Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2019-cu ilin dekabr ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi dekabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Ay ərzində görkəmli şəxsiyyətlərin anım günləri və yubileyləri, həmçinin  əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı 10 dekabr tarixdə Heydər Əliyev Muzeyində interaktiv dərs keçirilmiş, dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir. Ulu öndərin anım günü ilə bağlı muzeylərdə 19 açıq dərs keçirilmişdir.

13 dekabrda Nazirlik tərəfindən AMEA Naxçıvan Bölməsinə hədiyyə edilmiş 12 ədəd qədim əlyazma və kitabın, 24 dekabrda Naxçıvan Dövlət Rəsm Qalereyasında Əməkdar rəssamlar Telman Abdinov və Əli Səfərli tərəfindən muzeylərə hədiyyə edilən 32 ədəd rəsm əsərinin təqdimatı keçirilmişdir.

Dekabrın 17-də Babək Rayon Xalq Teatrı rayon mədəniyyət sarayında görkəmli dramaturq, nasir, maarif xadimi S.S.Axundovun ilk yaradıcılıq əsəri olan “Tamahkar” komediyası əsasında hazırladığı tamaşanı, dekabrın 27-də isə R.Təhmasib adına Şərur Rayon Xalq Teatrı M.F.Axundovun əsəri əsasında hazırlanan “Lənkəran xanının vəziri” tamaşasını rayon sakinlərinə təqdim etmişdir. Tamaşalar rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Dekabrın 19-da Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə 29 noyabr tarixdə keçirilmiş “Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqə”nin yekun tədbiri baş tutmuşdur. Tədbirdə festival-müsabiqənin qalibləri mükafatlandırılmış, müsabiqədə 1-ci dərəcəli diploma layiq görülmüş Tofiq Seyidovun “Vaqif” əsəri əsasında Nurbəniz Niftəliyevanın quruluşunda hazırlanmış Naxçıvan Musiqi Kollecinin Tələbə Teatr Studiyasının tamaşası nümayiş olunmuşdur.

Dekabrın 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının yeni layihəsi olan “Azərbaycan vokalçıları festivalı”nın Naxçıvan turu çərçivəsində konsert təşkil olunub. Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə muxtar respublikanın peşəkar və gənc vokal ifaçılarının çıxışı alqışlarla qarşılanıb.

20 dekabrda Naxçıvan Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikasının Əməkdar rəssamı Məmmədəli İsmayılovun yaradıcılığına həsr olunmuş tədbir keçirilmiş,  rəssamın əsərlərindən ibarət sərgiyə baxış olmuşdur.

28-29 dekabr tarixlərdə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Bu şəhərdə” komediya teatrının “Hamı 19 ilə” konsert proqramı nümayiş olunub. Konsert proqramında “Bu şəhərdə”nin aktyorları, Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərov iştirak ediblər. Onların təqdim etdikləri yumoristik səhnəciklər tamaşaçıların alqışları ilə qarşılanıb.

29 dekabr tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya baxış olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tədbirdə iştirak etmişdir. Tamaşanın quruluşçu rejissoru gənc mütəxəssis Həcərxanım Məmmədovadır. Səhnə əsərində xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, Rövşən Hüseynov, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Əli Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Kəklik Novruzova, aktyorlar Zəminə Məmmədova, Nazlı Hüseynquliyeva, gənc aktyorlardan baş rol ifaçısı Mehri Nəbiyeva və digərləri - Səyyad Məmmədov, Heyran Abdullayeva, Səkinə Məmmədova, Anar Eyvazov və Ələsgər Quliyev rolları xüsusi peşəkarlıqla ifa ediblər. Tamaşadan sonra Ali Məclisin Sədri kollektivi uğurlu tamaşa münasibətilə təbrik etmiş və onlara yeni yaradıcılıq uğurları arzulamışdır.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 2 xalça haqqında məlumatlar hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 02 avqust 2019-cu il tarixli Sərəncamının icrası istiqamətində iş aparılmış, muzeyin internet portalının hazırlanması ilə bağlı iş davam etdirilmişdir.

Dekabr ayında mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması davam etmiş, Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Xələc Kənd Kitabxana Filialı və Xələc Kənd Klubu üçün yeni tikilmiş kənd mərkəzində şərait yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən Naxçıvan Musiqi Kollecinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrinə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən, Heydər Əliyev Muzeyində isə Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə 2 açıq dərs keçirilmişdir.

Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələri ilə “Oxunması zəruri olan kitablar”ın  siyahısına daxil olan Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının müzakirəsi keçirilmiş, Naxçıvan Dövlət Universitetində tələbələrə “Azərbaycan xalçaları” mövzusunda mühazirə oxunmuş, film nümayiş olunmuşdur. Həmçinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrin muzeylərdə təcrübə keçməsi təmin edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 09 dekabr tarixdə Cəmşid Naxçıvanski Muzeyi ilə Xələc kənd tam orta  məktəbi arasında, 10 dekabrda Heydər Əliyev Muzeyində ümumilli liderin anım gününə həsr olunmuş və 28 dekabrda “Xan Sarayı” Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə Kəngərli rayon Böyükdüz  kənd tam orta  məktəbi arasında olmaqla 3 interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Ötən dövr ərzində muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi ilə bağlı iş aparılmış, 2 eksponat təqdimatı olmuşdur. Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Tarix-diyarşünaslıq muzeylərinin maddi-mədəni irsimizin toplanması və təbliğində rolu” mövzusunda seminar-treninq keçirilmişdir. Fond işinin müvafiq təlimatın tələbləriinə uyğun qurulmasını təmin etmək məqsədilə 01-15 dekabr tarixlərdə Nazirliyin sistemində fəaliyyət göstərən muzeylərin fond mühafizlərinin seminarı təşkil olunmuşdur.

Təhsil və Mədəniyyət Nazirliklərinin birgə təsdiq edilmiş “2019-2020-ci tədris ilində Naxçıvan şəhər ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərdə keçiriləcək açıq dərslərin qrafiki”nə uyğun olaraq Heydər Əliyev və Naxçıvan Dövlət Xalça muzeylərində ümumtəhsil məktəblərinin şagirdləri üçün 2 açıq dərs, muzeylərdə ümumtəhsil məktəblərinin şagirdləri üçün ümumilikdə 37 açıq dərs keçirilmişdir.

“Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün tədbirlər planı”na əsasən Naxçıvan Dövlət Rəsm Qalereyası tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən bu yurdun övladıyam “ rəsm müsabiqəsinin 16 dekabrda Şahbuz rayon turu keçirilmişdir.

Ötən dövrdə Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində görkəmli ədibin anım gününə,  Naxçıvan Dövlət Rəsm Qalereyasının və Cəmşid Naxçıvanski Muzeyinin yaradılmasının 38-ci ildönümünə, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində muzeyin yaradılmasının 54-cü ildönümünə, Şahtaxtinskilər Muzeyində Məhəmməd ağa Şahtaxtlının anım gününə həsr olunmuş tədbirlər keçirilmiş, Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyində böyük dramaturqun 150 illik yubileyi  ilə bağlı “Anamın kitabı” əsərinin müzakirəsi təşkil olunmuşdur. Akademik Yusif Məmmədəliyevin Ev Muzeyində 14 dekabrda akademikin anım gününə, 30 dekabrda isə doğum gününə həsr olunmuş tədbirlər keçirilmişdir.

Hesabat dövründə muzeylərdə 39 açıq dərs, 9 tədbir keçirilmiş 9 sərgi qurulmuşdur. Ay ərzində muzeylərə 169 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 57 min 410 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 10 min 668 nəfəri əcnəbi, 46 min 742 nəfəri yerli vətəndaşlardır.

Hesabat dövrü ərzində kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərdə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan dövlətinin qurucusu”, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə “Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir”, “Naxçıvan dünən, bu gün sabah” və s. tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər də daxil olmaqla əlamətdar və tarixi günlərlə bağlı 28 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitabların müzakirələri də diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”, Fəzlullah Rəşidəddinin “Oğuznamə”, Eynəli bəy Sultanovun  “Məqalələr” və s. kitabların müzakirələri keçirilmişdir. Hesabat dövrü ərzində ümumilikdə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan 16-sı klub müəssisələrinin işçilərinə olmaqla 34 kitab müzakirəsi keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən Əlillərin Bərpa Mərkəzində fiziki imkanları məhdud 8 nəfərə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən  evlərdə sağlamlıq imkanları məhdud 3 uşağa, rayon şəhər MKS-lər tərəfindən isə 17 nəfər olmaqla, ümumilikdə 28 şəxsə səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən ümumilikdə 3 adda, 22 metodiki məktub və 3 adda 4 tövsiyyə ədəbiyyat siyahısı hazırlanaraq aidiyyatı üzrə göndərilmişdir.

Culfa Rayon MKS-nin əməkdaşları M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında təcrübə məşğələsində olmuş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Babək Rayon MKS-də ezamiyyədə olmuş, kitabxanalara əməli və metodiki köməklik göstərilmişdir.

Həmçinin 16-20 dekabr tarixlərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları tərəfindən Babək rayon MKS-nin mərkəzi və kənd filialları kitabxanaçıları üçün 5 günlük təlim kursu keçirilmişdir.

Dekabr ayında Nazirliyə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 1 adda 13 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır.

Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 85 adda 251 nüxsə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 409 nəfər, oxucu gəlişi 11 min 887 nəfər, kitab verilişi isə 41 min 823 nüxsə olmuşdur.

Ay ərzində elektron kataloqa 500 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 14 min 466-dan 14 min 966-ya çatdırılmış, şəbəkəyə isə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 2 min 665-dən 2 min 715-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 341 oxucu istifadə etmişdir. Bunlardan 188-1 lokal , 153-ü isə qlobal şəbəkə istifadəçiləri olmuşdur.

Hesabat ayı ərzində kitabxanalarda ümumilikdə 129 tədbir keçirilmiş, 48 sərgi hazırlanmışdır. Tədbirlərdən 28-i əlamətdar və tarixi günlər, 18-i kitab müzakirəsi, 32-si Nağıl Günü, 10-u Mütaliə Günü, 10-u Kitabxana Günü, 10-u Kitabxanaçı Günü olmuşdur.

Ay ərzində klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Belə ki, 11-12 dekabr tarixlərdə rayon (şəhər) mədəniyyət şöbələrində  Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin anım günü münasibətilə tədbirlər keçirilmiş, Tumbul Kənd Mədəniyyət Evində isə “Milli mədəniyyətimizin bilicisi və fədakar təəssübkeşi - Ərtoğrol Cavid” adlı yığıncaq keçirilmişdir. 20 dekabr tarixdə Naxçıvan şəhər 2 nömrəli Mədəniyyət Evi, 30 dekabr tarixdə isə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı tərəfindən Naxçıvan Şəhər Təqaüdçülər Klubunda konsert keçirilmişdir. Şərur Rayon Mədəniyyət Sarayında Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan klub və mədəniyyət evlərində fəaliyyət göstərən dram dərnəklərinin  hazırladığı səhnəciklərdən ibarət tədbir keçirilmişdir. Qeyd olunanlarla yanaşı ay ərzində rayon (şəhər) mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitablar” siyahısına daxil olan kitablarla bağlı 16 kitab müzakirəsi keçirilmişdir.

Dekabr ayı ərzində Babək, Şərur, Culfa, Kəngərli, Şahbuz, Sədərək və Ordubad rayonlarında aid təşkilatlar tərəfindən “31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyilik Günü” və “1 Yanvar – yeni il bayramı” münasibəti ilə keçirilən rayonların ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılması mərasimlərində mədəniyyət şöbələrinin yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir.

Dekabr ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Belə ki, 04 dekabr tarixdə Mərkəzin əməkdaşları Şahbuz Rayonunun 5 klub müəssisəsində olmuş, klub müəssisələrində dərnək fəaliyyətinin, eləcə də mədəni-kütləvi tədbirlərin təşkili ilə bağlı əməkdaşlara əməli köməklik göstərilmişdir. 11 dekabr tarixdə Şahbuz Rayon Külüs Kənd Mədəniyyət Evi ilə birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı, 27 dekabr tarixdə isə Şahbuz Rayon Mərəlik Kənd Klubu ilə birgə “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə tədbirlər keçirilmişdir.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 1 adda 8, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən isə 2 adda 16 metodik tövsiyyə hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə gödərilmişdir.

Ay ərzində “Ağbulaq” İstirahət Mərkəzində Şahbuz Rayon Mədəniyyət Şöbəsinin yaradıcı kollektivlərinin 4 konserti təşkil edilmişdir.

Dekabr ayında klub müəssisələrində 63-ü əlamətdar və tarixi günlərə həsr olunmaqla 65 mədəni-kütləvi tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən 2019-cu ilin dekabr ayı ərzində 4 min 602 manatlıq 90 adda 199 ədəd əl işi satılmışdır.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun və kinoteatrların fəaliyyəti diqqət mərkəzində saxlanılmışdır.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondu tərəfindən “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində Şərur rayon “Bahar” kinoteatrında, Babək rayon Şıxmahmud Kənd Mərkəzində, Şahbuz rayon Türkeş kənd mərkəzində sakinlərə Azərbaycan filmləri nümayiş olunmuşdur.

“Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün tədbirlər planı”na əsasən 13 dekabr tarixində Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 6, 7 və 8 №-li tam orta məktəblərin şagirdlərinə film nümayişi təşkil olunmuşdur.

Dekabr ayı ərzində “Azərbaycan Kinosu Günü” çərçivəsində 3, digər günlərlə bağlı 2 olmaqla 5 film nümayiş etdirilmişdir.

Ötən dövrdə “Sosial çarx və qısa filmlər” müsabiqəsinə hazırlıqla bağlı ali və orta ixtisas məktəblərində 5 maarifləndirici seminar keçirilmişdir.

Hesabat dövründə Nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqaməti üzrə işlər davam etdirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı dekabrın 9-da A.S.Qriboyedovun “Ağıldan bəla”, 18-də isə Elçinin “Teleskop” əsərlərinə ictimai baxış keçirilmişdir. Stasionarda, Babək və Culfa rayonlarında olmaqlar “Ölülər və dəlilər” tamaşasını 3 dəfə nümayiş etdirmişdir.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı dekabrın 17-də S.S.Axundovun “Qaraca qız” hekayəsi əsasında Aybəniz Ağaqızının səhnələşdirdiyi eyni adlı tamaşaya, 27-də isə H.X.Andersenin nağılları əsasında Şirzad Abutalıbovun səhnələşdirdiyi “Qar kraliçası” tamaşalarına ictimai baxış keçirilmişdir. Kukla Teatrı 2-si xeyriyyə olmaqla cəmi 10 tamaşa oynamışdır.

Naxçıvan Dövlət Uşaq Teatrı isə ay ərzində “Siçanlar və pişiklər” tamaşasını Culfa rayonunda göstərmiş, bundan əlavə Tofiq Seyidovun ssenarisi əsasında hazırlanan “Yeni il gəlir” kompozisiyasının məşqləri aparılmışdır.

Hesabat dövründə Naxçıvan Şəhər Xalq Teatrı R.İsgəndərlinin “Arzum çin oldu” tamaşasının məşqlərini davam etdirmişdir.

Ay ərzində Naxçıvan Dövlət Filarmoniyasında kollektivlərin məşqləri qrafikə uyğun aparılmış, Muğam studiyası Ordubad rayonunda, Xalq Çalğı alətləri Orkestri isə Şahbuz rayonunda konsert vermişdir. Filarmoniyanın kollektivləri tərəfindən beşi xeyriyyə olmaqla yeddi konsert verilmişdir.

Hesabat dövründə Nazirliyin və rayon (şəhər) mədəniyyət şöbələrinin tabeliyində olan təhsil müəssisələrində də müəyyən işlər görülmüşdür. Belə ki, 03 dekabr tarixdə Culfa Şəhər Uşaq Musiqi Məktəbində rayonun uşaq musiqi məktəblərinin iştirakı ilə, 18 dekabr tarixdə isə Nehrəm Kənd Uşaq Musiqi Məktəbində rayonun uşaq musiqi məktəblərinin iştirakı ilə tar, kamança, qanun, qarmon və fortepiano ixtisasları üzrə müəllim və şagirdlər üçün ustad dərs keçirilmişdir.

10 dekabr tarixində Zeynəddin Kənd Uşaq Musiqi Məktəbində müəllimlər üçün xor, musiqi ədəbiyyatı və solfecio fənləri üzrə metodiki kurs keçirilmiş, metodiki istiqamətdə müəllimlərə müəyyən tövsiyələr verilmişdir. 24 dekabr tarixdə isə Naxçıvan Musiqi Kollecinin kamança ixtisası üzrə müəllimi Məmməd Xəlilovun Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin kamança ixtisası üzrə müəllimlərinin iştirakı ilə metodiki dərsi keçirilmişdir.

Nazirliyin təşkilatçiliğı ilə 16-28 dekabr tarixlərdə ixtisaslı mütəxəssislərin iştirakı ilə Naxçıvan Musiqi Kollecində harmoniya ixtisası üzrə kurs təşkil olunmuşdur.

26 dekabr tarixdə Naxçıvan Şəhər Gənclik Mərkəzində “Azərbaycan musiqi tarixindən” başlığı altında “Azərbaycan bəstəkarlarının yaradıcılığında kino musiqisi” mövzusunda müəllim və tələbələrə mühazirə oxunmuş, “Bəxtiyar” bədii filmi nümayiş olunmuşdur.

16 dekabr tarixdə Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin keçirdiyi “Balaca istedadlar” adlı sərgi-müsabiqədə uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə təhsil alan 30 şagird iştirak etmişdir. 60-dan artıq əl işinin təqdim olunduğu sərgi-müsabiqədə qaliblər mükafatlandırılmışdır.

26 dekabr tarixdə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin, Şərur Rayon Yuxarı Daşarx Kənd Uşaq Musiqi Məktəbinin, 27 dekabr tarixdə Naxçıvan Şəhər M.Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin, Şərur Şəhər B.Kəngərli adına Uşaq İncəsənət Məktəbinin, Naxçıvan Musiqi Kollecinin, 28 dekabr tarixdə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin, Şahbuz Şəhər Uşaq Musiqi Məktəbinin, Şərur Rayon Aralıq Kənd Uşaq Musiqi Məktəbinin, Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbinin, 29 dekabr tarixdə Naxçıvan Musiqi Kollecinin Xalq Çalğı Alətləri Şöbəsinin hesabat konsertləri keçirilmişdir.

26-30 dekabr 2019-cu il tarixlərdə Naxçıvan Musiqi Kolleci və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və yeni il münasibətilə müxtəlif növlü tədbirlər keçirilmişdir.

Dekabr ayı ərzində 41 yallı reyestrə alınmış, Çəmənli, Qazı-qazı, Tello yallılarının “Şərur” Xalq Yallı Ansamblının ifasında çəkilişi aparılmışdır.

Ay ərzində gənclərlə iş sahəsində də müəyyən işlər görülmüş, dekabr ayının 10-da Nazirliyə tabe müəssisələrdə çalışan gənclərin və nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunmuşdur.

Dekabr ayının 26-da Naxçıvan Musiqi Kollecində Nazirliyin  hamiliyinə verilmiş ixtisaslarda təhsil alan gənclər arasında M.S.Ordubadinin “Qılınc və qələm” romanının müzakirəsi, dekabr 29-da isə Naxçıvan Musiqi Kollecində Nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan gənclərin iştirakı ilə “Müasir gənclik və mədəniyyətimiz” devizi altında “Gənclik: ənənə və müasirlik” mövzusunda dəyirmi masa keçirilmişdir.

Ay ərzində Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması, həmçinin filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi  işləri davam etdirilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri dekabr ayında da davam etdirilmişdir. 2019-cu ilin dekabr ayı ərzində Nazirliyə 10-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 51 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 22-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 48 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətlərinə baxılması daim diqqətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 2 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 13 nəfər işə qəbul edilmişdir.

Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir. Ay ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş, 2 məsələ müzakirə edilmişdir.

Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 5, rayon qəzetlərində 2 məqalə dərc olunmuş, Naxçıvan Dövlət Teleradiosunun 2, “Naxçıvanın səsi” radiosunun 1verilişində Nazirliyin əməkdaşları iştirak etmişdir. Nazirliyin keçirdiyi tədbirlərlə bağlı Naxçıvan Dövlət Televiziyasında 32 süjet efirə getmişdir. Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 32 xəbər və 8 məqalə olmaqla, 38 material işlənmişdir. 24 dekabr 2019-cu il tarixdə “Nuh yurdu” qəzetində  Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşı Günay Hüseynovanın “Mütaliə mənəvi zənginliyə aparan yoldur” adlı məqaləsi dərc edilmişdir.

Joomla 1.5