Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci il ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2020-ci il ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir. Nazirlik tərəfindən yanvar-mart aylarında ənənəvi qaydada, aprel-dekabr aylarında pandemiya dövrünə uyğun xüsusi qaydalara riayət etməklə onlayn, bəzi hallarda isə ənənəvi qaydada tədbirlər keçirilmişdir.

Hesabat dövründə əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərin anım günləri və yubileyləri ilə bağlı tədbirlərin keçirilməsi və məlumatların onlayn paylaşılması diqqət mərkəzində saxlanılmışdır.

Yanvar ayının 1-də Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən “Yeni il şənliyi”ndə Naxçıvan Dövlət Filarmoniyasının solistləri konsert proqramı ilə çıxış etmiş, Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən “Qar kraliçası” tamaşası nümayiş etdirilmişdir. Həmçinin, 01-06 yanvar bayram tətili günlərində Naxçıvan Dövlət Kukla və Naxçıvan Dövlət Uşaq teatrlarında uşaqlar üçün bayram tamaşaları göstərilmiş, muxtar respublikanın rayon mərkəzlərində və 13 kəndində, həmçinin hərbi hissələrdə keçirilən bayram şənliklərində rayon (şəhər) mədəniyyət şöbələrinin musiqi kollektivləri rəngarəng proqramlarla çıxışlar etmiş, Nazirliyin sisteminə daxil olan muzeylər ziyarətçilərinə muzey xidməti göstərmişlər.

Fevralın 1-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “2 fevral – Gənclər Günü” münasibətilə tədbir keçirilmiş, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə konsert proqramı ilə çıxış etmişdir. Həmçinin, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21 fevral tarixdə “Beynəlxalq Ana Dili Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tədbir, 07 mart tarixdə “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının yaradıcı kollektivlərinin konsert proqramı, 10 mart tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Milli Teatr Günü”nə həsr olunmuş tədbir və tamaşa, 15 iyun tarixdə “Milli Qurtuluş Günü” münasibətilə Heydər Əliyev Muzeyinin qarşısında muzeyin fonduna daxil olan rəsm əsərləri və xalçalardan ibarət sərgi, iyulun 30-da “1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə bağlı tədbir, 18 sentyabrda Naxçıvan Dövlət Musiqili Dram Teatrının arxasındakı yaşıllıq parkında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin “Milli Musiqi Günü”nə həsr olunmuş konserti, 25 sentyabr tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 138-ci teatr mövsümünün açılış tədbiri və tamaşa, 23 oktyabr tarixdə Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində görkəmli şair-dramaturqun anadan olmasının 138-ci ildönümünə həsr olunmuş “Hüseyn Cavid Poeziya Günü” münasibətilə tədbir keçirilmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 54 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmış, reyestrə 50 ədəd xalça haqqında məlumat daxil edilmişdir. Həmçinin “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 504 ədəd xalça haqqında məlumatlar il ərzində Nazirliyin sosial şəbəkə hesablarında, “naxcivan_muzeyleri” İnstaqram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin Facebook və İnstaqram səhifələrində paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 24 dekabr 2018-ci il tarixli 317-05/S nömrəli Sərəncamının icrası ilə əlaqədar “Yallılar dünəndən bu günə” kitabının və DVD diskinin hazırlanması ilə bağlı iş yekunlaşmışdır. Bundan əlavə, yallıların çəkilişi aparılmış və sosial şəbəkələrdə yallı sənətinin təbliği ilə əlaqədar paylaşımlar edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrası ilə əlaqədar Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin solistlərinin iştirakı ilə bəstəkarın yubiley tədbiri münasibətilə aprel ayının 15-də konsert proqramı təqdim edilmiş və konsertin Naxçıvan Dövlət Televiziyası vasitəsilə videoçəkilişi həyata keçirilmişdir. Mədəniyyət üzrə Elmi Metodik Mərkəzin direktoru bəstəkarın həyat və fəaliyyəti, Naxçıvan Dövlət Filarmoniyasının direktoru isə bəstəkarın yaradıcılığı barədə televiziya çəkilişində iştirak etmişlər.

Naxçıvan Musiqi Kollecində və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində keçiriləcək açıq dərslərin və mühazirələrin qrafikləri təsdiq edilmiş, fevral və mart ayları ərzində uşaq musiqi məktəblərində açıq dərslər keçirilmiş və Naxçıvan Musiqi Kollecinin tələbələrinə mühazirə oxunmuşdur.

Hesabat dövründə “Məmməd Məmmədov – 100” adlı kitab və DVD diski hazırlanmış və bölgü üzrə müəssisə və təşkilatlara paylanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı Nazirliyin müvafiq tədbirlər planına əsasən NDU-nun “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə muzeylərdə açıq dərslər keçirilmiş, Nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrin Xatirə, Şahbuz Rayon Tarix-Diyarşünaslıq və Xalq şairi Məmməd Arazın Ev muzeylərinə ekskursiyaları təşkil olunmuşdur.

Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Müəllimlər İnstitutunun kitabxana-informasiya ixtisası üzrə təhsil alan II və III kurs tələbələrinə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən onlayn açıq dərslər və təcrübə məşğələləri keçirilmişdir.

Nazirlik tərəfindən hamiliklə əlaqədar muzey işi ilə bağlı 3, kitabxana işi ilə bağlı 6 olmaqla, 9 açıq dərs, 4 kitab müzakirəsi, 1 görüş, 3 film nümayişi, 3 mühazirə, Naxçıvan Dövlət Universitetinin aktyor sənəti və Naxçıvan Musiqi Kollecinin xanəndəlik, xoreoqrafiya, vokal sənəti və bədii yaradıcılıq işi ixtisası üzrə təhsil alan tələbələrinə 5 ustad dərs, muzey işi ilə bağlı 1 seminar keçirilmişdir. İl ərzində hamiliklə bağlı 3-ü onlayn açıq dərs olmaqla, ümumilikdə, 32 tədbir keçirilmişdir.

Noyabr ayının 16-dan etibarən isə Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, rəngkarlıq, kitabxanaçılıq və informasiya ixtisasları üzrə IV kurs tələbələrinin Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində olan muzeylərdə və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçmələri, həmçinin, Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II kurs tələbələrinin Naxçıvan Dövlət Tarix Muzeyində praktiki dərs keçmələri təmin edilmişdir.

Hesabat dövrü ərzində Nazirliyin tabeliyində olan konsert-tamaşa müəssisələri fəaliyyətini ənənəvi və onlayn formatda qurmuşdur.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı il ərzində Aleksandr Sergeyeviç Qriboyedovun “Ağıldan bəla”, Xaqani Əliyevin “Ehsan xan Kəngərli”, Nəbi Xəzrinin “Burla Xatun”, Cəfər Cabbarlının “Aydın”, Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsərləri əsasında hazırlanan eyniadlı tamaşaları ictimaiyyətə təqdim etmişdir. Bundan əlavə Qoqolun “Müfəttiş” və Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərləri əsasında hazırlanan tamaşaların məşqləri davam etmişdir.

Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən dövr ərzində ümumilikdə, 5 bilet satışı ilə, 2 xeyriyyə, 6 onlayn tamaşa nümayiş etdirilmişdir.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı il ərzində H.Əsgərovun “Qorxaq Əhməd” və Z.Vedilinin “Üç qismətli varis” əsərləri əsasında hazırlanan tamaşaları təhvil vermiş, ümumilikdə, 27 bilet satışı ilə, 2 xeyriyyə məqsədilə, 7 onlayn tamaşa təqdim etmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrı 01-06 yanvar tarixlərdə 12 tamaşa oynamış, Sədərək Rayon Mədəniyyət Sarayında “Siçanlar və pişiklər” tamaşasını nümayiş etdirmişdir. Teatrda mövcud vəziyyətlə əlaqədar olaraq aprel ayından etibarən “Mavi işıq” tamaşasının məşqləri aparılmışdır.

Aprel ayından başlayaraq Naxçıvan Dövlət Filarmoniyasının “Muğam üçlüyü”nün, “Simli kvarteti”nin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Kamera Orkestrinin, “28 May - Respublika Günü”nə həsr olunmuş Estrada Orkestrinin, “Milli Qurtuluş Günü”nə həsr olunmuş Kamera Orkestrinin, həmçinin, Mahnı və Rəqs Ansamblının, Qədim Musiqi Alətləri Ansamblının və Xalq Çalğı Alətləri Orkestrinin hesabat konsertləri, filarmoniyanın solistləri vokalist İlkin Abdullayevin, skripka ifaçısı Cahangir Qurbanovun, saksofon və klarnet ifaçısı Rəşad Əmiyevin solo konsertləri, o cümlədən, Aşıqlar Birliyinin və Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının onlayn konsertləri tamaşaçılara təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə Məmməd Məmmədovun əsərlərindən ibarət konsert proqramı, həmçinin, Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin onlayn konserti təqdim edilmişdir.

Naxçıvan Dövlət Filarmoniyası dövr ərzində ümumilikdə, 14 onlayn konsert təşkil etmişdir.

Naxçıvan Dövlət Filarmoniyasında kollektivlərin məşqləri dövr ərzində qrafikə uyğun olaraq davam etdirilmiş, yanvar-fevral aylarında Mahnı və Rəqs Ansamblı Culfa Rayon Mədəniyyət Sarayında, “Muğam studiyası” Kəngərli Rayon Mədəniyyət Sarayında, Mahnı və Rəqs Ansamblı Şərur Rayon Mədəniyyət Sarayında bilet satışı ilə konsert vermişdir.

5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı”nda Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivi və solistləri konsert proqramı ilə çıxış etmişdir.

İl ərzində hazırlanmış konsert və tamaşalar Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Hesabat dövrü ərzində müsabiqələrin keçirilməsi də diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsi, Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi”, “Mən bu yurdun övladıyam“ və “And yerimiz, vətənim Azərbaycan” adlı rəsm müsabiqələri, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki klub müəssisələrində fəaliyyət göstərən musiqi, bədii-qiraət, özfəaliyyət kollektivləri və dərnəklərinin üzvləri arasında keçirilən “Səsin sehri, sözün sirri” müsabiqələrinin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılmışlar. Həmçinin, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə onlayn “Evdə qal, sən də yarat” və “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm, “Milli dəyərlərimiz düşüncəmizdə” adlı esse, “Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx, “Saz sənətini yaşadırıq” adlı saz ifaçılıq müsabiqələri keçirilmişdir. Qaliblər Nazirliyin diplomları və pul mükafatı, fərqlənənlər fəxri fərmanları ilə təltif edilmişlər.

İyun ayından start verilmiş və 10 dekabr tarixədək davam edən “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsi ilə bağlı 44 müraciət daxil olmuş, yekun mərhələsində 5 qalib Nazirliyin diplomları ilə təltif edilmişlər.

Hesabat dövrü ərzində xalqımızın tarixi və mədəni yaddaşını, musiqisini özündə əks etdirən kitabların da hazırlanması diqqət mərkəzində saxlanılmış, Nazirlik tərəfindən hazırlanmış “Yallılar dünəndən bu günə” kitabının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən bəstəkarın musiqi əsərlərindən ibarət “Məmməd Məmmədov – 100” adlı kitabın və DVD diskin, Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovun “Azərbaycan xalq mahnıları - a capella” adlı kitabının, xalq artisti, əməkdar incəsənət xadimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovun “Naxçıvan Simfonietta №3” və “Naxçıvan təranələri” kitabları və “Milli Musiqi Günü”nə həsr olunmuş DVD diski hazırlanaraq təqdim edilmişdir.

Əhalinin asudə vaxtının səmərəli keçirilməsi, eyni zamanda muxar respublikada olan muzeylərin təbliği məqsədilə aprel-sentyabr aylarında Nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərdə 12 onlayn ekskursiya (Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Xatirə Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası, Cəmşid Naxçıvanski, Bəhruz Kəngərli, Cəlil Məmmədquluzadənin Ev və Hüseyn Cavidin Ev muzeyləri) NTV kanalından, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nmn.az saytından və nmr_medeniyyet_nazirliyi İnstagram səhifəsindən canlı olaraq yayımlanmışdır.

“18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar Nazirlik tərəfindən mövzu ilə bağlı məruzələr, muxtar respublika ərazisində olan abidələrin görüntüsündən ibarət slayd və Ali Məclis Sədrinin tapşırığına əsasən bərpa olunmuş Naxçıvan şəhərində yerləşən dünya əhəmiyyətli XII əsr memarlıq abidəsi olan Yusif Küseyir oğlu türbəsi haqqında videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında və digər sosial şəbəkə hesablarında paylaşılmışdır. Aprel-iyul ayları ərzində həmçinin Parçı İmamzadəsi, Asnı piri, Piri Süleyman ziyarətgahı, Şahtaxtı Govurqalası, Yengicə hamamı, Fərhad Evi, Ağzirət piri haqqında videomateriallar hazırlanaraq sosial şəbəkə hesablarında paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 2-si Xatirə Muzeyində, 2-si Heydər Əliyev Muzeyində, 2-si Dövlət Bayrağı Muzeyində, Naxçıvan Dövlət Tarix, Bəhruz Kəngərli, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat, Cəlil Məmmədquluzadənin Ev və Məhəmməd Tağı Sidqinin Ev muzeylərində olmaqla, ümumilikdə 11 interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil Nazirliklərinin birgə qrafikinə əsasən C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat, Xatirə, Cəlil Məmmədquluzadənin Ev, Dövlət Bayrağı, Cəmşid Naxçıvanski, Naxçıvan Dövlət Tarix Muzeylərində, Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksində, Heydər Əliyev Muzeyində və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində ümumtəhsil məktəblərinin şagirdləri üçün 11, ümumilikdə ümumtəhsil məktəblərinin şagirdlərinə 190 açıq dərs keçirilmişdir. İl ərzində muzeylərdə Nazirlik tərəfindən 25 və muzeylər tərəfindən 17 tədbir keçirilmiş, 30 sərgi qurulmuşdur. Naxçıvan Dövlət Tarix Muzeyində “28 May - Respublika Günü” ilə əlaqədar Naxçıvan şəhərindəki tam orta məktəblərin şagirdlərinin bir qrupu üçün və “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə sağlamlıq imkanları məhdud uşaqlara Heydər Əliyev Muzeyindən onlayn ekskursiyalar keçirilmişdir. Həmçinin Təhsil Nazirliyi ilə birgə tətil günlərində məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə məktəbdənkənar müəssisələrin dərnək üzvlərinə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Cəmşid Naxçıvanski, Heydər Əliyev və Naxçıvan Dövlət Tarix muzeylərində, Ordubad rayon məktəblilərinə isə Yusif Məmmədəliyevin Ev Muzeyində 5 olmaqla, ümumilikdə 7 onlayn ekskursiya keçirilmişdir. 28 iyul-02 sentyabr tarixlərdə Naxçıvan Şəhər Peşə Liseyinin “Turizm agenti” kursunun müdavimlərinə muzeylərdə təcrübə keçirilməsi təmin edilmişdir.

Hesabat dövrü ərzində muzeylərə maddi-mədəniyyət nümunələrinin toplanması işi davam etdirilmiş, muxtar respublikada yaşayan vətəndaşlar tərəfindən təqdim olunmuş eksponatların 5 təqdimat mərasimi keçirilmişdir. “Tariximizi qoruyaq və yaşadaq” devizi altında ümumtəhsil məktəbləri tərəfindən keçirilən aksiyada toplanmış maddi-mədəniyyət nümunələri də Mədəniyyət Nazirliyinə təqdim edilmişdir. Keçirilən təqdimat mərasimlərində 662 eksponat muzey fondlarına daxil edilmişdir. Həmçinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar İnstitutuna 83 ədəd qədim əlyazma və kitab nümunəsinin təqdimatı keçirilmişdir.

Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında naxçıvanlı rəssamların yaradıcılığı ilə bağlı silsilə tədbirlər çərçivəsində tanınmış rəssamların yaradıcılığına həsr olunmuş 9, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində naxçıvanlı şairə Qönçəbəyimin yaradıcılığına həsr olunmuş “Qönçəbəyim nəğməsi” adlı tədbirlər keçirilmişdir. Həmçinin, Naxçıvan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış “Naxçıvan – Bəşəriyyətin Beşiyi” Beynəlxalq Rəsm festivallarında çəkilmiş rəsm əsərləri ilə bağlı 4 və “Milli geyimlər” haqqında videomateriallar Nazirliyin sosial şəbəkələrində paylaşılmışdır.

İl ərzində muzeylərdə “20 Yanvar - Ümumxalq Hüzn Günü”nə, Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş açıq dərslər keçirilmiş, sərgilər qurulmuşdur.

19 fevral tarixdə Naxçıvan Dövlət Tarix Muzeyinin internet portalının və Dövlət Bayrağı Muzeyinin internet saytının təqdimatları olmuşdur. Həmçinin, ötən dövr ərzində Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Ötən dövr ərzində muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə 5-i onlayn olmaqla, 10 seminar-treninq keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin öyrənilməsi və gənc nəslə təbliği işinin daha da yüksəldilməsi məqsədilə Nazirliyin 7 yanvar 2020-ci il tarixli əmrinin icrası ilə bağlı Heydər Əliyev Muzeyində Naxçıvan Musiqi Kollecinin tələbələri üçün 5 açıq dərs, Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarına isə 3 mühazirə və ekskursiya keçirilmişdir.

Fond işinin müvafiq təlimatın tələblərinə uyğun qurulmasını təmin etmək məqsədilə yanvar ayında Nazirliyin sistemində fəaliyyət göstərən muzeylərin fond mühafizlərinin imtahanı keçirilmiş, 14-25 sentyabr tarixlərdə muzeylərin fond mühafizləri üçün seminar təşkil olunmuş, noyabr ayında imtahan keçirilmişdir. Fevral, sentyabr-dekabr aylarında muzey əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təcrübə keçmişdir.

Nazirlik tərəfindən avqust-oktyabr aylarında muzey və kitabxanaların işçiləri üçün “Nitq mədəniyyəti” kursu keçirilmiş, mütəxəssislər tərəfindən 3 qrupda aparılan kursda hər birində 10 nəfər olmaqla, ümumilikdə 30 nəfər mədəni-maarif müəssisəsinin əməkdaşı iştirak etmişdir.

Hesabat dövründə muzeylərə 1 min 462 ədəd yeni eksponat daxil olmuşdur. Yanvar-dekabr ayları ərzində muzeyləri ümumilikdə 122 min 577 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 15 min 323 nəfəri əcnəbi, 113 min 828 nəfəri yerli vətəndaşlardır.

Aprel-dekabr ayları ərzində muzeylərin sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə və s. mövzularda 3 min 902 videomaterial, slayd, məlumat hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Onlardan 923-ü onlayn ekskursiya olmuşdur. Hesabat dövründə Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 855 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmişdir.

Muzeylər tərəfindən ümumilikdə, Instagram səhifələrində 15 min 012, Facebook hesablarında 15 min 357 paylaşım edilmişdir ki, onlardan 923-ü ədədi onlayn ekskursiya, 3 min 275 ədədi məlumat xarakterli paylaşım, qalanları Nazirlik və digər muzeylərin hazırladığı məlumatların paylaşımı olmuşdur. Bu paylaşımların İnstagram hesablarında 20 mindən çox, Facebook hesablarında isə 33 mindən çox izləyicisi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Bədəlov Əkbər Həsənqulu oğluna Babək rayonunda yerləşən Meydantəpə yaşayış yerində və Əliyev Elvin Həsən oğluna Ordubad rayonunda yerləşən Plovdağ arxeoloji abidələr kompleksində kəşfiyyat işləri və arxeoloji tədqiqat aparmaq üçün verilən müvafiq vəkalətnamələr Nazirlik tərəfindən qeydiyyata alınmış, aparılan arxeoloji qazıntılara Nazirliyin müvafiq komissiyası tərəfindən nəzarət edilmiş, Plovdağ arxeoloji abidələr kompleksində aparılmış arxeoloji qazıntının hesabatı qəbul edilmişdir.

“Daşınmaz Tarix-Mədəniyyət Abidələrinin Siyahısı”na salınması ilə bağlı Kəngərli rayon Qarabağlar kəndində yerləşən qədim tikili – “Xan Evi”nə və sərdabə tipli abidəyə AMEA Naxçıvan Bölməsinin əməkdaşları və Nazirliyin nümayəndəsi tərəfindən ekspert baxışı keçirilmişdir.

Hesabat dövrü ərzində kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

2020-ci il ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi, sərgilərin qurulması diqqət mərkəzində saxlanılmışdır.

İl ərzində kitabxanalarda, ümumilikdə 145 sərgi qurulmuş, 366 tədbir keçirilmişdir ki, 102-si “Nağıl Günü”, 23-ü “Mütaliə Günü”, 26-sı “Kitabxana Günü”, 26-sı “Kitabxanaçı Günü” layihəsi çərçivəsində və digər tədbirlər olmuşdur. Aprel-dekabr aylarında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 1 onlayn konfrans təşkil olunmuş, 38 onlayn kitab müzakirəsi, MKS-lərin əməkdaşları üçün 6 onlayn, 4 ənənəvi təcrübə məşğələsi keçirilmişdir.

Eləcə də “23 Aprel - Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü”, görkəmli dramaturq, yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığının zirvəsi hesab edilən “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 114 illiyi ilə bağlı hazırlanmış videomateriallar da Nazirliyin Youtube kanalında yerləşdirilmiş, Facebook və İnstagram səhifələrində paylaşılmışdır

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirələri də diqqətdə saxlanılmışdır. İl ərzində 40-ı klub müəssisələrinin işçiləri ilə, 2-i gənclərlə, 75-i kitabxana işçiləri ilə və digər olmaqla ümumilikdə 137 kitab müzakirəsi keçirilmişdir. Bunlardan 42-si onlayn keçirilmişdir. Hesabat dövründə Sərəncamla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi də diqqətdə saxlanılmış, siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 306 material hazırlanmış və 612 paylaşım edilmişdir. Həmçinin Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları və mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən 769 şeir, hekayə və poemalardan parçalardan bədii qiraət formatlı videomateriallar və audiokitablar hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır. “Nağıl Günləri” layihəsi çərçivəsində aprel-dekabr aylarında 59-u M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, 379-u A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən olmaqla, 438 audio nağıl hazırlanaraq kitabxanaların sosial şəbəkə hesablarında 893 paylaşım edilmişdir.

Aprel-may aylarında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri tərəfindən oxuculara sifarişlər əsasında evlərinə kitabların çatdırılması xidməti göstərilmişdir. Hesabat dövründə müraciət etmiş 1 min 214 şəxsə səyyar kitabxana xidməti göstərilmiş, 2 min 981 kitab verilişi olmuşdur. O cümlədən, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 232 uşağa səyyar kitabxana xidməti göstərilmiş, 651 kitab verilişi olmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası il ərzində 25 nəfər fiziki-məhdud imkanlı şəxsə səyyar kitabxana xidməti göstərmişdir. Sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində daimi kitab sərgisi fəaliyyət göstərir ki, burada olan kitablar vaxtaşırı yenilənir. Bunlarla yanaşı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 9 nəfər sağlamlıq imkanları məhdud uşağın ailəsində olmuş, uşaqlarla əyləncəli oyunlar keçirmiş, onlara bayram hədiyyələri təqdim olunmuşdur. Bunlarla yanaşı, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “21 Sentyabr – Beynəlxalq Sülh Günü”nə həsr olunmuş “Biz sülh istəyirik” adlı onlayn rəsm müsabiqəsi keçirilmişdir. Bu kateqoriyadan olan uşaqlar üçün şeir müsabiqəsi də keçirilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 193 nəfər uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Cari il ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən ümumilikdə, 46 adda 376 metodiki məktub və 3 adda 56 tövsiyə ədəbiyyat siyahısı hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş qrafikə əsasən yanvar-fevral aylarında Naxçıvan şəhər, Kəngərli, Şahbuz və Culfa rayon MKS-lərin əməkdaşları üçün 3 təlim kursu keçirilmişdir. 5 günlük təlim kurslarında 135 nəfər kitabxanaçı iştirak etmişdir. Kurs M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən tədris edilmişdir. Həmçinin, nazirliyin təşkilatçılığı ilə nazirliyin sistemində fəaliyyət göstərən kitabxanaların əməkdaşları və uşaq musiqi məktəbinin kitabxanaçıları üçün 2-si onlayn olmaqla, ümumilikdə, 3 seminar təşkil edilmişdir.

2020-ci il ərzində Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 40 adda 1 min 172 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 958 adda 1 min 798 nüsxə çap məhsulu daxil olmuş, kitabxanalarda yeni oxucu sayı 1 min 359 nəfər, oxucu gəlişi 50 min 250 nəfər, kitab verilişi isə  318 min 459 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 5 min 854 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 20 min 820-yə, şəbəkəyə isə 482 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 197-yə çatdırılmışdır. Elektron kitabxanadan 6 min 079 oxucu istifadə etmişdir. Bunlardan 1 min 729-u lokal, 4 min 350-si isə qlobal şəbəkə istifadəçiləri olmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 1 min 075 material hazırlanmış, sosial şəbəkə hesablarında 7 min 029 paylaşım edilmişdir. İzləyici sayı İnstaqram səhifələrində 7 min 220, Facebook səhifələrində 5 min 916 olmuşdur.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun və kinoteatrların fəaliyyəti də diqqət mərkəzində saxlanılmışdır. Yanvar-mart ayları ərzində bir sıra tədbirlər keçirilmiş, film nümayişləri təşkil edilmişdir.

Naxçıvan Dövlət Film Fondu tərəfindən dövr ərzində İnstaqram və Facebook sosial şəbəkələri vasitəsilə görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı ümumilikdə, 746 material hazırlanmış, sosial şəbəkə hesablarında 1 min 492 paylaşım edilmiş, 1 min 392 izləyici sayı olmuşdur. Həmçinin, ay ərzində videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fond tərəfindən mütəxəssis köməyi göstərilmiş və müxtəlif videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir. İl ərzində Naxçıvan Dövlət Film Fondu tərəfindən “Dünya kinosu – kino dünyası” layihəsi çərçivəsində 6, Təhsil və Mədəniyyət nazirliklərinin birgə tədbirlər planına əsasən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə 4, sağlamlıq imkanları məhdud, aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün 1, “Əyləncə adası” İstirahət Parkında açıq havada 3 (Mirsadıq Ağazadənin “Eviniz abad”, Dərviş Zaimin “Cənnəti gözləyərkən”, Can Ulkayın “Ayla” filmləri) və digər tədbirlərdə 12 olmaqla, ümumilikdə, 27 film nümayişi olmuş və 5 tədbir keçirilmişdir.

Dövr ərzində Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması, həmçinin filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir. Eyni zamanda, Heydər Əliyev Muzeyinin fondunda olan filmlərin nüsxələrinin köçürülməsi işi aparılmışdır.

Hesabat dövründə Film Fond tərəfindən Heydər Əliyev Muzeyində rus və ingilis dillərində keçirilən ekskursiyaların, Babək Rayon Mədəniyyət Şöbəsinin instrumental ansamblının, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, mədəniyyət evləri tərəfindən hazırlanmış konsert proqramlarının, Culfa Rayon Mədəniyyət Sarayının musiqi kollektivlərinin vokal konsert proqramının, Naxçıvan Musiqi Kollecinin tar ixtisası üzrə tələbələrinin və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin fortepiano ixtisası üzrə şagirdi Məleykə Vəliyevanın solo konsertlərinin, Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının 3 tamaşasının, Babək Rayon Xalq Teatrı tərəfindən hazırlanmış 2 tamaşanın çəkilişləri və “Yallılar dünəndən bu günə” DVD diskinin hazırlanması ilə bağlı 23 yallının videoçəkilişi həyata keçirilmişdir. Film Fond tərəfindən il ərzində ümumilikdə, 72 videomaterial hazırlanaraq paylaşılmışdır.

Ötən dövrdə klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Əlamətdar və tarixi günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə bağlı klub müəssisələrində müxtəlif tədbirlər keçirilmişdir. Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı tərəfindən Naxçıvan Şəhər Təqaüdçülər Klubunda 3 konsert proqramı təşkil olunmuşdur.

Klub müəssisələrində keçirilən dərnəklərdə işin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu müəssisələrin əməkdaşlarının maraqları nəzərə alınaraq nazirlik tərəfindən onlar üçün yanvar ayından başlayaraq milli rəqslər, rəssamlıq, yallı və dram üzrə peşə kursları təşkil edilmişdir. Naxçıvan Regional Peşə Tədris Mərkəzində Nazirliyin sistemində fəaliyyət göstərən mədəniyyət evləri və klubların 14 nəfər əməkdaşı üçün keçirilən xalçaçılıq üzrə 3 aylıq peşə kursu iyul ayında başa çatmış, avqust-oktyabr aylarında keçirilən 2 aylıq toxuculuq kursunda 12 nəfər klub müəssisəsinin əməkdaşı iştirak etmişdir.

Dövr ərzində xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı mütəmadi iş aparılmışdır. Belə ki, Şahbuz, Kəngərli, Babək, Ordubad, Sədərək, Şərur və Culfa rayon mədəniyyət evləri və klublarının hazırladıqları xalq yaradıcılığı nümunələrinin Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişləri aparılmış, 23-ü yallı olmaqla 65 videomaterial hazırlanmışdır. Həmçinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 23, rayon mədəniyyət şöbələri tərəfindən 16 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 106 videomaterial hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Birinci rüb ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları Culfa, Babək, Kəngərli, Şərur və Ordubad rayonlarında 26 klub müəssisəsində olmuş və dərnək fəaliyyəti, eləcə də mədəni-kütləvi tədbirlərin təşkili ilə bağlı əməkdaşlara əməli köməklik göstərmişlər. Həmçinin, mərkəzin əməkdaşları M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları ilə birgə Babək rayonunun 6, Kəngərli rayonunun 7 kənd kitabxana filialında olmuş, kitabxanaçılara yerində əməli köməklik göstərmişlər.

Hesabat dövründə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən müvafiq ssenari əsasında film hazırlanması məqsədi ilə “Şaxbəzəmə” adəti haqqında Şahbuz, “Şah plov” haqqında Ordubad rayonlarında çəkilişlər aparılmış və 2 film hazırlanmışdır. Həmçinin folklor nümunələri əsasında “Şaxbəzəmə adəti”, “Qədim-qayın qayınanaların və gəlinlərin dünyagörüşünə və məişətinə bir baxış”, “Evlən, saqqalı ağarmış, evlən”, “Nə yaxa cırmısan, nə də yaxanı cırıblar” və “Tənbəl Xanımağa” “Şərur yallısı: Leylahanı” adlı 6 ssenari mətni hazırlanmış, səhnələşdirilməsi üçün xalq teatrlarına göndərilmişdir.

Dövr ərzində Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən 24 adda 160 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə gödərilmişdir.

Birinci rüb ərzində klub müəssisələrində 256-sı əlamətdar və tarixi günlərə, o cümlədən, yubileylərə həsr olunmaqla 358 mədəni-kütləvi tədbir keçirilmişdir.

İl ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən görkəmli şəxsiyyətlərlə bağlı, milli adət-ənənələrin, sənətkarlığın təbliği və yaşadılması baxımından mühüm əhəmiyyətə malik xalq yaradıcılığı nümunələri, bədii qiraət və s. olmaqla ümumilikdə, 292 material hazırlanmış, müəssisənin İnstaqram və Facebook hesablarında 1 min 563 paylaşım edilmiş, İnstaqramda 536, Facebookda 486 izləyici sayı olmuşdur. Mərkəzin İnstaqram profilində mütəmadi olaraq folklorumuzla bağlı test suallarının paylaşılması davam etdirilmişdir.

Aprel-dekabr aylarında klub müəssisələri tərəfindən əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması və s. ilə bağlı müxtəlif xarakterli 736 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, müəssisələrin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Dövr ərzində Naxçıvan şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 10 min 463 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 4 min 548 paylaşım edilmiş, 9 min 575 izləyici sayı olmuşdur. İnstaqram səhifələrində edilən 5 min 915 paylaşımın 8 min 580 izləyicisi olmuşdur.

Dövr ərzində xalq teatrları da öz fəaliyyətini davam etdirmiş, Babək Rayon Xalq Teatrı Əliyar Yusiflinin “Alova çevirilən qəzəb”, Ordubad Rayon Xalq Teatrı Firuz Mustafanın “Sevməsəm ölləm”, Şərur Rayon Xalq Teatrı Əziz Nesinin “Öldürsənə can-ciyər”, Naxçıvan Şəhər Xalq Teatrı Rauf İçərişəhərlinin “Arzum çin oldu”, Şahbuz Rayon Xalq Teatrı isə Sahib İbrahimlinin “Sadığın toyu” tamaşalarını hazırlamışlar. Bundan əlavə Ordubad Rayon Xalq Teatrı Arif Abdullazadənin “Aqillər”, Babək Rayon Xalq Teatrı isə Nizami Əzizəliyevin “Ağlı olmadı bəli, dul qalacaq Bəndəli” tamaşalarının məşqlərini dövr ərzində davam etdirmişdir.

Hesabat dövründə Nazirliyin və rayon (şəhər) mədəniyyət şöbələrinin tabeliyində olan təhsil müəssisələri ilə də iş aparılmışdır. Yanvar ayı ərzində tərtib olunmuş qrafik əsasında uşaq musiqi, incəsənət və bədii sənəkarlıq məktəblərinin və Naxçıvan Musiqi Kollecinin hesabat konsertləri keçirilmişdir.

Hesabat dövründə “Azərbaycan musiqi tarixindən” layihəsi çərçivəsində silsilə tədbirlər davam etdirilmiş, “Azərbaycan bəstəkarlıq məktəbinin ilk qadın bəstəkarı Ağabacı Rzayeva”, “Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli siması Niyazinin həyat və yaradıcılıq irsi” və “Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli siması Fikrət Əmirovun həyat və yaradıcılıq irsi”, “Balet janrının inkişafı” mövzusunda Naxçıvan Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimlərinə 3 mühazirə oxunmuş və sənədli filmlər nümayiş olunmuşdur.

Fevral və mart aylarında Naxçıvan şəhər Gənclər Mərkəzində Naxçıvan Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin komandaları arasında 3 “Lira” musiqili intellektual oyunu keçirilmişdir.

Hesabat dövründə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimlərinin iştirakı ilə xor, musiqi ədəbiyyatı, musiqi nəzəriyyəsi, balaban, rəsm, skripka, tar, kamança və solfecio fənləri üzrə 10 metodiki kurs, həmçinin 16 ustad dərs keçirilmişdir. Bundan əlavə Bakı Şəhər Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka ixisası üzrə müəllimi Anar Yusifov tərəfindən Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllim, tələbə və şagirdlərinə  ustad dərs keçirilmiş və Naxçıvan Musiqi Kollecində istedadlı ifaçının konserti təşkil edilmişdir. Həmçinin, 27 yanvar tarixdən 4 fevral tarixədək Naxçıvan Musiqi Kollecində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri üçün “Solfecio” fənni üzrə kurs təşkil olunmuşdur.

Aprel ayından uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri üçün metodik kurs və ustad dərslər onlayn formada davam etdirilmiş, dövr ərzində 3 metodiki kurs və 4 ustad dərs keçirilmişdir.

Mövcud vəziyyətlə əlaqədar olaraq Naxçıvan Musiqi Kolleci 2 min 429, Naxçıvan şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 3 min 923, Babək rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 1 min 451, Şərur rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 2 min 245, Ordubad rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 948, Culfa rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 1 min 228, Kəngərli rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 525, Şahbuz rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 947, Sədərək rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 244 olmaqla, ümumilikdə 13 min 940 onlayn dərs keçmişdir.

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş 6-cı “Qarabağ-2020” Beynəlxalq İncəsənət Müsabiqəsində Naxçıvan Musiqi Kollecinin Xalq çalğı alətləri şöbəsinin qarmon ixtisası üzrə 4-cü kurs tələbəsi Adil Əliyev II dərəcəli və Orkestr alətləri şöbəsinin klarnet ixtisası üzrə 3-cü kurs tələbəsi Samral Babayev isə III dərəcəli diploma layiq görülmüşdür.

Nazirliyin sisteminə daxil olan təhsil müəssisələri tərəfindən müxtəlif video materialların hazırlanması və paylaşılması işi də davam etdirilmişdir.

Hesabat dövründə Naxçıvan Musiqi Kolleci, Naxçıvan Dövlət Uşaq Filarmoniyası və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tərəfindən ümumilikdə, 591 videomaterial hazırlanmışdır. Həmin materiallar Kollecin, Uşaq Filarmoniyasının və rayon (şəhər) mədəniyyət şöbələrinin sosial şəbəkələrdəki hesablarında paylaşılmış və ümumilikdə, 28 min 680 sayda bəyənmə qeydə alınmışdır. May ayında Nazirliyin yeni layihəsi olan “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində Naxçıvan Musiqi Kollecinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının musiqiçilərinin ifasında Naxçıvan Dövlət Film Fondu tərəfindən hazırlanmış bir sıra sosial videomateriallar internet resurslarında paylaşılmışdır.

21-31 may tarixlərində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil alan məzunların buraxılış imtahanları keçirilmişdir. Nəticələrə əsasən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri müxtəlif ixtisaslar 52-i fərqlənmə, 624-ü ümumi qiymətlərlə olmaqla, ümumilikdə, 676 nəfər bitirmişdir. Bundan əlavə 03-12 iyun tarixlərində Musiqi Kollecinin buraxılış kurslarının dövlət imtahanları, 8-25 iyun tarixlərdə isə yaz imtahan sessiyası keçirilmişdir.

2020-2021-ci tədris ilində Naxçıvan Musiqi Kollecinə 140 nəfər əyani, 6 nəfər qiyabi şöbəyə olmaqla, ümumilikdə 146 nəfər tələbə qəbulu aparılmışdır. Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə Naxçıvan şəhəri üzrə 285, Şərur rayonu üzrə 180, Babək rayonu üzrə 155, Ordubad rayonu üzrə 85, Şahbuz rayonu üzrə 65, Kəngərli rayonu üzrə 65 və Sədərək rayonu üzrə 30 nəfər olmaqla müxtəlif ixtisaslar üzrə ümumilikdə, 935 şagird qəbulu aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrində fəaliyyət göstərən müəllimlərin 20-30 noyabr 2020-ci il tarixlərində keçirilmiş attestasiyasına 39 nəfər Naxçıvan Musiqi Kollecindən 730 nəfər isə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərindən olmaqla, ümumilikdə 769 nəfər cəlb edilmişdir. Attestasiyanın test mərhələsində Naxçıvan Musiqi Kolleci üzrə 22 nəfər, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üzrə isə 294 nəfər müvafiq keçid balını toplayaraq müsahibə mərhələsinə buraxılmışdır. Attestasiyanın yekun nəticələrinə əsasən 22 nəfər Naxçıvan Musiqi Kollecindən, 283 nəfər isə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərindən müvəffəqiyyət qazanmışdır. Müsahibə mərhələsində 11 nəfər müvafiq keçid balını toplaya bilməmişdir.

İl ərzində gənclərlə iş sahəsində də müəyyən tədbirlər keçirilmiş, ekskursiyalar, film və kitab müzakirələri, diskussiya və maarifləndirici tədbirlər təşkil olunmuşdur. Belə ki, Naxçıvan Musiqi Kollecinin tələbələri ilə “Şəxsiyyətin formalaşdırılması” və “İslamın əxlaqi dəyərlərinin təbliği” istiqamətində tədbirləri çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədovla “İslam dininin tələbləri ilə eynilik təşkil edən adət-ənənələrimiz: İslam mədəniyyəti və qədim türk gələnəkləri kontekstində”, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Çapay Quliyevlə “Motivasiya formalaşdırıcı fəaliyyətin əsas şərtidir” mövzularında tələbələrlə görüşlər təşkil edilmişdir.

Naxçıvan mədəniyyətinin təbliği, qədim dövr Azərbaycan mədəniyyəti haqqında gənclərin ətraflı məlumatlandırılması və gənc nəslə qədim tarixi abidələrimizin tanıdılması məqsədi ilə gənclərin Xatirə Muzeyinə, Məmməd Arazın Ev Muzeyinə və Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə, Heydər Əliyev Muzeyinə, Naxçıvan Döyüş Şöhrəti Muzeyinə, Naxçıvan Dövlət Rəsm Qalereyasına, Bəhruz Kəngərli Muzeyinə, Naxçıvan Dövlət Tarix Muzeyi və Yusif Küseyir oğlu türbəsinə ekskursiyaları təşkil olunmuşdur. Ümumilikdə, dövr ərzində gənclərin 9 muzey və muzeytipli müəssisəyə ekskursiyası təşkil olunmuşdur.

İl ərzində gənclər arasında film və kitab müzakirələrinə də geniş yer verilmişdir. Belə ki, gənclər arasında “Tütək səsi”, “Modigiliani”, “Green book”, “Son iclas”, “Yeddi oğul istərəm”, “Bəyaz mələk”, “Uzaq sahillərdə”, “Green mile”, “7-ci koğuştaki mucize”, “Gün keçdi”, “Ölsəm, bağışla”, “Şouşenkden qaçış”, “Arxadan vurulan zərbə” filmlərinin, həmçinin “Çərpələng uçuran”, “Edama məhkumun son gecəsi”, “Taun”, “Körpüsalanlar”, “Qumarbaz”, “Cəhənnəmdən gələn səs”, “Martin İden”,  “Şahmat” və “A.S.Qriboyedov: şair-diplomat” əsərlərinin müzakirələri keçirilmişdir. Ümumilikdə, dövr ərzində gənclər arasında 13 film və 9 kitab müzakirəsi keçirilmişdir.

Bundan əlavə gənclər arasında onlayn və ənənəvi formada maarifləndirici tədbirlər keçirilmişdir. Bunlardan Naxçıvan Dövlət Film Fondunda keçirilən “Vətənpərvərlik” və “28 Dekabr – Beyəlxalq Kino Günü”dür adlı tədbirlər, onlayn formada isə “Naxçıvan: tarix və mədəniyyətin qovşağı”, “Culfa rayonunda yerləşən maddi-mədəniyyət nümunələri”, “Milli adət-ənənələr”, “Xalq yaradıcılığı nümunələrimiz: bayatılar”, “Milli dəyərlərimizin qorunmasında sosial şəbəkələrdə gənclərin rolu”, “Beynəlxalq Gənclər Günü”, “Kitabların insan psixologiyasına təsiri” və s. mövzularda olmaqla, ümumilikdə, 27 maarifləndirici tədbir keçirilmişdir.

Qeyd olunanlarla yanaşı gənclər arasında bir sıra yarışlar da keçirilmişdir. Belə ki, Nazirliyin nəzdində fəaliyyət göstərən Gənclər Birliklərinin üzvləri arasında “Yaşa və öyrən – onlayn” və Naxçıvan Gənclər Fondunun könüllüləri ilə birgə “Yaşa və öyrən – Dostluq” intellektual bilik yarışları, həmçinin, Nazirliyin Gənclər birliyinin üzvləri üçün “Gəlin səssiz danışaq” adlı tarixi-mədəni oyunu keçirilmişdir.

Hesabat dövrü ərzində Ordubad Rayon Vənənd Kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmiş, yeni tikilən Ordubad rayon Vənənd, Şərur rayonunun Muğancıq-Mehrab və Məmmədsabir, Culfa rayonunun Camaldın, Babək rayonunun Nəcəfəli Dizə, Şərur rayonunun Qarabürc kənd mərkəzlərində kitabxana, mədəniyyət evi və klubların fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır. Şərur şəhərində Təqaüdçülər Klubunun binası yenidənqurmadan sonra istifadəyə verilmişdir. Naxçıvan şəhərində XII əsr memarlıq abidəsi olan Yusif Küseyir oğlu türbəsi və XIV əsrə aid Buzxana abidəsi, Kəngərli rayonunun Şahtaxtı kəndində XIX əsrə aid hamam bərpa edilmişdir.

2020-ci il ərzində Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə mədəniyyət nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən 1 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 2 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 3 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına, 10 nəfər isə Prezident mükafatına layiq görülmüşdür

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 319 xəbər, 92 məqalə olmaqla, ümumilikdə, 411 material işlənmişdir.

Nazirliyin Youtube kanalına ümumilikdə, 563 videomaterial yerləşdirilmiş, bu günədək 1 min 222 abunəçi, 89 min 555 izlənmə sayı olmuşdur.

Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 651-ə çatmış, 1 min 237 paylaşım edilmişdir.

O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 5 min 258 olmuş, səhifədə 1 min 237 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində 855 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 701 nəfər olmuşdur.

İl ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 82, rayon və şəhər qəzetlərində 20, “525-ci” qəzetdə 3 olmaqla ümumilikdə, 105 məqalə və xəbər materialı dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 19 məqalə işıq üzü görmüşdür.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 189 xəbər süjeti efirə getmişdir. Naxçıvan Dövlət Teleradiosunda Nazirlik və ona tabe müəssisələrin əməkdaşlarının televiziya və radio müsahibələri, o cümlədən, iştirak etdikləri verilişlərlə bağlı 89 material yayımlanmışdır. “Naxçıvanın səsi” radiosunda 1 material efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri hesabat dövrü ərzində davam etdirilmişdir. 2020-ci il ərzində Nazirliyə 151-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 547 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 165-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 501 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 433 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Fevral ayında Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlar üçün kadr və kargüzarlıq işinin təşkili ilə bağlı maarifləndirici seminar keçirilmişdir.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 202 nəfər, dövlət qulluğu üzrə müvafiq müsabiqədən keçmiş 1 nəfər, uşaq musiqi və incəsənət məktəblərinə müvafiq müsabiqədən keçmiş 23 nəfər müəllim olmaqla, ümumilikdə 226 nəfər işə qəbul edilmişdir.

Hesabat dövrü ərzində Nazirliyin 5 kollegiya iclası keçirilmiş, kollegiyada 6 məsələ müzakirə edilmişdir.

Joomla 1.5