Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ilin sentyabr ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi pandemiya dövründə işini yeni istiqamətdə qurmağa çalışmış, dövr ərzində xüsusi qaydalara ciddi riayət edilməklə onlayn tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır. Sentyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılmış, Nazirliyin iş planına uyğun onlayn mədəni xidmətin göstərilməsi əsas vəzifələrdən olmuşdur.

Sentyabrın 2-də Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyi üzvlərinin konserti, sentyabrın 17-dә Naxçıvan Dövlәt Filarmoniyasının vә Cәlil Mәmmәdquluzadә adına Naxçıvan Dövlәt Musiqili Dram Teatrının yaradıcı kollektivlәrinin ifasında “Milli Musiqi Günü”nә hәsr olunmuş әdәbi-bәdii kompozisiya, sentyabrın 23-də Xatirə Muzeyindən keçirilən ekskursiya onlayn formada tamaşaçılara təqdim edilmiş, keçirilən konsertlər, ekskursiya və kompozisiya  Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 24 dekabr 2018-ci il tarixli 317-05/S nömrəli Sərəncamının icrası ilə əlaqədar yallıların çəkilişi və sosial şəbəkələrdə yallı sənətinin təbliği ilə əlaqədar paylaşımlar edilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 2 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 45 ədəd xalça haqqında məlumatlar Nazirliyin sosial şəbəkə hesablarında, “naxcivan_muzeyleri” İnstaqram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin Facebook və İnstaqram səhifələrində paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, aid ali və orta ixtisas təhsili müəssisələri ilə birgə “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 03 aprel tarixli

Sərəncamının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 2020-2021-ci tədris ili üçün Tədbirlər Planı” təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Əliyev Elvin Həsən oğluna Ordubad rayonunda yerləşən Plovdağ arxeoloji abidələr kompleksində kəşfiyyat işləri və arxeoloji tədqiqat aparmaq üçün verilən müvafiq vəkalətnamə Nazirlik tərəfindən qeydiyyata alınmış, aparılan arxeoloji qazıntılara Nazirliyin müvafiq komissiyası tərəfindən nəzarət edilmişdir.

04 sentyabr tarixdə AMEA Naxçıvan Bölməsinə Nazirlik tərəfindən hədiyyə olunmuş 39-u yararlı olmaqla 59 ədəd qədim əlyazma və kitabın təqdimat mərasimi keçirilmişdir.

Sentyabrın 15-də Naxçıvan Musiqi Kollecində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilmiş, dərs prosesinə əyani şəkildə baxış keçirilmişdir.

Sentyabrın 18-də Naxçıvan Dövlət Musiqili Dram Teatrının arxasındakı yaşıllıq parkında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin “Milli Musiqi Günü”nə həsr olunmuş canlı konserti musiqisevərlərə təqdim edilmiş, konsert Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

25 sentyabr tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 138-ci teatr mövsümünün açılışı münasibətilə tədbir keçirilmiş, tədbirin bədii hissəsində Cəfər Cabbarlının “Aydın” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olmuşdur.

Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri və rəqs qrupu  ənənəvi olaraq keçirilən V “Arıçılıq məhsulları - bal festivalı”nda sentyabrın 26-da konsert proqramı ilə çıxış etmişdir.

Nazirlik tərəfindən biri 10 avqust, digəri 07 sentyabr tarixdən başlayaraq muzey və kitabxanaların işçiləri üçün “Nitq mədəniyyəti” kursu keçirilir. Mütəxəssislər tərəfindən 2 qrupda aparılan kursda hər birində 10 nəfər olmaqla, ümumilikdə 20 nəfər mədəni-maarif müəssisəsinin əməkdaşı iştirak edir.

İyun ayından start verilmiş və il ərzində davam edəcək “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinin icrası ilə bağlı iş aparılmış, sentyabr ayında layihə ilə bağlı 15 müraciət daxil olmuşdur.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən 19 sentyabrdan başlayaraq muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 15 sentyabr  tarixdə Heydər Əliyev Muzeyi ilə Culfa rayon Camaldın kənd tam orta məktəbinin şagirdləri arasında elektron dərs keçirilmiş, dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

15 sentyabr tarixdə Nazirlik tərəfindən muzey əməkdaşları üçün “Muzeylərdə yüksək ekskursiya xidmətinin göstərilməsi və bələdçinin etik davranış qaydaları” mövzusunda onlayn seminar keçirilmişdir.

Sentyabr ayından başlayaraq Naxçıvan Dövlət Tarix və  C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeylərində muzey işinin təkmilləşdirilməsi məqsədilə muzey əməkdaşlarının təcrübə keçməsi davam etdirilmişdir. Naxçıvan Şəhər Peşə Liseyinin “Turizm agenti” kursunun müdavimlərinə 28 iyul tarixdən muzeylərdə keçirilməsinə başlanan təcrübə sentyabrın əvvəlində başa çatmışdır. 14-25 sentyabr tarixlərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sisteminə daxil olan muzeylərin fond mühafizləri üçün seminar təşkil olunmuşdur.

Ay ərzində Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Sentyabr ayı ərzində muzeylər öz fəaliyyətini davam etdirmiş, onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir.

Hesabat dövründə  Naxçıvan Duz Muzeyinin yaradılmasının 3 illiyi və Məhəmməd Tağı Sidqinin Ev Muzeyinin yaradılmasının 6 illiyi ilə bağlı, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində ümumilikdə Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 451 ədəd müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Onlardan 111-i onlayn ekskursiya olmuşdur. Hesabat dövründə Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 78 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmişdir.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə İnstagram səhifələrində 2 min 240, Facebook hesablarında 2 min 996 paylaşım edilmişdir ki, onlardan, 111 ədədi onlayn ekskursiya, 340 ədədi məlumat xarakterli paylaşım, 2 min 545 ədədi Nazirlik və digər muzeylərin hazırladığı məlumatların paylaşımı olmuşdur. Bu paylaşımların İnstagram hesablarında 37 min 248, Facebook hesablarında isə 30 min 859 izləyicisi olmuşdur.

Sentyabr ayında muzeyləri 10 min 216 nəfər yerli, 118 nəfər əcnəbi olmaqla, ümumilikdə 10 min 334 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 32 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalar da işini günün tələbatına uyğun qurmağa çalışmış, onlayn xidmətin göstərilməsi əsas vəzifələrdən olmuşdur.

Sentyabr ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında nazirliyin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kitabxanaçıları üçün “Daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları” adlı seminar, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Şəhər MKS-nin əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin Naxçıvan Şəhər MKS tərəfindən “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan Yusif Balasaqunlunun “Qutatqu bilik” kitabının müzakirəsi və “Kitabxanaçı Günü” ilə bağlı “Həsən Seyidbəylinin əsərlərinin müzakirəsi” mövzusunda tədbir keçirilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən yazıçı-publisist və jurnalist Oqtay Salamzadənin anadan olmasının 90 illiyi münasibətilə tədbir, “21 sentyabr – Beynəlxalq Sülh Günü”nə həsr olunmuş “Biz sülh istəyirik” adlı rəsm müsabiqəsi, Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim” əsərinin müzakirəsi və s. onlayn tədbirlər keçirilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “Kitabxanaçı Günü” ilə bağlı Şərur Rayon MKS-nin Uşaq Kitabxanasının və Sədərək Rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşları üçün “Kiçik yaşlı oxucuların mütaliəyə maraqlarının artırılmasında kitabxanaçının rolu”, “Kitabxana Günü” ilə əlaqədar məktəbli oxucuların iştirakı ilə “Kitabxana xidmətindən onlayn istifadənin rolu və əhəmiyyəti” mövzularında onlayn tədbirlər keçirilmişdir.

Ay ərzində həmçinin, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabından “İki bacının söhbəti” və “Anaların bəzəyi” hekayələri, “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu”nun onlayn müzakirəsi keçirilmişdir. Rayon (şəhər) MKS-lər də daxil olmaqla ümumilikdə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 7 (4 onlayn, 3 ənənəvi) kitabın müzakirəsi keçirilmiş, 2 sərgi təşkil olunmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablarla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi diqqətdə saxlanılmış, siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 32 material hazırlanmış və 64 paylaşım edilmişdir.

Həmçinin 3-ü Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları, digər hissəsi muzey, kitabxana və mədəniyyət evlərinin əməkdaşları tərəfindən olmaqla 134 şeir, hekayə və poemalardan parçalardan bədii qiraət formatlı videomateriallar və audiokitablar hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmış, videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 140  material hazırlamış, sosial şəbəkə hesablarında1114 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 495, Facebook səhifələrində 7 min 949 olmuşdur.

“Nağıl Günləri” layihəsi çərçivəsində avqust ayında 9-u M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, 29-u A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən olmaqla, ümumilikdə 38 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 134 paylaşım edilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən ümumilikdə 3 adda 24 metodik məktub hazırlanaraq rayon (şəhər) MKS-lərinə, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

Sentyabr ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 4 adda 42 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 43 adda 95 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda oxucu gəlişi 3 min 763 nəfər, kitab verilişi isə 24 min 255 nüsxə olmuşdur. O cümlədən, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən sağlamlıq imkanı məhdud 19 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Dövr ərzində elektron kitabxananın işində yaranmış çatışmazlıqlara görə elektron kataloqa və şəbəkəyə kitab işlənə bilməmişdir (elektron kataloqda kitabların sayı 19 min 703, şəbəkədə 3 min 083). Ay ərzində elektron kitabxanadan 195-i lokal, 381-i qlobal olmaqla 576 oxucu istifadə etmişdir.

Sentyabr ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması və s. ilə bağlı müxtəlif xarakterli materiallar hazırlanmışdır. O cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da olmaqla ümumilikdə, 85 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə Naxçıvan Şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 1min 271 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 607 paylaşım edilmiş, 10 min 812 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 664 paylaşımın 11 min 778 izləyicisi olmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Naxçıvan Dövlət Film Fondu tərəfindən xalq yaradıcılığı ilə bağlı 7 videomaterial hazırlanmışdır. Həmçinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 5, rayon mədəniyyət şöbələri tərəfindən 3 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 15 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Klub müəssisələrində keçirilən dərnəklərdə işin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu müəssisələrin əməkdaşlarının maraqları nəzərə alınaraq nazirlik tərəfindən onlar üçün kursların keçirilməsi sentyabr ayında da diqqətdə saxlanılmışdır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində avqust ayının 5-dən başlanan 2 aylıq toxuculuq kursu sentyabr ayında da davam etmişdir. Kursda 12 nəfər klub müəssisəsinin əməkdaşı iştirak edir.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Belə ki, Mərkəzin əməkdaşları Kəngərli rayonunda fəaliyyət göstərən yaşayış məntəqələrindəki klub müəssisəsi və kitabxana filiallarında çalışan əməkdaşlara əməli köməklik göstərmiş, mövcud vəziyyətlə əlaqədar onlayn fəaliyyətin prinsipləri ilə bağlı maarifləndirici söhbətlər aparmışlar.

Hesabat dövründə həmçinin mərkəz tərəfindən müvafiq ssenari əsasında “Şaxbəzəmə” adəti haqqında film hazırlanması məqsədi ilə Şahbuz rayonunun Kükü kəndində çəkilişlər aparılmış və film hazırlanmışdır. Sentyabr ayında mərkəz tərəfindən folklor nümunələri əsasında “Şaxbəzəmə adəti”, “Qədim-qayım qayınanaların və gəlinlərin dünyagörüşünə və məişətinə bir baxış”, “Evlən, saqqalı ağarmış, evlən”, “Nə yaxa cırmısan, nə də yaxanı cırıblar” və “Tənbəl Xanımağa” adlı 5 ssenari mətni hazırlanmış səhnələşdirilməsi üçün xalq teatrlarına aidiyyəti üzrə göndərilmişdir.

Mərkəz tərəfindən görkəmli şəxsiyyətlərlə bağlı videolar, milli adət-ənənələrin, sənətkarlığın təbliği və yaşadılması baxımından mühüm əhəmiyyətə malik xalq yaradıcılığı nümunələri, məlumatlar hazırlanmışdır. Ümumilikdə, Elmi-Metodiki Mərkəz tərəfindən sentyabr ayında 23 material hazırlanmış, müəssisənin İnstagram və Facebook hesablarında 147 paylaşım edilmiş, İnstagramda 523, Facebookda 980 izləyici sayı olmuşdur. Ay ərzində Mərkəzin “İnstaqram” səhifəsinin “Tarixçə” bölümündə xalq yaradıcılığı ilə bağlı test suallarının və öyrədici mətnlərin paylaşılması davam etdirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 398 manatlıq 19 adda 84 ədəd iş satılmışdır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Sentyabr ayında Naxçıvan Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada 3 film - Mirsadıq Ağazadənin “Eviniz abad”, Dərviş Zaimin “Cənnəti gözləyərkən”, Can Ulkayın “Ayla” filmlərinin nümayişini təşkil etmişdir.

Həmçinin 25 sentyabr 2020-ci il tarixində Culfa Rayon Mədəniyyət Sarayının musiqi kollektivlərinin vokal konsert proqramının çəkilişi həyata keçirilmişdir.

Ay ərzində Film Fond tərəfindən 100 material hazırlanmış, sosial şəbəkə hesablarında 211 paylaşım edilmiş, 1 min 260 izləyici sayı olmuşdur. Həmçinin ay ərzində videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fondu tərəfindən mütəxəssis köməyi göstərilmiş və müxtəlif videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini ay ərzində davam etdirmiş, Cəfər Cabbarlının “Aydın” və V.Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsərləri əsasında hazırlanan eyniadlı tamaşaların məşqləri aparılmışdır. 07 sentyabr tarixdə “Aydın” tamaşasına ictimai baxış keçirilmiş və repertuara qəbul edilmişdir.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı sentyabr ayında H.Əsgərovun “Qorxaq Əhməd” pyesini məşqlərini aparmış və 24 sentyabrda tamaşaya ictimai baxış keçirilmişdir. Bununla yanaşı Z.Vedilinin “Üç qismətli varis” pyesinin məşqləri davam etdirilmişdir

Hesabat dövründə təhsil müəssisələri ilə iş sahəsində də bir sıra işlər görülmüş, onlayn tədbirlər davam etdirilmişdir.

“Milli Musiqi Günü” ilə bağlı sentyabrın 5-də Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin iştirakı ilə, sentyabr ayının 13-də uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimlərinin iştirakı ilə 2 onlayn tədbir keçirilmişdir.

Bundan əlavə sentyabrın 26-da isə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaq mahnıları” mövzusunda onlayn tədbir keçirilmişdir.

Ay ərzində gənclərlə iş sahəsində də bir sıra işlər görülmüş, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə bir sıra tədbirlər keçirilmişdir. Belə ki, 02 sentyabr tarixdə Nazirliyin Gənclər Təşkilatının üzvləri arasında xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında çəkilmiş “Yeddi oğul istərəm” filminin onlayn müzakirəsi təşkil olunmuşdur.

Qeyd olunanlarla yanaşı rayon gənclər birliklərində də öncədən müəyyənləşdirilmiş iş planına əsasən birliyə üzv olan gənclər arasında bir sıra onlayn görüşlər, maarifləndirici tədbirlər, film və kitab müzakirələri keçirilmişdir. Belə ki, Kəngərli və Ordubad rayon mədəniyyət şöbələrinin Gənclər Birliklərinin üzvləri arasında Mahsun Qırmızıgülün rejissorluğu ilə çəkilən “Bəyaz mələk” filminin, Culfa Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında Tofiq Tağızadənin “Uzaq sahillərdə” tammetrajlı bədii filminin, Şərur və Şahbuz rayon mədəniyyət şöbələrinin gənclər birliklərinin üzvləri arasında Frank Darabontun “Şouşenkden  qaçış” filmlərinin onlayn müzakirəsi təşkil olunmuş, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında Elxan Elatlının “Cəhənnəmdən gələn səs” əsərinin, Culfa Rayon Gənclər birliyinin üzvləri arasında AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun iştirakı ilə Cek Londonun “Martin İden” əsərinin onlayn müzakirəsi keçirilmişdir.

Bundan əlavə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin Gənclər Birliyinə üzv olan gənclər arasında “Naxçıvanın ölməz sənətkarları”, Culfa Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Nuh yurdu Naxçıvan rəssamların gözü ilə”, Nazirliyin Gənclər Birliyinin üzvləri arasında “Qarabağ abidələri” adlı maarifləndirici tədbirlər, Şərur Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Musiqinin  insan  psixologiyasına təsiri”, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Şərq xalqlarının mədəni dəyərləri”, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Musiqi ruhun qidasıdır”, Ordubad Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Gənclərin asudə vaxtlarının təşkili” və “Ordubad rayonunun qədim abidələri və tarixi yerləri” adlı onlayn müzakirələr, Culfa Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi İmamqulu Əhmədov və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərlinin iştirakı ilə “Milli musiqi günü” adlı onlayn tədbirlər təşkil edilmişdir.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 36 xəbər, 10 məqalə olmaqla, ümumilikdə 46 material işlənmişdir.

Nazirliyin Youtube kanalına sentyabr ayında 87 (cəmi 555) videomaterial yerləşdirilmiş, bu günədək 1 min 190 abunəçi, 83 min 170 izlənmə sayı olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

Sentyabr ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 562-yə çatmış, 166 paylaşım edilmişdir.

O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 5 min 208 olmuş, ay ərzində səhifədə 166 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 78 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 658 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Nuhçıxan” İnformasiya Agentliyində 1 məqalə, “Şərq qapısı” qəzetində isə 7 məqalə işıq üzü görmüşdür.

“Şərqin səhəri” qəzetinin 3 sentyabr 2020-ci il tarixli nömrəsində Babək Rayon Mədəniyyət Şöbəsinin “Mədəni irsimiz və milli dəyərlərimiz təbliğ olunur” adlı məqaləsi, 11 sentyabr 2020-ci il tarixli nömrəsində isə “Mədəniyyət müəssisələri payız-qış mövsümünə hazırdır” adlı məqalələri dərc olunmuşdur.

“Arazın səsi” qəzetinin 3 sentyabr tarixli nömrəsində Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fond mühafizi-elmi işçisi Şölə Mirzəyevanın “Xalça naxışlarında yaşayan tariximiz” adlı məqaləsi nəşr olunmuşdur.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 15 xəbər süjeti efirə getmişdir.

Sentyabr ayının 15-də istifadəyə verilmiş Culfa Rayon Camaldın Kənd Mərkəzində kitabxana filialının və mədəniyyət evinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Ay ərzində Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə Nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən 2 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 2 nəfər isə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif edilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Sentyabr ayı ərzində Nazirliyə 29-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 123 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara  22-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 89 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 83 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, 1 nəfəri müəssisə rəhbəri olmaqla müəssisə və təşkilatlara 23 nəfər, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müvafiq müsabiqədən keçmiş 23 nəfər olmaqla, ümumilikdə 46 nəfər işə qəbul edilmişdir.

Joomla 1.5