Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci ilin fevral ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi fevral ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və Sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Fevralın 19-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” pyesi əsasında hazırlanan eyniadlı tamaşa canlı yayımla teatrsevərlərə təqdim olunmuş, tamaşa Naxçıvan Dövlət Televiziyasından və Nazirliyin internet saytından və sosial şəbəkə hesablarından canlı olaraq yayımlanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2020-2021-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq tədbirlər keçirilmişdir.

Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə Bəhruz Kəngərli muzeyində “Bəhruz Kəngərli yaradıcılığı” və Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələri üçün M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Kütləvi tədbirlərin təşkili qaydaları” mövzularında  2 açıq dərs, Naxçıvan Dövlət Universitetinin “kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan I kurs tələbələri üçün Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: Şair-diplomat” kitabının müzakirəsi keçirilmişdir.

Həmçinin Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə “Nizami Gəncəvi yaradıcılığında türkçülük” mövzusunda mühazirə keçirilmiş və “Nizami” sənədli filminin nümayişi təşkil olunmuşdur.

Ay ərzində Nazirlik tərəfindən hamiliklə bağlı 2 açıq dərs, 1 kitab müzakirəsi, 1 mühazirə və film nümayişi olmaqla, ümumilikdə 4 tədbir keçirilmiş, eləcə də Naxçıvan Müəllimlər İnstitutunun “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə II kurs tələbələrinin Naxçıvan Dövlət Tarix Muzeyində praktiki dərs keçmələri təmin edilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 2 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin, “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 42 ədəd xalça haqqında məlumatlar Nazirliyin sosial şəbəkə hesablarında, “naxcivan_muzeyleri” İnstaqram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin Facebook və İnstaqram səhifələrində paylaşılmışdır.

“Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinə ay ərzində materialların qəbulu davam etmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 5 fevral tarixində Dövlət Bayrağı Muzeyi ilə Ordubad Rayon Nüsnüs kənd tam orta məktəbi arasında, Cəlil Məmmədquluzadənin anadan olmasının 152-ci ildönümü münasibəti ilə 22 fevral tarixdə Cəlil Məmmədquluzadənin Ev Muzeyində “Görkəmli Azərbaycan ədibi” mövzusunda, 26 fevral tarixdə isə Xatirə muzeyində “Xocalı faciəsi insanlığa qarşı cinayətdir” mövzusunda olmaqla, ümumilikdə 3 interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə fevralın 12-də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində muzey əməkdaşları üçün “Daxil olan sənədlərin əsas və elmi-köməkçi fonda işlənməsi qaydaları” mövzusunda seminar-treninq keçirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Ay ərzində muzeylər tərəfindən də bir sıra işlər görülmüşdür. Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı Naxçıvan Dövlət Tarix, Xatirə və tarix-diyarşünaslıq muzeylərində tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının tanınmış rəssamı Qəhrəman Tağıyevin yaradıcılığı ilə bağlı tədbir keçirilmiş, rəssamın əsərlərindən ibarət sərgi qurulmuşdur. Heydər Əliyev Muzeyində muzeyin yaradılmasının 22 illiyi ilə, Şahtaxtinskilər Muzeyində muzeyin yaradılmasının 11 illiyi ilə bağlı tədbirlər təşkil edilmişdir. Cəlil Məmmədquluzadənin anadan olmasının 152-ci ildönümü münasibətilə Cəlil Məmmədquluzadənin Ev və Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə muzeylərində tədbirlər keçirilmişdir.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə 19 fevral tarixində Naxçıvan Dövlət Tarix Muzeyində “Xocalı soyqırımı - XX əsrin faciəsi”, 25 fevralda Xatirə Muzeyində “Mart hadisələri unudulmur” mövzularında 2 açıq dərs keçirilmişdir. Fevral ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 57 açıq dərs və 1 mühazirə keçirilmişdir.

Ay ərzində Nazirlik tərəfindən muzeylərdə 1 tədbir, muzeylər tərəfindən 5 tədbir keçirilmiş, 9 sərgi qurulmuşdur.

Fevral ayı ərzində muzeylərdə onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində, ümumilikdə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 229 ədəd müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Onlardan 8-i onlayn ekskursiya olmuşdur.

Fevral ayında Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 41 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmiş, səhifənin ümumi izləyicilərinin sayı 734 nəfər olmuşdur.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 287, Facebook hesablarında 188 paylaşım edilmişdir ki, onlardan, 8 ədədi onlayn ekskursiya, 215 ədədi məlumat xarakterli paylaşım olmuş, muzeylər tərəfindən ümumilikdə 287 material paylaşılmışdır. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 21 min 789, Facebook hesablarında isə 38 min 181 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 9 min 668 nəfər yerli, 260 nəfər əcnəbi olmaqla, ümumilikdə 9 min 928 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 119 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 05 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası “Nizami və dünya ədəbiyyatı” adlı tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası Naxçıvan Muxtar Respublika Yazıçılar Birliyi ilə birgə “Şərq poeziyasının günəşi Nizami Gəncəvi” mövzusunda oxucu konfransı keçirmişdir. Sərəncamın icrası ilə bağlı ay ərzində rayon (şəhər) MKS-lər də daxil olmaqla 14 tədbir keçirilmişdir ki, onlardan 1-i onlayn olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Mister Hemferin xatirələri”, Elçinin “Baş” romanı, M.T.Sidqinin “Məktəb hekayələri”, “A.S.Qriboyedov: şair-diplomat”, C.Məmmədquluzadənin “Hekayələr”, “Kitabi-Dədə Qorqud”  və s. kitab müzakirələri keçirilmişdir.

Fevral ayında ümumilikdə, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 20 kitab müzakirəsi keçirilmişdir ki, bunlardan 9-u onlayn olmuşdur.

20-si kitabxana, 16-sı klub müəssisələrinin əməkdaşları, 1-i gənclər arasında olmaqla, ümumilikdə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 37 kitab müzakirəsi keçirilmişdir. Bunlardan 16-sı onlayn olmuşdur.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Beynəlxalq Ana Dili Günü”, görkəmli filosof, alim Nəsirəddin Tusinin anadan olmasının 820 illiyi və görkəmli yazıçı Abdulla Şaiqin anadan olmasının 140 illiyi münasibətilə və s. tədbirlər, ədəbi-bədii gecələr keçirilmiş, sərgilər təşkil edilmişdir. Ay ərzində yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 27 tədbir keçirilmiş, 61 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Mütaliə - ən təsirli tərbiyə vasitəsi kimi” adlı tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdləri ilə M.T.Sidqinin “Məktəb hekayələri” kitabının müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Çap əsərlərinin təsviri” mövzusunda müzakirə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Kitabxana fondlarının düzülüşü növləri” mövzusunda tədbir keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabından “Qəssab” və “Sirkə” hekayələrinin, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının müzakirəsi keçirilmişdir.  “Kitabxana Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən ümumilikdə 10 tədbir keçirilmişdir.

Fevral ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 33 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 3 və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən 25 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 28 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 5 adda 40 metodik məktub və 1 adda 1 tövsiyə ədəbiyyat siyahısı hazırlanaraq rayon (şəhər) MKS-lər, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası Babək Rayon MKS-nin Uşaq Kitabxanasında ezamiyyədə olmuşlar. Həmçinin Babək Rayon MKS-nin əməkdaşları M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə məşğələsi keçmişlər.

Fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablarla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi diqqətdə saxlanılmış, siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 15 material hazırlanmış və 30 paylaşım edilmişdir.

Həmçinin kitabxana və mədəniyyət sarayları və evlərinin əməkdaşları tərəfindən 60 şeir, hekayə və poemalardan parçalardan bədii qiraət formatlı videomateriallar və audiokitablar hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 97 material hazırlanmış, sosial şəbəkə hesablarında 222 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 8 min 251, Facebook səhifələrində 8 min 603 olmuşdur.

“Nağıl Günləri” layihəsi çərçivəsində fevral ayında 2-si M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, digərləri A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən ümumilikdə 27 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 62 paylaşım edilmişdir.

Fevral ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 8 adda 72 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 90 adda 163 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 739, oxucu gəlişi 15 min 044, kitab verilişi isə 45 min 706 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 715 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 21 min 472-dən 22 min 187-yə çatdırılmışdır.

Şəbəkəyə 51 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 255-dən 3 min 306-ya çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 275 lokal, 594 qlobal olmaqla 869 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda 15-i onlayn olmaqla, ümumilikdə 130 tədbir keçirilmişdir.

Fevral ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.

Belə ki, Naxçıvan Dövlət Film Fondunda nazirliyin təşkilatçılığı ilə klub müəssisələrinin əməkdaşları üçün “Müəssisənin fəaliyyəti ilə bağlı və statistik hesabatların hazırlanma qaydaları” adlı seminar keçirilmişdir.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 3, Naxçıvan Dövlət Film Fondu tərəfindən 2, rayon mədəniyyət şöbələri tərəfindən 1 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 6 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Fevral ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlərlə bağlı ümumilikdə 6 tədbir keçirilmiş, 30 sərgi qurulmuşdur.

Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz, Heydər Əliyev Sarayı, klub və mədəniyyət evlərində onlayn fəaliyyət də diqqət mərkəzində saxlanılmışdır. Yubileylər, əlamətdar və tarixi günlər, o cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da olmaqla ümumilikdə, 81 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 3 adda 24 metodik məktub, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 3 ssenari hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Hesabat dövründə Naxçıvan Şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 208 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 69 paylaşım edilmiş, 11 min 711 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 139 paylaşımın 8 min 560 izləyicisi olmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən “Ənənəvi el sənəti – daşişləmə”, “Xıdır Nəbi” və “Su çərşənbəsi” adlı 3 material hazırlanaraq Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır. Həmçinin, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən 3 ssenari hazırlanaraq müvafiq təşkilatlara göndərilmişdir.

Dövr ərzində Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Şahbuz Rayon Mədəniyyət Şöbəsində fəaliyyət göstərən klub müəssisələrində çalışan əməkdaşlar üçün “Klub müəssisələrinin onlayn fəaliyyəti” ilə bağlı seminar-müşavirə keçirilmişdir.

Fevral ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən ümumilikdə, 46 material hazırlanmış, 59 paylaşım edilmişdir. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 589, Facebook izləyicilərinin sayı isə 558 olmuşdur.

Hesabat dövrü ərzində Metodik Mərkəz də daxil olmaqla, klub müəssisələrində 7-si onlayn olmaqla, ümumilikdə 24 tədbir keçirilmişdir.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

11 fevral tarixində Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının “Aqillər” adlı tamaşasının çəkilişi həyata keçirilmişdir.

“Nizami” bədii və sənədli filmləri nüsxələnərək Naxçıvan Muxtar Respublikasının Gənclər Fonduna verilmişdir.

“Təhsil və mədəniyyət  müəssisələrinin  qarşılıqlı fəaliyyətinin  səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris  ili üçün tədbirlər planı”na əsasən 24 fevral tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 5, 9 və 13 nömrəli tam orta məktəblərin şagirdlərinə Xocalı faciəsi ilə əlaqədar sənədli filmin nümayişi təşkil olunmuşdur.

25 fevralda Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə “Nizami” sənədli filminin nümayişi təşkil olunmuşdur.

Film Fond tərəfindən ay ərzində 2 tədbir keçirilmiş, 2 film nümayişi olmuş, xalq yaradıcılığı ilə bağlı 2, çəkilmiş materiallarla bağlı isə 9 olmaqla, ümumilikdə 11 videomaterial hazırlanmışdır.

Hesabat dövrü ərzində Film Fond tərəfindən İnstaqram və Facebook sosial şəbəkələri vasitəsilə görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı ümumilikdə, 86 material hazırlanmış, 172 paylaşım edilmiş, 1 min 431 izləyici sayı olmuşdur.

Həmçinin, videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fond tərəfindən mütəxəssis köməyi göstərilmiş və müxtəlif videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi  işləri davam etdirilmişdir.

Hesabat dövründə təhsil müəssisələri ilə iş sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, uşaq musiqi incəsənət məktəblərində müvafiq ixtisaslar üzrə tədris aparan müəllimlər üçün tar, fortepiano və skripka ixtisasları üzrə ustad dərslər, həmçinin xor fənni üzrə metodik kurs keçilmişdir.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, onların asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşlərinin artırılması məqsədi ilə tədbirlər təşkil edilmişdir. Belə ki, “Xarı bülbül” Gənclər Birliyinin üzvləri arasında 9 fevral tarixdə AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun iştirakı ilə “Türk mifoloji təqvimində Xıdır Nəbi mərasimi” və 19 fevral tarixdə Gəncəvi yaradıcılığına həsr olunmuş “Sirlər Xəzinəsinə səyahət” adlı, 23 fevral tarixdə isə Naxçıvan Musiqi Kollecində Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin müzakirəsi keçirilmişdir.

“Turan” Gənclər Birliyinin üzvləri arasında 10 fevral tarixdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının İncəsənət fakültəsinin professoru, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bərpaçı rəssamı Cəlal Ağayevin iştirakı ilə Azərbaycanın görkəmli rəssamı Toğrul Nərimanbəyovun həyat və yaradıcılığına həsr olunmuş onlayn tədbir təşkil olunmuşdur. Bundan əlavə Naxçıvan Musiqi Kollecinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 25 fevral tarixdə “Harmoniya” Gənclər Birliyinin üzvləri arasında Amerika yazıçısı Harper Leenin "Bülbülü öldürmək" adlı romanının onlayn müzakirəsi və 26 fevral tarixdə “Nəqşi-cahan” Gənclər Birliyinin üzvləri arasında “Tükənən nəfəsdən başlanan Vətən” mövzusunda tədbir keçirilmişdir.

Qeyd olunanlarla yanaşı 24 fevral tarixdə “Nəqşicahan”, “Turan” və “Harmoniya”, 28 fevral tarixdə isə “Xudafərin” və “Xarı bülbül” gənclər birliklərinin üzvləri arasında onlayn bilik yarışları keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini ay ərzində davam etdirmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən Nizaminin “Sirlər xəzinəsi” və V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Yapon xalq nağılı əsasında səhnələşdirilən “Yaxşılıq itmir”, Naxçıvan Dövlət Uşaq Teatrı isə N.Nəzərovanın “Mavi işıq” əsərləri əsasında hazırlanan tamaşaların məşqlərini davam etdirmişdir.

Fevral ayının 5-də Yeni istifadəyə verilmiş Ordubad rayon Nüsnüs və Yuxarı Əndəmic kənd mərkəzlərində kənd kitabxana filiallarının, Nüsnüs Kənd Mədəniyyət Evinin və Əndəmic Kənd Klubunun fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 23 xəbər, 7 məqalə işlənmişdir.

Nazirliyin Youtube kanalına yanvar ayında 20 (cəmi 626) videomaterial yerləşdirilmiş, bu günədək 1 min 380 abunəçi, 109 min 659 izlənmə sayı olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

Fevral  ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 674-ə çatmış, 34 paylaşım edilmişdir.

O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 5 min 512 olmuş, ay ərzində səhifədə 36 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 41 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 724 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 10, “Nuhçıxan” İnformasiya Agentliyində 2 xəbər, rayon qəzetlərində 1 məqalə işıq üzü görmüşdür. Qıvraq Qəsəbə Kitabxana Filialının müdiri Gülnurə Abbasovanın  “Yeni həyat” qəzetinin 13 fevral 2021-ci il tarixli nömrəsində “Qocaman oxucumuzun mütaliə sevgisi” adlı məqaləsi dərc olunmuşdur.

Ay ərzində Nazirliyin tabeliyindəki müəssisələrin əməkdaşlarından 11 nəfəri Naxçıvan Dövlət Teleradiosunun efirində yayımlanan verilişdə iştirak etmiş, 7 nəfər müsahibə vermişdir.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 7 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Fevral ayı ərzində Nazirliyə 10-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 27 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 5-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 38 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı daim diqqətdə saxlanılır. 4 nəfər öz ərizəsi olmaqla 46 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 1 nəfər işə qəbul edilmişdir. Fevral ayı ərzində 1 kollegiya iclası keçirilmiş 1 məsələ müzakirə olunmuşdur.

Joomla 1.5