Dövlət Tarix Muzeyində ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan və Təhsil Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinə hədiyyə edilən 200-dən çox maddi-mədəniyyət nümunəsinin təqdimatı keçirilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə 2021-ci ilin birinci yarısında “Muzey işinin təşkilində ənənəvi və onlayn fəaliyyətin əlaqələndirilməsi, onlayn materialların hazırlanmasına verilən tələblər”, “Daxil olan sənədlərin əsas və elmi-köməkçi fonda işlənməsi qaydaları”, “Açıq dərslərin keçirilməsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin təcrübəsi”, “Muzeylərdə rəsm əsərlərinin qorunub saxlanması və sərgilənməsinə verilən tələblər”  və “Muzey əşyalarının elmi inventarizasiyasının aparılması qaydaları” mövzularında olmaqla  ümumilikdə 5 seminar-treninq keçirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Birinci yarımil ərzində muzeylər tərəfindən də bir sıra işlər görülmüşdür. Belə ki, Bəhruz Kəngərlinin anadan olmasının 129-cu ildönümü, Heydər Əliyev Muzeyinin yaradılmasının 22 illiyi, Şahtaxtinskilər Muzeyinin yaradılmasının 11 illiyi, Cəlil Məmmədquluzadənin anadan olmasının 152-ci ildönümü, “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”, “Molla Nəsrəddin” jurnalının yaranmasının 115-ci ildönümu, Bəhruz Kəngərli Muzeyinin yaradılmasının 20 illiyi münasibətilə, “18 May - Beynəlxalq Muzeylər Günü”, “15 İyun – Milli Qurtuluş Günü” ilə əlaqədar olaraq tədbirlər təşkil edilmiş,  sərgilər qurulmuşdur. Yusif Məmmədəliyevin Ev Muzeyi və Naxçıvan Dövlət Xalça Muzeyi ilə Zərdab Rayon Heydər Əliyev Mərkəzi arasında 2 onlayn tədbir keçirilmişdir.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə Heydər Əliyev Muzeyində “Müstəqil Azərbaycanın memarı”, Bəhruz Kəngərli Muzeyində “Gənc rəssam ömrü”, Xatirə Muzeyində “20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq tarixi” və “Mart hadisələri unudulmur”, Naxçıvan Dövlət Tarix Muzeyində “Xocalı soyqırımı - XX əsrin faciəsi”, Naxçıvanqala Tarix Memarlıq Muzey Kompleksində “Tariximiz yaddaşımızdır”, “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Naxçıvanın Muxtariyyəti Tarixi nailiyyətdir”, Naxçıvan  Dövlət  Xalça Muzeyində “Xalqımızın qədim ənənəsi – Xalçaçılıq”, C.Məmmədquluzadə adına Naxçıvan  Muxtar Respublikası Ədəbiyyat Muzeyində “Oxunması zəruri olan kitabların  şagird mənəviyyatına təsiri”, Heydər Əliyev Muzeyində “Ömrünü vətənə həsr etmiş dahi şəxsiyyət-Heydər Əliyev”, Naxçıvan Dövlət Rəsm Qalereyasında “Azərbaycanın dilbər guşələri” mövzularında 11 açıq dərs keçirilmişdir. Dövr ərzində ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə 258 açıq dərs və 11 mühazirə keçirilmişdir.

Altı ay ərzində muzeylərdə Nazirlik tərəfindən 10, muzeylər tərəfindən 3-ü onlayn olmaqla 17 tədbir keçirilmiş, 39 sərgi qurulmuşdur.

Mart ayı ərzində muzeylərdə onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Hesabat dövründə ümumilikdə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 1 min 113 ədəd müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Onlardan 47-si onlayn ekskursiya olmuşdur.

Birinci yarımil ərzində Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 210 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmiş, səhifənin ümumi izləyicilərinin sayı 768 nəfər olmuşdur.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə İnstagram səhifələrində 1 min 888, Facebook hesablarında 1 min 715 paylaşım edilmişdir ki, onlardan, 47 ədədi onlayn ekskursiya olmuşdur. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 23 min 828, Facebook hesablarında isə 40 min 819 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 105 min 145 nəfər yerli, 3 min 502 nəfər əcnəbi olmaqla, ümumilikdə 108 min 647 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 917 ədəd yeni eksponat daxil olmuşdur.

2021-ci ilin birinci yarımilində kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Dövr ərzində Nazirliyin təşkilatçılığı ilə kitabxana əməkdaşları üçün “Müəssisələrin fəaliyyəti ilə bağlı hesabat və statistik hesabatların işlənmə qaydaları” adlı seminar keçirilmişdir.

Yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən ümumilikdə, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 112 kitab müzakirəsi keçirilmişdir ki, bunlardan 18-i onlayn olmuşdur.

Ötən dövrdə 112-si kitabxana, 96-ı klub müəssisələrinin əməkdaşları, 1-i gənclər arasında olmaqla, ümumilikdə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 209 kitab müzakirəsi keçirilmişdir. Bunlardan 32-i onlayn olmuşdur.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 5-i onlayn olmaqla 163 tədbir keçirilmiş, 271 sərgi təşkil edilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Mütaliə Günü” ilə bağlı ümumilikdə 1-i onlayn olmaqla 60,  “Kitabxanaçı Günü” münasibətilə 60, “Kitabxana günü” ilə bağlı 40 tədbir keçirilmişdir.

2021-ci ilin 6 ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 168 tədbir keçirilmişdir.

Dövr ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 19 və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən 123 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 142 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 22 adda 176 metodiki məktub, 2 tövsiyə ədəbiyyat siyahısı hazırlanaraq rayon (şəhər) MKS-lər, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

Yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablarla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi diqqətdə saxlanılmış, siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 38 material hazırlanmış və 76 paylaşım edilmişdir.

Həmçinin kitabxana və mədəniyyət sarayları və evlərinin əməkdaşları tərəfindən 162 şeir, hekayə və poemalardan parçalardan bədii qiraət formatlı videomateriallar və audiokitablar hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Yarımil  ərzində videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 281 material hazırlanmış, sosial şəbəkə hesablarında 1278 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 8 min 116, Facebook səhifələrində 12 min 512 olmuşdur.

“Nağıl Günləri” layihəsi çərçivəsində hesabat dövründə 11-i M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, digərləri A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən olmaqla, ümumilikdə 66 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 181 paylaşım edilmişdir.

Dövr ərzində Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 30 adda 304 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 1020 adda 1855 nüsxə çap məhsulu daxil olmuşdur.

Yanvar-iyun ayları ərzində kitabxanalarda yeni oxucu sayı 3 min 437 oxucu gəlişi 54 min 19, kitab verilişi isə 248 min 124 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 4 min 073 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 24 min 93-ə çatdırılmışdır.

Şəbəkəyə 234 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 338-dən 3 min 431-ə çatdırılmışdır. Birinci yarımildə elektron kitabxanadan 1 min 323 lokal, 3 min 42 qlobal olmaqla 4 min 365 oxucu istifadə etmişdir.

Hesabat dövründə kitabxanalarda 39-u onlayn olmaqla, ümumilikdə 717 tədbir keçirilmişdir.

2021-ci ilin birinci yarısında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 21, Naxçıvan Dövlət Film Fondu tərəfindən 12 rayon mədəniyyət şöbələri tərəfindən 6 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 39 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Yanvar-iyun ayları ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən ümumilikdə 136 tədbir keçirilmiş, 68 sərgi qurulmuşdur.

Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz, Heydər Əliyev Sarayı, klub və mədəniyyət evlərində onlayn fəaliyyət də diqqət mərkəzində saxlanılmışdır. Yubileylər, əlamətdar və tarixi günlər, o cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da olmaqla ümumilikdə, 279 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 18 adda 144  metodik məktub, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 5 ssenari hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Hesabat dövründə Naxçıvan Şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 1141 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 425 paylaşım edilmiş, 9 min 246 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 716 paylaşımın 4 min 956 izləyicisi olmuşdur.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı 21 material hazırlanaraq Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır. Həmçinin, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən 5 ssenari hazırlanaraq müvafiq təşkilatlara göndərilmişdir.

Dövr ərzində Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. rayon mədəniyyət şöbələrində fəaliyyət göstərən klub müəssisələrində çalışan əməkdaşlar üçün “Klub müəssisələrinin onlayn fəaliyyəti” ilə bağlı 3 seminar-müşavirə keçirilmişdir.

Birinci yarımildə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən ümumilikdə, 179 material hazırlanmış, 283 paylaşım edilmişdir. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 654, Facebook izləyicilərinin sayı isə 562 olmuşdur.

Hesabat dövrü ərzində Mədəniyyət üzrə Elmi Metodik Mərkəz də daxil olmaqla, klub müəssisələrində 19-u onlayn olmaqla, ümumilikdə 136 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən 2021-ci ilin birinci yarısında 2 min 731 manatlıq 129 adda 437 ədəd iş satılmışdır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Dövr ərzində “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin  səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planı”na əsasən ümumtəhsil məktəblərinin şagirdlərinə Naxçıvan Dövlət Film Fondunda 6 film nümayişi təşkil olunmuşdur.

Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının “Aqillər”, Naxçıvan Şəhər Xalq Teatrının “Arzum çin oldu”, Babək Rayon Xalq Teatrının “Ağlı olmadı bəli, dul qalacaq Bəndəli” və “Qisas qiyamətə qalmaz” adlı tamaşalarının çəkilişi həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fonduna “Nizami” bədii və sənədli filmləri nüsxələnərək təhvil verilmiş, Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə “Nizami” sənədli filminin nümayişi təşkil olunmuşdur.

Hesabat dövrü ərzində Şərur rayonunda, Ordubad rayonunun Dırnıs, Unus, Tivi, Gilançay, Üstüpü  kəndlərində, Kəngərli rayon Qarabağlar kəndində və Naxçıvan şəhərində Xalq yaradıcılığı nümunələrinin çəkilişi aparılmış və ümumi olaraq 12 material hazırlanmışdır.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin və Naxçıvan Dövlət Film  Fondunun birgə təşkilatçılığı ilə “Bu, kino ki var...” adlı kinoviktorinanın muxtar respublika birinciliyi keçirilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Yol bir mədəniyyətdir” adlı sosial çarx müsabiqəsinə 18 may 2021-ci il tarixdə Naxçıvan Gənclər Mərkəzində yekun vurulmuşdur.

Açıq havada kino nümayişlərinə başlanmış, mayın 27-də “Əyləncə adası” İstirahət Parkında “Əbədi ezamiyyət” sənədli-bədii filminin nümayişi təşkil edilmiş, iyun ayında isə 4 olmaqla cəmi 5 film nümayişi olmuşdur.

Film Fond tərəfindən yanvar-iyun aylarında 14 tədbir keçirilmiş, 22 film nümayişi olmuş, xalq yaradıcılığı ilə bağlı 12 və çəkilmiş materiallarla bağlı isə 30 olmaqla, ümumilikdə 42 material hazırlanmışdır. Həmçinin profil üzrə 567 material hazırlanmış, sosial şəbəkə hesablarında 1134  paylaşım edilmiş, 1509 izləyici sayı olmuşdur. Nazirliyin Youtube kanalına 83 video yüklənmiş, 1650  izləyici sayı və 149.639  görüntüləmə sayı  olmuşdur.

Dövr ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövründə təhsil müəssisələri ilə iş sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, uşaq musiqi incəsənət məktəblərində müvafiq ixtisaslar üzrə tədris aparan müəllimlər üçün xanəndəlik, balaban, tar, fortepiano və skripka ixtisasları üzrə 7 ustad dərs, həmçinin xor, solfecio, musiqi ədəbiyyatı fənni üzrə 4 metodik kurs keçilmişdir. Bundan əlavə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təsdiq edilmiş qəbul planına uyğun olaraq şagird qəbulu, sinifdən-sinfə keçirilmə və buraxılış imtahanları aparılmış, bütün təhsil müəssisələrində tədris ilinin yekununa həsr olunmuş hesabat konsertləri keçirilmişdir. Nazirliyin sisteminə daxil olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 2020-2021-ci tədris ilində 812 nəfər bitirmişdir ki, onlardan 758 nəfərə ümumi və 54 nəfərə isə fərqlənmə şəhadətnaməsi verilmişdir.

Hesabat dövrü ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmışdır.

2021-ci ilin 6 ayı ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, gənclər arasında 5 film, 4 onlayn kitab müzakirəsi, 14-ü onlayn olmaqla müxtəlif mövzularda 19 maarifləndirici tədbir keçirilmiş, 2-si onlayn olmaqla 4 bilik yarışı təşkil olunmuşdur.

Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini davam etdirmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, Nizaminin “Sirlər xəzinəsi” və A.Qoqolun “Müfəttiş”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Yapon xalq nağılı əsasında səhnələşdirilən “Yaxşılıq itmir”, Naxçıvan Dövlət Uşaq Teatrı isə N.Nəzərovanın “Mavi işıq” əsərləri əsasında hazırlanan tamaşalarını təhvil vermiş və səhnə əsərləri istehsalata buraxılmışdır.

Xalq teatrları da dövr ərzində tamaşa və kompozisiyalar üzərində iş aparmış, Babək Rayon Xalq Teatrı Rayon Mədəniyyət Sarayında Firdovsi Səfərovun “Qisas qiyamətə qalmaz” tamaşasını, Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə hazırlanan  “Nizami aləminə səyahət” kompozisiyasını, Ordubad Rayon Xalq Teatrı Ordubad Rayon Mədəniyyət Sarayında İftixar Piriyevin “Qanlı qızıl toy”, Şahbuz Rayon Xalq Teatrı Tofiq Seyidovun “Qarabağ şikəstəsi” əsəri əsasında hazırlanan tamaşaları rayon ictimaiyyətinə təqdim etmişdir.

Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin məşq prosesləri dövr ərzində davam etdirilimiş, muğam üçlüyünün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində təşkil olunmuş “Xarı bülbül” Musiqi Festivalında iştirakı təmin edilmiş, mayın 24-də “Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalında və 24 iyun tarixdə “26 İyun -Silahlı Qüvvələr Günü” münasibətilə keçirilən tədbirlərdə Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış etmişdir.

Yanvarın 14-də Şərur Rayon Şəhriyar Kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmişdir. Yanvar və fevral aylarında yeni istifadəyə verilmiş Şərur rayon Şəhriyar, Ordubad rayon Nüsnüs və Yuxarı Əndəmic kənd mərkəzlərində kənd kitabxana filiallarının, Şəhriyar və Nüsnüs kənd mədəniyyət evlərinin, Əndəmic Kənd Klubunun fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

May ayında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən 10 nəfər Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 115 xəbər, 31 məqalə işlənmişdir.

Nazirliyin Youtube kanalına birinci yarımildə 83 (cəmi 646) video yüklənmiş, 1650 izləyici sayı və 1489.639 görüntüləmə sayı olmuşdur.

Yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

Bu dövrdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 703-ə çatmış, 173 paylaşım edilmişdir.

O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 5 min 921  olmuş, səhifədə 199 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində 211 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 768 nəfər olmuşdur.

Hesabat dövründə “Şərq qapısı” qəzetində 60, “Nuhçıxan” İnformasiya Agentliyində 14 xəbər, rayon qəzetlərində 16 məqalə işıq üzü görmüşdür.

Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmiş 24 məqalə mətbuatda dərc olunmuşdur.

Dövr ərzində Nazirliyin və tabeliyindəki müəssisələrin əməkdaşlarından 26 nəfəri Naxçıvan Dövlət Teleradiosunun efirində yayımlanan verilişlərdə iştirak etmiş, 30 nəfər Naxçıvan Dövlət Televiziya və Radiosunda müsahibə vermişdir.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 62 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri 6 ay ərzində davam etdirilmişdir. 6 ay ərzində Nazirliyə 110-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 421 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 78-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 316 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 264 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 49 nəfər işə qəbul edilmişdir.

2021-ci ilin 6 ayı ərzində Nazirliyin 6 kollegiya iclası keçirilmiş, kollegiyada 8 məsələ müzakirə edilmişdir.

 

Joomla 1.5