Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ilin üçüncü rübü ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2020-ci ilin üçüncü rübündə öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmiş, pandemiya dövrünə uyğun xüsusi qaydalara ciddi riayət etməklə onlayn tədbirlərin keçirilməsi və mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmışdır.

Belə k, iyul ayında Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin, avqust ayında Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının və “Muğam Studiyası”nın, sentyabr ayında Naxçıvan Muxtar Respublika Aşıqlar Birliyinin onlayn konsertləri keçirilmişdir.

Həmçinin “Milli Musiqi Günü”nә hәsr olunmuş Naxçıvan Dövlәt Filarmoniyasının vә Cәlil Mәmmәdquluzadә adına Naxçıvan Dövlәt Musiqili Dram Teatrının yaradıcı kollektivlәrinin ifasında әdәbi-bәdii kompozisiya onlayn formatda izlәyicilәrә tәqdim edilmişdir. Üçüncü rüb ərzində ümumilikdə 5 onlayn, 2 canlı konsert keçirilmişdir.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı üçüncü rübdə “Qızıl xoruz” və “Keçinin qisası” pyesləri əsasında hazırlanan eyniadlı tamaşaları onlayn formatda balaca tamaşaçılara təqdim etmişdir.

Konsert və tamaşalar Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Eyni zamanda muxtar respublikada olan muzeylərin təbliği məqsədilə iyul-sentyabr aylarında Nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərdə 5 onlayn ekskursiya keçirilmişdir. Cəlil Məmmədquluzadənin Ev Muzeyindən, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksindən, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyindən, Naxçıvan Dövlət Rəsm Qalereyasından və Xatirə Muzeyindən keçirilən onlayn ekskursiyalar NTV kanalından, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nmn.az saytından və nmr_medeniyyet_nazirliyi İnstagram səhifəsindən canlı olaraq yayımlanmışdır.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 24 dekabr 2018-ci il tarixli 317-05/S nömrəli Sərəncamının icrası ilə əlaqədar yallıların çəkilişi və sosial şəbəkələrdə yallı sənətinin təbliği ilə əlaqədar paylaşımlar edilmiş, yallı sənətinin yaşadılması istiqamətində hazırlanan “Yallılar dünəndən bu günə” kitabı və DVD diski üzərində iş yekunlaşmışdır.

Rüb ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 6 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmış, reyestrə 50 ədəd xalça haqqında məlumat daxil edilmişdir. Həmçinin “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 214 ədəd xalça haqqında məlumat Nazirliyin sosial şəbəkə hesablarında, “naxcivan_muzeyleri” İnstaqram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin Facebook və İnstaqram səhifələrində paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, aid ali və orta ixtisas təhsili müəssisələri ilə Sərəncamın icrası istiqamətində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 2020-2021-ci tədris ili üçün Tədbirlər Planı” təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Bədəlov Əkbər Həsənqulu oğluna Babək rayonunda yerləşən Meydantəpə yaşayış yerində və Əliyev Elvin Həsən oğluna Ordubad rayonunda yerləşən Plovdağ arxeoloji abidələr kompleksində kəşfiyyat işləri və arxeoloji tədqiqat aparmaq üçün verilən müvafiq vəkalətnamələr Nazirlik tərəfindən qeydiyyata alınmış, aparılan arxeoloji qazıntılara Nazirliyin müvafiq komissiyası tərəfindən nəzarət edilmişdir.

“Daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısı”na salınmaq üçün qeydiyyata alınması ilə bağlı Kəngərli rayon Qarabağlar kəndində yerləşən qədim tikili – “Xan Evi”nə 26 avqust 2020-ci il tarixdə AMEA Naxçıvan Bölməsinin əməkdaşları və Nazirliyin nümayəndəsi tərəfindən ekspert baxışı keçirilmişdir.

Nazirliyin təşkilatçılığı ilə iyulun 30-da “Ana dili” abidəsinin qarşısında “1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə bağlı tədbir keçirilmişdir.

04 sentyabr tarixdə AMEA Naxçıvan Bölməsinə Nazirlik tərəfindən hədiyyə olunmuş 39-u yararlı olmaqla 59 ədəd qədim əlyazma və kitabın təqdimat mərasimi keçirilmişdir.

Sentyabrın 15-də Naxçıvan Musiqi Kollecində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilmiş, dərs prosesinə əyani şəkildə baxış keçirilmişdir.

Sentyabrın 18-də Naxçıvan Dövlət Musiqili Dram Teatrının arxasındakı yaşıllıq parkında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin “Milli Musiqi Günü”nə həsr olunmuş canlı konserti musiqisevərlərə təqdim edilmişdir. Konsert Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

25 sentyabr tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 138-ci teatr mövsümünün açılışı münasibətilə tədbir keçirilmiş, tədbirin bədii hissəsində Cəfər Cabbarlının “Aydın” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olmuşdur.

Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri və rəqs qrupu sentyabrın 26-da ənənəvi olaraq keçirilən V “Arıçılıq məhsulları - bal festivalı”nda konsert proqramı ilə çıxış etmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Saz sənətini yaşadırıq” adlı onlayn saz ifaçılığı müsabiqəsi 12 iyul tarixdə yekunlaşmışdır. İki yaş kateqoriyası və iki nominasiya üzrə keçirilən müsabiqənin qalibləri Nazirliyin diplomları və fərqlənən ifaçılar fəxri fərmanları ilə təltif olunmuşdur.

İyun ayından start verilmiş və il ərzində davam edəcək “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinin icrası ilə bağlı iş aparılmış, iyul-sentyabr aylarında layihə ilə bağlı 29 müraciət daxil olmuşdur.

Nazirlik tərəfindən ikisi 10 avqust, biri 07 sentyabr tarixdən başlayaraq muzey və kitabxanaların işçiləri üçün “Nitq mədəniyyəti” kursu keçirilir. Mütəxəssislər tərəfindən 3 qrupda aparılan kursda hər birində 10 nəfər olmaqla, ümumilikdə 30 nəfər mədəni-maarif müəssisəsinin əməkdaşı iştirak edir. Bir qrup üzrə kurs başa çatmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq sentyabr ayından etibarən tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 15 sentyabr 2020-ci il tarixdə Heydər Əliyev Muzeyində Camaldın kənd tam orta məktəbinin şagirdləri üçün distant dərs keçirilmiş, dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Nazirlik tərəfindən muzey əməkdaşları üçün 3 onlayn seminar, Təhsil Nazirliyi ilə birgə məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə məktəbdənkənar müəssisələrin dərnək üzvlərinə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Cəmşid Naxçıvanski, Heydər Əliyev və Naxçıvan Dövlət Tarix muzeylərində, Ordubad rayon məktəblilərinə isə Yusif Məmmədəliyevin Ev Muzeyində olmaqla 5 onlayn ekskursiya keçirilmişdir. 28 iyul - 02 sentyabr tarixlərdə Naxçıvan Şəhər Peşə Liseyinin “Turizm agenti” kursunun müdavimlərinə muzeylərdə təcrübə keçirilməsi təmin edilmişdir. Ötən dövr ərzində Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Fond işinin müvafiq təlimatın tələblərinə uyğun qurulmasını təmin etmək məqsədilə 14-25 sentyabr tarixlərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sisteminə daxil olan muzeylərin fond mühafizləri üçün seminar təşkil olunmuşdur.

Sentyabr ayından başlayaraq Naxçıvan Dövlət Tarix və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeylərində muzey işinin təkmilləşdirilməsi məqsədilə muzey əməkdaşlarının təcrübə keçməsi davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sisteminə daxil olan muzeylər 2020-ci ilin iyul-sentyabr ayları ərzində öz fəaliyyətini iş planına uyğun qurmuş, yüksək muzey xidmətinin göstərilməsinə diqqət yetirmiş, mövcud vəziyyətlə bağlı olaraq sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir.

Hesabat dövründə əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərin anım günləri və yubileyləri, muzeylərin yaranma ildönümləri ilə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Dövr ərzində Qarabağlar Türbə Kompleksinin, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin, Dövlət Bayrağı Muzeyinin, Naxçıvan Duz Muzeyinin, Məhəmməd Tağı Sidqinin Ev Muzeyinin yaradılmasının ildönümləri, Cəmşid Naxçıvanskinin anadan olmasının 125-ci ildönümünə həsr olunmuş, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların və şəhidlərin doğum və anım günləri münasibətilə və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Hesabat dövründə, ümumilikdə Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 1 min 486 ədəd müxtəlif məlumat, audio və video material hazırlanmışdır.

Eləcə də Naxçıvan Dövlət Rəsm Qalereyası tərəfindən “Naxçıvan – Bəşəriyyətin Beşiyi” III və IV Beynəlxalq Rəsm festivallarında çəkilmiş rəsm əsərləri ilə bağlı, həmçinin naxçıvanlı tanınmış rəssam Abuzər Qardaşbəyov və Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovla bağlı olmaqla 4 videomaterial hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Hesabat dövründə Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 340 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmişdir.

Hesabat dövrü ərzində muzeylər tərəfindən ümumilikdə Instagram səhifələrində 7 min 102, Facebook hesablarında 8 min 157 paylaşım edilmişdir ki, onlardan 364 ədədi onlayn ekskursiya, 1 min 122 ədədi məlumat xarakterli paylaşım, qalanları Nazirlik və digər muzeylərin hazırladığı məlumatların paylaşımı olmuşdur. Bu paylaşımların İnstagram hesablarında 38 minə yaxın, Facebook hesablarında isə 31 mindən çox izləyicisi olmuşdur.

Sentyabr ayından etibarən nazirlik, komitə və idarələrin müvafiq qrafik üzrə muzeylərə gedişi bərpa edilmiş, iyul-sentyabr ayları ərzində muzeyləri ümumilikdə 15 min 159 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 547 nəfəri əcnəbi, 14 min 612 nəfəri yerli vətəndaşlardır.

Hesabat dövründə muzeylərə 178 ədəd yeni eksponat daxil olmuşdur.

Bu dövrdə Şərur rayonu ərazisindəki Ağzirət piri haqqında videomaterial hazırlanaraq sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalar da işini günün tələbatına uyğun qurmağa çalışmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, onlayn xidmətin göstərilməsi əsas vəzifələrdən olmuşdur.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsinin keçirilməsi, kitablarla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi diqqətdə saxlanılmışdır. Siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 68 material hazırlanmış və 136 paylaşım edilmişdir. Kitabxana, klub və mədəniyyət evlərinin əməkdaşları, oxucularla “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablarla bağlı 15-i onlayn, 3-ü ənənəvi olmaqla 18 müzakirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında nazirliyin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kitabxanaçıları üçün “Daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları” adlı ənənəvi, kitabxana əməkdaşları və oxucular üçün “Müasir dövrümüzdə elektron kitabxana resurslarından istifadə qaydaları” adlı onlayn olmaqla 2 seminar keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Babək Rayon MKS-nin əməkdaşları üçün onlayn təcrübə, Naxçıvan Şəhər MKS-nin əməkdaşları üçün ənənəvi təcrübə məşğələsi, 10 kitab müzakirəsi, “1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”, Oqtay Salamzadənin anadan olmasının 90 illiyi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 95 illiyi ilə bağlı onlayn tədbirlər, “21 Sentyabr – Beynəlxalq Sülh Günü”nə həsr olunmuş “Biz sülh istəyirik” adlı onlayn rəsm müsabiqəsi, və s. tədbirlər keçirilmiş, “Bəxtiyar Vahabzadə - 95” və “Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı sərgilər təşkil edilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən sentyabr ayında 1 “Kitabxana Günü” və 1 “Kitabxanaçı Günü” keçirilmişdir

Həmçinin Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları və mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən 388 şeir, hekayə və poemalardan parçalardan bədii qiraət formatlı videomateriallar və audiokitablar hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmış, videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 441 material hazırlamış, sosial şəbəkə hesablarında 3 min 848 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 495, Facebook səhifələrində 7 min 949 olmuşdur.

Hesabat dövründə “Nağıl Günləri” layihəsi çərçivəsində 24-ü M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, 101-i A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən olmaqla 125 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 443 paylaşım edilmişdir.

3 ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən ümumilikdə 10 adda 80 metodik məktub hazırlanaraq rayon (şəhər) MKS-lərinə, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

Hesabat dövründə Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 11 adda 223 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 265 adda 389 nüsxə (iyul-avqust) çap məhsulu daxil olmuşdur.

Rüb ərzində kitabxanalarda oxucu gəlişi 9 min 646 nəfər, kitab verilişi isə 59 min 475 nüsxə olmuşdur. O cümlədən, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən sağlamlıq imkanı məhdud 59 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Dövr ərzində elektron kataloqa 1 min 115 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 19 min 703-ə çatdırılmışdır. Şəbəkəyə 101 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 083-ə çatdırılmışdır. Rüb ərzində elektron kitabxanadan 329-u lokal, 381-i qlobal olmaqla 822 oxucu istifadə etmişdir.

III rübdə klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması və s. ilə bağlı müxtəlif xarakterli materiallar hazırlanmışdır. O cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da olmaqla ümumilikdə, 215 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə Naxçıvan şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 3 min 773 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 1 min 711 paylaşım edilmiş, 10 min 812 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 2 min 602 paylaşımın 11 min 778 izləyicisi olmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Ordubad, Sədərək və Culfa rayonlarının mədəniyyət evləri və klublarının hazırladıqları xalq yaradıcılığı nümunələrinin Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişləri aparılaraq 38 videomaterial hazırlanmışdır ki, bunlardan 18-i yallılardır. Həmçinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 11, rayon mədəniyyət şöbələri tərəfindən 7 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 56 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Klub müəssisələrində keçirilən dərnəklərdə işin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu müəssisələrin əməkdaşlarının maraqları nəzərə alınaraq nazirlik tərəfindən onlar üçün kursların keçirilməsi hesabat dövründə diqqətdə saxlanılmışdır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində Nazirliyin sistemində fəaliyyət göstərən mədəniyyət evləri və klubların 14 nəfər əməkdaşı üçün keçirilən xalçaçılıq üzrə 3 aylıq peşə kursu iyul ayında başa çatmış, avqust ayının 5-dən 2 aylıq toxuculuq kursuna başlanılmışdır. Kursda 12 nəfər klub müəssisəsinin əməkdaşı iştirak edir.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 3 adda 24 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə gödərilmişdir.

İyul-sentyabr ayları ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Belə ki, Mərkəzin əməkdaşları Ordubad və Kəngərli rayonlarındakı klub müəssisəsi və kitabxana filiallarında çalışan əməkdaşlara əməli köməklik göstərmiş, mövcud vəziyyətlə əlaqədar onlayn fəaliyyətin prinsipləri ilə bağlı maarifləndirici söhbətlər aparmışlar.

Hesabat dövründə həmçinin mərkəz tərəfindən müvafiq ssenari əsasında “Şaxbəzəmə” adəti haqqında Şahbuz rayonunun Kükü kəndində çəkilişlər aparılmış və televiziya filmi hazırlanmışdır. Mərkəz tərəfindən folklor nümunələri əsasında “Şaxbəzəmə adəti”, “Qədim qayın-qayınanaların və gəlinlərin dünyagörüşünə və məişətinə bir baxış”, “Evlən, saqqalı ağarmış, evlən”, “Nə yaxa cırmısan, nə də yaxanı cırıblar” və “Tənbəl Xanımağa” adlı 5 ssenari mətni hazırlanmış, səhnələşdirilməsi üçün Xalq Teatrlarına göndərilmişdir.

Mərkəz tərəfindən görkəmli şəxsiyyətlərlə bağlı videolar, milli adət-ənənələrin, sənətkarlığın təbliği və yaşadılması baxımından mühüm əhəmiyyətə malik xalq yaradıcılığı nümunələri, məlumatlar hazırlanmışdır. Ümumilikdə, Elmi-Metodiki Mərkəz tərəfindən rüb ərzində 66 material hazırlanmış, müəssisənin İnstagram və Facebook hesablarında 436 paylaşım edilmiş, İnstagramda 523, Facebookda 980 izləyici sayı olmuşdur. Dövr ərzində Mərkəzin “İnstaqram” səhifəsinin “Tarixçə” bölümündə xalq yaradıcılığı ilə bağlı test suallarının və öyrədici mətnlərin paylaşılması davam etdirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən 2020-ci ilin 3 ayı ərzində 926 manatlıq 37 adda 222 ədəd iş satılmışdır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

“2 avqust - Azərbaycan Kinosu Günü” ilə bağlı “Azərbaycan kinosu - dünən və bu gün” mövzusunda onlayn tədbir keçirilmişdir.

2020-ci ilin iyul-sentyabr ayları ərzində Babək Rayon Mədəniyyət Şöbəsinin instrumental ansamblının, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, mədəniyyət evləri tərəfindən hazırlanmış konsert proqramının, Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının “Sevməsəm ölərəm” tamaşasının, Babək Rayon Xalq Teatrı tərəfindən S.S.Axundovun “Tamahkar” komediyası əsasında hazırlanmış tamaşanın və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin Fortepiano ixtisası üzrə şagirdi Məleykə Vəliyevanın konsert nömrələrinin və Culfa Rayon Mədəniyyət Sarayının musiqi kollektivlərinin vokal konsert proqramının çəkilişi həyata keçirilmişdir.

Sentyabr ayında Naxçıvan Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada 3 film - Mirsadıq Ağazadənin “Eviniz abad”, Dərviş Zaimin “Cənnəti gözləyərkən”, Can Ulkayın  “Ayla” filmlərinin nümayişini təşkil etmişdir.

Hesabat dövründə Film Fond tərəfindən 162 material hazırlanmış, sosial şəbəkə hesablarında 338 paylaşım edilmiş, 1 min 260 izləyici sayı olmuşdur. Həmçinin ay ərzində videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fondu tərəfindən mütəxəssis köməyi göstərilmiş və müxtəlif videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Ötən dövrdə filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Nazirliyin sisteminə daxil olan dövlət teatrları da onlayn fəaliyyətlə bərabər istiqamətinə uyğun olaraq işləri davam etdirmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Cəfər Cabbarlının “Aydın” və V.Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsərləri əsasında hazırlanan eyniadlı tamaşaların məşqləri aparılmışdır.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında H.Əsgərovun Qorxaq Əhməd, Z.Vedilinin “Üç qismətli varis” tamaşalarının məşqlərini aparmış, 24 sentyabrda “Qorxaq Əhməd” tamaşasına ictimai baxış keçirilmişdir.

Rüb ərzində təhsil müəssisələri ilə iş sahəsində də onlayn fəaliyyət davam etdirilmişdir. Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin skripka ixtisası üzrə müəllimlərinə ustad dərs və Naxçıvan Musiqi Kollecinin Musiqi nəzəriyyəsi şöbəsinin müəllimləri üçün harmoniya fənni üzrə metodiki kurs keçirilmişdir.

“Milli Musiqi Günü”nə həsr olunmuş Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin iştirakı ilə, eləcə də uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaq mahnıları” mövzusunda 2 onlayn tədbir keçirilmişdir.

Dövr ərzində gənclərlə iş sahəsində də işlər davam etdirilmiş, gənclər arasında “Yeddi oğul istərəm”, “Bəyaz mələk”, “Uzaq sahillərdə”, “Green mile”, “7-ci koğuştaki mucize”, “Gün keçdi”, “Ölsəm, bağışla”, “Şouşenkden qaçış” filmlərinin, Albert Kamyunun “Taun”, İlyas Əfəndiyevin “Körpüsalanlar”,  Elxan Elatlının “Cəhənnəmdən gələn səs” və Cek Londonun “Martin İden” əsərlərinin onlayn müzakirələri keçirilmişdir.

Bundan əlavə gənclər arasında “Naxçıvan: tarix və mədəniyyətin qovşağı”, “Culfa rayonunda yerləşən maddi-mədəniyyət nümunələri”, “Xalq yaradıcılığı nümunələrimiz: bayatılar”, “Milli dəyərlərimizin qorunmasında sosial şəbəkələrdə gənclərin rolu”, “Beynəlxalq Gənclər Günü”, “Kitabların insan psixologiyasına təsiri”, “Şərur rayonunda yerləşən tarixi abidələr” “Naxçıvanın ölməz sənətkarları”, “Nuh yurdu Naxçıvan” rəssamların gözü ilə”, “Qarabağ abidələri”, “Musiqinin insan psixologiyasına təsiri”, “Şərq xalqlarının mədəni dəyərləri”, “Musiqi ruhun qidasıdır”, “Gənclərin asudə vaxtlarının təşkili”, “Ordubad rayonunun qədim abidələri və tarixi yerləri”, “Milli Musiqi Günü” adlı maarifləndirici tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu ilə birgə onlayn formada “Yaşa və öyrən – Dostluq” və ənənəvi formada Nazirliyin və rayon (şəhər) mədəniyyət şöbələrinin Gənclər Birliklərinin üzvləri arasında “Yaşa və öyrən – II” intellektual bilik yarışları keçirilmişdir.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 96 xəbər, 29 məqalə olmaqla, ümumilikdə 125 material işlənmişdir.

Nazirliyin Youtube kanalına III rüb ərzində 244 (cəmi 555) videomaterial yerləşdirilmiş, bu günədək 1 min 190 abunəçi, 83 min 170 izlənmə sayı olmuşdur.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

İyul-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 562-ə çatmış, 477 paylaşım edilmişdir. O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 5 min 208 olmuş, rüb ərzində səhifədə 477 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində bu dövrdə 340 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 658 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Nuhçıxan” İnformasiya Agentliyində 4 məqalə, “Şərq qapısı” qəzetində isə 23 məqalə işıq üzü görmüşdür.

Nazirliyin tabeliyində olan mədəniyyət və incəsənət müəssisələrinin rəhbərləri və əməkdaşlarının iyul-sentyabr aylarında “Şərq qapısı” qəzetində 4, şəhər və rayon qəzetlərində 7, “525-ci qəzet”də 1 olmaqla, ümumilikdə 12 məqaləsi dərc olunmuşdur.

2020-ci ilin üçüncü rübündə Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 43 xəbər süjeti efirə getmişdir. Naxçıvan Dövlət Teleradiosunda Nazirlik və ona tabe müəssisələrin əməkdaşlarının televiziya və radio müsahibələri, o cümlədən iştirak etdikləri verilişlərlə bağlı 17 material yayımlanmış, Nazirliyin internet resurslarında və Naxçıvan Dövlət Televiziyasının efirində 12 onlayn konsert, tamaşa və ekskursiya işıqlandırılmışdır.

Hesabat dövrü ərzində mədəniyyət və incəsənət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tarix-mədəniyyət abidələrinin bərpası sahəsində işlər davam etdirilmişdir. Belə ki, yeni tikilən Culfa rayonunun Camaldın kənd mərkəzində kitabxana və mədəniyyət evinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılmış. Şərur şəhərində Təqaüdçülər Klubunun binası yenidənqurmadan sonra istifadəyə verilmişdir.

İyul-sentyabr ayları ərzində Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə mədəniyyət nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən 2 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 2 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri III rüb ərzində davam etdirilmişdir. Dövr ərzində Nazirliyə 35-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 186 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 50-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 168 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 201 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 74 nəfər, uşaq musiqi və incəsənət məktəblərinə müvafiq müsabiqədən keçmiş 23 nəfər müəllim işə qəbul edilmişdir.

Rüb ərzində Nazirliyin 2 kollegiya iclası keçirilmiş, kollegiyada 2 məsələ müzakirə edilmişdir.

Joomla 1.5